Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb.
NUH.az Musavat.com-a istinadən xəbər verir ki, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.
Bildirilib ki, Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub. İttihamda V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham olunub. 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib. 2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalov azadlığa buraxılıb. Məhkəmə istintaqı dövründə V.Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi.
Həmin əmlakların tam siyahısını təqdim edirik:
1. Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 14 milyon 445 min;
2. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min;
3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38- (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 125 min;
4. Nobel prosepekti, məhəllə 1212, ev 15, mənzil 260- (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min;
5. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 148 min;
6. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 128 min;
7. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min;
8. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min;
9. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min;
10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min;
11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 2 milyon 45 min;
12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min;
13. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) - dəyəri 620 min;
14. Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat;
15. Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min;
16. Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 - dəyəri 300 min;
17. İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min;
18. Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 349 min;
19. Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 51 min;
20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 82 min;
21. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min;
22. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan məzillər, (Zeynallı Pərviz Vidadi oğlu);
23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min;
24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min;
25. Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min;
26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb;
27. Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min;
28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 52 min;
29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 100 min;
30. Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 550 min manat;
31. Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 250 min;
32. Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min;
33. Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 400 min;
34. Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min;
35. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 223 min;
36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 95 min;
37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 344 min.
İstintaq dövründə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi məlum olmuşdu. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə də həbs qoyulmuşdu.
38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu - dəyəri 95 min;
39. Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in “Poçt Daşınma Mərkəzi” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 19 min 700 manat;
40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 180 min;
41. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 111 min 500 manat);
42. Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 144 min;
43. Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 54 min;
44. Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 66 min manat;
45. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu - dəyəri 115 min;
46. Qəbələ rayonu, Qəmərvan kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) - dəyəri 72 min manat;
47. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat;
48. Yevlax rayonu, Kövər kəndində yerləşən (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 4 min 100 manat;
49. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 34 min 900 manat;
50. Yevlax rayonu, Kövər kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 3 min 500 manat;
51. İsmayıllı rayonuda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 17 min 110 manat;
52. İsmayıllı rayonu, Tircan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat;
53. İsmayıllı rayonu, Tircan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 32 min 417 manat;
54. İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 57 min 673 manat;
55. İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 18 min 876 manat;
56. İsmayıllı rayonu, Tircan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 95 min 695 manat;
57. İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 19 min 965 manat;
58. İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 22 min 63 manat;
59. Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 57 min 293 manat;
60. Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 53 min 96 manat;
61. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 142 min 842 manat;
62. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 28 min 349 manat;
63. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu - dəyəri 376 min 77 manat;
64. Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat;
65. Sabirabad rayonu, Cavad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 27 min manat;
66. Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 1 milyon 927 min manat;
67. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 24 min.
Üzərinə həbs qoyulmuş əmlaklar 43 milyon 489 min 537 manat qiymətləndirilmişdi. Real bazar dəyəri isə bundan 2 dəfə artıqdır.
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
22 aprel 2026 19:49
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 2026 19:10
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 2026 11:29
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 00:36
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 21:07
