
Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
Siyasət8 aprel 2026 19:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.
NUH.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.
Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.
Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.
Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.
Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.
Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.
Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt” tərəfindən "A320/A321 NEO CEET” tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787” təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.
Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.
Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.
Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.


Oxşar xəbərlər
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 2026 10:55
Xəbər lenti
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 00:36
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 21:07
- Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
27 aprel 20:40
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 16:05
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 13:09
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 12:09
- Prezident həmkarını təbrik etdi
27 aprel 11:36
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
27 aprel 11:32
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
27 aprel 10:30
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 10:19
Video & Fotoqalereya
Video
Fotoqalereya
