Dedi ki, xanım generala hədiyyə almaq lazımdır - Dələduzluq işinin ŞOK detalları

Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. 39 yaşlı Anar özünü iki vəzifəli şəxsin yaxını kimi təqdim edib.
Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Anar bir nəfərdən Dövlət Vergi Xidmətində işə düzəldəcəyini vəd edərək 20 min manat, FHN-də işləyən bir nəfərdən isə onun iş yerini həmin nazirliyin Tikintidə Nəzarət Xidmətinə dəyişəcəyinə yalandan vəd verərək 10 min manat alıb.
Anar ifadəsində bildirib ki, zərərçəkmiş Mübariz adlı şəxsi Ramiz Əmirov vasitəsi ilə tanıyıb. Onun sözlərinə görə, Ramiz ona deyib ki, Mübariz Dövlət Vergi Xidmətində işə düzəlmək istəyib. Ramizlə Anarın tanışlığı isə illər əvvəl işlə bağlı olub.
“Ramiz dedikdən sonra Mübarizlə görüşdük. Bu işə görə 20 min manat lazım olduğunu dedim. Mübariz 20 min manatı mənə 2024-cü ilin əvvəlində verdi. Mübarizə həmin ilin avqust ayına qədər gözləməsini, əmrinin veriləcəyini dedim. Lakin may ayında Mübariz pulunu istədi. Dedi ki, özünə başqa iş tapıb. Həmin vaxt mən pulu xərcləmişdim”, - deyə Anar ifadəsində bildirib.
İkinci epizod üzrə danışan Anar deyib ki, həmin şəxsi də Ramiz vasitəsi ilə tanıyıb:
“Ramiz dedi ki, Elxan adlı tanışı FHN-də işləyir. Elxanın Tikintiyə Nəzarət Xidmətinə keçmək istədiyini bildirdi. Ona kömək etməyimi istədi. Mən də buna görə 10 min manat lazım olduğunu dedim. Pulu alandan sonra işlərim düz getmədiyi üçün heç nə edə bilmədim. Pulu xərclədiyim üçün qaytara bilmədim”.
İbtidai istintaq yekunlaşıb iş məhkəməyə göndərilənə qədər Anar zərərçəkmiş şəxslərin pulunu geri qaytarıb və onlarla barışıb. Buna görə də hər iki şəxs Anarı bağışlayıb.
Zərərçəkmiş Mübarizin ifadəsində diqqətçəkən məqam olub. Onun sözlərinə görə, təqsirləndirilən Anar onlarla danışan zaman özünü Dövlət Vergi Xidmətinin rəisi, general-polkovnik, Orxan Nəzərlinin tələbə yoldaşı kimi təqdim edirmiş. Anar bu münasibətdən itifadə edərək Mübarizi həmin xidmətdə müfəttiş kimi işə düzəldəcəyini bildirib.
“Anara dedim ki, 10 min verim, 10 min də iş düzəldəndə verərəm. Dedi ki, mümkünü yoxdur. 10 mini verəndən sonra borc tapıb 10 mini də verdim. Amma iş alınmadı və hər dəfə fərqli bəhanələr deyirdi. Aldadıldığımı başa düşəndə polisə şikayət etdim”, - deyə zərərçəkmiş Mübariz ifadəsində göstərib.
İkinci epizodda da maraqlı məqam diqqət çəkib. Belə ki, Elxan adlı şəxsi FHN-də yaxşı işə düzəldəcəyini deyən Anar özünü xanım generalın qohumu kimi təqdim edib.
“FHN-də yanğınsöndürən işləyirəm. Mən Ramizi tanıyırdım. Ramizə Belarus Universitetində mülki müdafiə fakültəsini bitirdiyimi, ali təhsilim olduğu üçün zabit rütbəsi almaq istədiyini dedim. Ramiz Anar adlı şəxsin bu işi həll edə biləcəyini bildirdi. Anar arvadının xalasının FHN-də general-mayor rütbəsində, kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan Sevda Şirinova olduğunu söyləmişdi.
Anarla görüşdüm. Həmin görüşdə Ramiz də var idi. Anar dedi ki, belə bir imkan varsa, niyə köməklik etməyək? Mənə dedi ki, bu işi həll edən Sevda xanıma hədiyyə almaq lazımdır. Mən ondan xərcimin nə qədər çıxacağını soruşdum. Anar güzəştlə birlikdə işinin 15 min manata həll edə biləcəyini dedi.
Ramiz də dedi ki, narahat olma, heç bir problem yoxdur. Ramiz yolda mənə dedi ki, Anarın tütün fabriki də var, həmçinin Gömrükdə yüksək vəzifədə işləyir. Razılaşandan sonra əvvəlcə 3 min dollar verdim. Anar dedi ki, yaxın günlərdə xeyir iş olacaq və Sevda xanım da orada iştirak edəcək. Həmin məclisdə Sevda xanımdan mənim xahişimi edəcəyini söylədi. Qalan məbləği də kredit götürüb verdim. Aylar keçsə də, nəticə olmadı. Mən də şikayət etdim”, - deyə zərərçəkmiş Elxan bildirib.
Nərimanov Rayon Məhkəməsi zərərçəkmişlərlə barışığın əldə edilməsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Anarın cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Anar barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
- Ermənistan Rusiyaya NOTA verdi
5 iyul 2025 00:44
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
3 iyul 2025 14:27
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16