Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
Siyasət yaşamımda qarşı-qarşıya durub savaşdığım iqtidarlar cəbhəsindən təsadüfən hansısa böhtan və təhqirlərlə qarşılaşdım. Həqiqətən nəhəng dövlət adamı olan Heydər Əliyev qədər mənim sərt üslubuma dözümlü yanaşan ikinci bir şəxsiyyətlə rastlaşmadım. Bütün təhqirlər, böhtanlar, qarayaxmalar çiyin-çiyinə mübarizə apardığım hərəkat, partiya yoldaşlarımdan gəldi. Halbuki məni siyasətdən uzaqlaşdırmaq məqsədi ilə döyüş bölgəsinə hərbi xidmətə göndərmək ideyası da bu insanlardan gəlirdi: iqtidar qarşısında şərt qoymuşdular ki, AXCP-nin “Yurd” qanadının iqtidarla gizli əməkdaşlığı üçün əsas maneçilik törədən şəxsi zərərsizləşdirməsəniz, birlikdəliyimiz baş tutmaya bilər!
Və bunu da gerçəkləşdirdilər. Lakin geri dönüşümdə gözlədiklərinin əksinə bir proses baş verdi. Dərhal Elçibəyçi Xalq Cəbhəsinə gəlib mübarizə dostlarımla halallaşdım, Xalq Cəbhəsi adından, Elçibəy adından heç vaxt istifadə etməyəcəyimi, bu təşkilatdan kimsəni özümlə aparmayacağımı və tamamilə yeni siyasi partiya yaradacağımı bəyan etdim. Siyasət əxlaqının bundan sağlam nümunəsi varsa, bu böhtançı şəbəkəsi məmnuniyyətlə dərhal mənə xatırlada bilər.

Böyük Quruluş Partiyasının qurucu toplantısında da bir fikri səsləndirdim: “Mənim liderim və müəllimim Elçibəy üç ildir ki, dünyasını dəyişib, ayrı-ayrı onun siyasi mirasını üzərinə götürdüyünü iddia edən liderlər yeniləşmə potensialına sahib deyildir, ona görə də biz bu mirasi onlara buraxaraq Azərbaycan naminə faydalı olan hansı taktiki addımlar varsa, onu da atacağıq. Artıq mənim öhdəliyim millətimin, dövlətimin, partiya üzvlərinin qarşısındadır. Və bir partiya lideri olaraq elə bir siyasət aparacağam ki, hansısa üzvümüz həbsxanada çilə çəkməyəcək, dövlətimizin güclənməsi, millətimizin aydınlanması üçün konstruktiv müxalifət missiyasını öz üzərimizə götürəcəyik. Hər məsələdə dialoqa önəm verəcək, Azərbaycan dövlətinin faydasına olanları kimin etməyinə baxmadan dəstəkləyəcək, zərərinə olaları isə tənqid edərək düzəldilməsinə çalışacağıq”.
Bu qədər şəffaf və dürüst davranış keçmiş hərəkat və cəbhə üzvlərini qane etmədi. Çünki alışmışdılar, dəyərli liderimiz Elçibəy Bütöv Azərbaycanın tezliklə qurulacağına inandırmışdı, dəyərli İsa Qəmbər: “Qələbə”yə qədər siz gəlin, sizi qələbəyə mən aparacam" demişdi; Əli Kərimli də deyirdi ki, ABŞ-dan, Avropadan söz veriblər ki, dağılışmayın, yaxınlarda bu iqtidarı götürüb hakimiyyəti bizə hədiyyə edəcəklər. İndi durub bu vədlərə inanmış hərəkatçıya, cəbhəçiyə deyəndə ki, Azərbaycanın taleyini, gələcəyini burada, bu məkanda, bu iqtidarla, bu müxalifətlə, üstəlik də maarifçilik mərhələsini keçməmiş bir xalqla demokratik cəmiyyət qurmanın çətinliklərini düşünərək çözməliyik, dərhal dönüb xəyanətdən, satqınlıqdan danışırlar. Ancaq uydurduqları əqidə adı ilə yanlış siyasət izləməklə mühacirətə, həbsxanaya, məhrumiyyətə göndərdikləri əksəriyyəti səmimi olan bu insanların taleyinə görə məsuliyyət daşımaqdan yayınırlar. Üstəlik də 2020-ci ildə Azərbaycanın bötüvləşməsinin mahiyyətini oxuya bilmədilər və yeni siyasi kurs izləməyə zəkaları və cəsarətləri çatmadı.
Ancaq sevindiricidir ki, məmləkətdə Ədalət Tahirzadə kimi də çevik insanlarımız var. Bir yerdə sadiq hərəkatçı kimi, digər yerdə siyasətdən uzaq ziyalı kimi, başqa yerdə də fədakar bir tədqiqatçı kimi görünə bilir. Və arada bizim də izlədiyimiz yolla bağlı iradlarını bildirərək ötən əsrin Meydanına qayıtmağı tövsiyə edir. Və bəlkə də unudur ki, o Meydanda artıq yeni reallıqlar yaşanır: Azərbaycan-Türkiyə-Pakistan birgə Zəfər Paradı keçirir. Və hələ də qəbul etmək istəmir ki, bu həm də Məhəmməd Əmin bəyin, Əbülfəz bəyin ruhlarının sevinclə iştirak etdiyi bir Zəfər Paradıdır.

Ötənlərdə yazmışam ki, Ədalət bəy Tahirzadə Meydan hərəkatı ilə bağlı yazdığı kitabda çıxışımı verir, ancaq adımı qeyd etmir. Əlbəttə, bunu təsadüfi saymadığımı da vurğulayıram. Cavab qismində adam deyə bilər ki, bu sırf təsadüfdür və növbəti nəşrlərdə düzəltmək mümkündür. Çünki tədqiqatçı əxlaqı deyilən bir anlayış var, gərək problem və prosesin ən əhəmiyyətli detallarını araşdırmağa səy göstərəsən.
Misal: Mərhum Nəsiman Yaqublu "Milli Azadlıq Hərəkatının Ensiklopediyası"nı hazırlarkən bir neçə dəfə zəng edərək o hadisələrin demək olar ki, böyük əksəriyyətinin təşkilatçısı və ya iştirakçısı olduğumdan bildiyim, saxladığım materialları ona verməyimi xahiş etmişdi. Mən də bütün əlyazmaları, mətnləri, çıxışları ona təqdim etmişdim və sonra da hamısını geri qaytarmışdı. Allah ruhunu şad etsin, maraqlı bir kitab ərsəyə gətirmiş oldu. Eyni işi Ədalət Tahirzadə də görə bilərdi, ancaq bu addımına mane olan çox ciddi bir səbəb varmış.
Yazır: "O tarixdə mən kimdim, Fazil bəy kimdi? Mən Akademiya Əlyazmalar İnstitutunda şöbə müdiri olan 37 yaşlı alim, Fazil Mustafayev isə hələ universitetdə oxuyan, necə deyərlər ağzının sarısı getməmiş bir tələbə! Mən onu tanımağa borclu idimmi?".
Əlbəttə, borclu deyildin hörmətli Ədalət bəy! Ancaq yazılan kitabın obyektivliyi üçün bütün faktları araşdırmağa, dəqiqləşdirmə aparmağa borclu idin. Həm də 1992-ci ilədək onlarla belə faktlar mənim arxivimdə yer almaqdadır və yaxın tariximiz üçün olduqca faydalı ola bilərdi. Açığı mən sizin 37 yaşda alim olmanızdan hələ “ağzının sarısı getməmiş” bir tələbə olaraq xəbərsizdim, ancaq hər dəfə Xalq Cəbhəsi sədrinin müşaviri kimi "Azadlıq" qəzetinə baş çəkəndə dəhlizdə böyük jurnalist Nəcəf bəyin hərflərin düzülüşündən başqa əsaslı bilgisi olmayan Ədalət Tahirzadə adlı müavinin əlindən redaksiyanın yetkin yazarlarının necə zinhara gəldiyinin söhbətlərdə qulaq şahidi olurdum. Yəni ona görə gülürəm ki, bu şəxsin 37 yaşda alim olduğunu bilməməklə nə qədər böyük qəbahətə yol vermişəm.
Bu mövzuya niyə izah verməyi düşündüm? Əvvəla özünü başqa bir əda ilə alim adlandırması açığı bir az qəribəmə gəldi. Siyasətdən uzaq olduğunu vurğulayan Ədalət Tahirzadə nədənsə bu kiçik yazısında həm də ciddi siyasi dəyərləndirmələr təqdim edir. 74 yaşlı (Allah daha uzun ömür nəsib etsin!) AVRASİYA Universitetinin professoru (!!!), filologiya elmlər namizədi, ədəbiyyat siyahısında elmi sayılacaq bircə əsərinə belə rast gəlmədiyim hörmətli Ədalət Tahirzadə, fürsət düşmüşkən bu statusunda öz tədqiqat mövzusundan uzaqlaşaraq “bir zamanlar eyni cəbhədə vuruşduğu, sonra cəbhəsini dəyişmiş Fazil Mustafa"dan bəhs edir. Həm də yazır ki: "Fazil bəyin adaptasiya olunduğu dövrə də tranformasiya olmamışam. Ancaq ideologiyam həmişə olub və indi də var- Rəsulzadə və Elçibəyin bizə miras qoyduqları milli ideologiya! Bu ideologiyaya bir an belə xəyanət etməmişəm və etmərəm də! Mənə partiya başqanı kimi sərbəst fəaliyyət imkanı verilsə də, məni deputat qoysalar da, maddi durumumu yaxşılaşdırmaq üçün qapıları geniş açsalar da!"
Türk şairi Özdəmir Asafın bir gözəl deyimi var: "Tumurcuqlamayan ağaca odun deyərlər".
Maraqlıdır, Ədalət Tahirzadə indi vuruşduğu cəbhənin hansı yerindədir. 1993-cü ildə qaldığı yerdəmi? Meydanlarda görmürəm, etiraz pamfletlərinə rast gəlmirəm, bəs bu dəyərli mücahidimiz harada donub qalmış? Bəlkə heç vaxt xəyanət etmədiyini düşündüyü milli ideologiya üzərindən o cəbhənin səngərini göstərsin qayıdıb onunla bir səfdə ölümünə savaşmağa davam edək? Ziyalı donunda qaragüruha yalmanan bu məxluqların 2020-ci ildən sonra da dəyişən Azərbaycan reallığında 1993-cü il ağlında israrla qalmasının fəxarətini daşıyan mazoxizmlə görəsən hansı Azərbaycana fayda verməyi düşünürlər? Təəssüf ki, milli azadlıq hərəkatı xalqımız üçün çox dəyərli şəxsiyyətlərlə yanaşı hələ də cəmiyyətimizin havasını korlayan onlarla məişət tullantısı yetişdirib. Ağır bir ifadədir, ancaq dünyanın yeniləşdiyi, dəyişdiyi bir vaxtda “mənim ağlım işləmədiyinə görə dəyişməyəcəyəm!” deyib israr edənlərin hamısının da arxasında gizləndiyi bir söz var: əqidə. Ancaq bu sadəcə sözdən ibarətdir. Reallıq isə 2020-ci ildən sonra başlayan ərazisini bütövləşdirən Azərbaycan üzərindən gələcəyə baxışdır. Sizdə olan əqidənin başqa bir növü daha güclü şəkildə “Artsax” deyib bağıran ermənidə də vardı, artıq Azərbaycanın yaratdığı reallığı diqqətlə analiz edib geri dönüş istəmirlər! İndi sizin ağlınıza görə onlar da əqidədən döndüklərinə görə Ermənistana xəyanət edirlər?

Erməni erməniliyi ilə Azərbaycanın yaratdığı reallığı qəbul edib Vaşinqtonda sənəd imzalayır, Ədalət Tahirzadə hələ də Dino Butsattinin “Tatar çölü” romanının qəhrəmanı kimi girişi-çıxış sonda özünə qayıdan səngərdə əzəmətli mübarizəsini davam etdirir. Doğrudur, əvvəllər bir səngərdə idik, ancaq Ədalət bəyi və onun səmazən dəstəsini inandıra bilmədim ki, bu səngərdə səma rəqsi oynamanın bir anlamı qalmamış. İndi hansısa sehirli xalat icad edib bunları 1993-cü ildən 2025-ci ilə gətirmək mümkündürmü?
Yeri gəlmişkən, hörmətli Ədalət Tahirzadə, bəlkə bir də dəqiq xatırlayasınız, doğrudanmı bu iqtidardan maddi və mənəvi dəstək istəməyi həmişə xəyanət, əqidəsizlik hesab etmisiniz? 74 yaşında yaşlı bir insanı, həm də faydalı tədqiqatları olan bir ziyalını zərrə qədər rəncidə etmək istəmirəm və etməyəcəyəm də! Sadəcə iç-içə olduğun qaragüruhun rəğbətini qazanmaq üçün bu cür gəlişigözəl bəyanatlar səsləndirməkdən uzaq durub faydalı işlər görməyə çalışmanı həqiqətən çox arzulayıram. Yazdığın mətndə eyham vurduğun hər hansı bir insanın ağzının sarısı tez-gec özlüyündən çəkilər, ancaq şəxsimə qarşı sayğısızcasına irad səsləndirənin ağlının yarısı gedəndə onu əsla qaytarmaq olmaz. Yaxın günlərdə sizə “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” kitabımı mübarək imzamla Sizə göndərəcəyəm ki, böyük şəxsiyyətlərimiz olan Rəsulzadənin və Elçibəyin hər hansı “milli ideologiya” yaratmağını bir daha dəqiq anlayasınız. Rəsulzadəni və Elçibəyi əzbərləməklə olmur, onların yeni çağa uyğun gələn tezislərini seçib ayıra bilməsəniz, bu mirasa da “dəyişməz milli ideologiya” adı altında əməlli-başlı zərər vuracaqsınız. Kitab hədiyyəmi qəbul etsəniz, çox sevinərəm.
Gec də olsa 60 illik yubileyimi təbrik etdiyinizə görə minnətdarlığımı bildirirəm. Çünki tərəfinizdən bu böyük cəsarət tələb edən addımdır və buna görə qaragüruhun ittihamları qarşısında əzmkar duruş arzulayıram.
Gələcək işlərinizdə uğurlar və can sağlığı diləyi ilə!
Dərin hörmətlə: heç vaxt özünü alim adlandırmayan, Antarktika Universitetinin prosessoru olmağı ağlının ucundan keçirməyən, sadəcə fəlsəfə üzrə fəlsəfə doktoru ünvanını daşıyan Fazil Mustafa.
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
5 yanvar 2026 14:35
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 2025 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 2025 16:27
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
- Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp təsdiqlədi
03 yanvar 13:52
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 12:41
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
03 yanvar 12:19
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
03 yanvar 12:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
