"Vəfa Quluzadə dedi ki, qoy Surət gəlsin...
Region14 iyun 2020 22:15

"Biz cinayətkarlıq çirkabında boğulmağımıza özümüz yol vermişik! Bəsdir!.."
"Hökumət istefa verənə və xainlikdə ittiham edilərək məhkəmə qarşısında durana qədər onların dayanmaq fikri yox idi..."
Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi arayarkən gözümə yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın siqnal nüsxəsi sataşdı. Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı 2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında keçirilib. 1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən 0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...

Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik...
Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün maraqlı olar.
"Bu, inanılmaz idi: 30 nəfər (yaxud lap 100 nəfər) 7 milyon əhalini təmsil edən rejimi devirməkdən ötrü çılpaq çölün düzü ilə irəliləməkdə və istədiklərinə nail olmaqda idi.
.."

(Əvvəli burada:https://www.moderator.az/news/329827.html)
“...Surət Hüseynov Bakıya doğru irəliləməkdə idi... 709-cu alaydan balaca bir dəstə(deyilənə görə, 30 nəfərdən ibarət, amma hər halda ondan daha çox) başçıları ilə onu görməyə gələn müxtəlif elçilər arasında nə şifahi danışıqlar oldusa da, təslim olmadılar və Bakıya doğru irəliləməkdə davam etdilər...
Onları heç kim dayandırmadı. Ordu qan tökməmək barədə ciddi əmr aldığına görə geri çəkildi. Surətin adamları Yevlağı “tutdular”... Sonra onlar Bərdəni “tutdular”... Ölkənin haradasa 15 faizini nəzarətə götürərək daha sonra səmtlərini uzun səhraya bənzər yolla paytaxta doğru dəyişdilər. Bir gün onlar paytaxtdan 200 mil, ertəsi gün isə 150 mil aralı idilər. Sonra onları paytaxtdan 100 mil ayırdı və daha sonra 50 mil yaxınlıqda idilər. Və hökumət istefa verənə və hökumət 709-cu alayı özünə tabe etmək cəhdinə görə xainlikdə ittiham edilərək məhkəmə qarşısında durana qədər onların dayanmaq fikri yox idi...
Elçibəy isə heç bir şey etmədi. Vəfa Quluzadənin dediyinə görə, çox güman ki, o, şok vəziyyətində idi. Bir qism isə düşünürdü ki, o ya sərxoşdur, ya da kim bilir...
Sonra bir gün – səhv etmirəmsə, iyunun ya 9-u idi, ya da 10-u, amma 11-i, 12-i də ola bilərdi - Prezident Elçibəy xarici diplomatları yığdı ki, vəziyyəti izah etsin.
“Hökumət silahlı qiyamla üzləşmişdir”,- o dedi.
Guya ki, buna izah lazım idi...

“Buna cavab olaraq - Elçibəy dedi,- hökumət bunun qarşısını almağa cəhd göstərdi, çünki hər bir suveren dövlətin özünü müdafiə hüququ var...”
Bu, Neandartalın ilk mağara dövlətindən bəri hökumətlər tərəfindən məmnuniyyətlə istifadə olunan “güc vasitələrinin üzərində monopoliya”ya aid köhnə aforizmin versiyası idi. Elçibəyə isə elə gəlirdi ki, o nə isə yeni bir şey deyir...
Sual-cavab zamanı Almaniyanın səfiri telefonun vəziyyətindən şikayətləndi və xahiş etdi ki, Prezident bu məsələ ilə maraqlansın...
“Axır ki, mövqe aydınlaşdırılıb, nəhayət! Hökumət özünü müdafiə etməyə qərar verib”, - Vəfa Quluzadə vəcdə gəldi - “Nəhayət!,”- deyə o, sevincindən qışqırdı.

“Qoy onlar(Surət Hüseynovun tərəfdarları nəzərdə tutulur-S.L.) gəlsin! Vətəndaş müharibələri cəmiyyətləri saflaşdırır və bizim cəmiyyətimizin də buna daha çox ehtiyacı var! Biz cinayətkarlıq çirkabında boğulmağımıza özümüz yol vermişik! Bəsdir! Mən özüm silahlanıb, ora getməyə hazıram!..”
Surətin “ipə-sapa batmayan” batalyonu (və ya dostları, yaxud dəstəsi) irəliləməkdə davam edirdi; və onlar Qazıməmməd(indiki Hacıqabul –S.L.) adlı Allahın unutduğu yerə çatanda hökumət hücuma keçdi. Nəhayət! Lakin hücuma keçmiş dəstə ilə məsələni həll etmək üçün göndərilmiş üç vertolyotdan biri də geri qayıtmadı. Onların hamısı Surətin tərəfinə keçmişdi. Bu, inanılmaz idi: 30 nəfər (yaxud lap 100 nəfər) 7 milyon əhalini təmsil edən rejimi devirməkdən ötrü çılpaq çölün düzü ilə irəliləməkdə və istədiklərinə nail olmaqda idi. Qarabağ ermənilərinin( və onların silahlı dəstələrinin) həm Mütəllibov, həm də Elçibəy hökumətlərinə qarşı nə üçün belə geniş miqyasda uğur qazanmalarına artıq təəccüblənməmək olardı...
Hökuməti xilas etmək üçün heç kim vuruşmaq istəmirdi...
Qeyd:
Gəncə hadisələrinə dair rəsmi hesabatın ərsəyə çıxması üçün bir il vaxt lazım oldu. Nəhayət, 1994-cü ilin aprelində hesabat hazır olanda təhqiqat komissiyasının sədri ( Yəqin ki, söhbət 9 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri
İsa Qəmbərin imzaladığı Milli Məclisin qərarı ilə yaradılmış Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının sədri, Milli Məclisin üzvü, deputat, Baş prokurorun keçmiş müavini Mətləb Mütəllimovdan gedir- S.L) ona qol çəkməməyi üstün tutdu. Əslində həmin hesabat Surət Hüseynovu və 709-cu alayı qanuni hökumətə tabe olmadığına görə təmizə çıxarmışdı, hökuməti isə Surəti özünə tabe etmək cəhdinə görə təqsirli hesab etmişdi. Və beləliklə də, istənilən qəzəblənmiş ordu komandirinə mövcud olan hökumətə qarşı qiyam qaldırmağa və onu zor gücünə devirməyə birdəfəlik qanuni hüquq vermişdi...
Lakin həmin o qara günlərdə, yəni iyun ayının 4-ü və 5-də həlak olanların sayına gəldikdə, rəsmi təhqiqat qrupu əsas faktı gizlədə bilməmişdi: ölənlərin sayı 20-dən çox olmamışdı və demək olar ki, onların hamısı – Prezidentin mühafizə dəstəsinin başçısı da daxil olmaqla – hökumət ordusundan idi. İyunun 5-də gərginliyi azaltmaq məqsədi ilə Gəncəni tərk etməyə cəhd göstərərkən onun əyləşdiyi avtobus pusquya salınaraq gülləbaran edilmişdi...
Bəs Gəncənin Şəhidlər Xiyabanında bizim şahidi olduğumuz dəfn mərasimi nə idi? Komandir Mehman Ələkbərovdan başqa orada bir neçə həftə əvvəl həlak olmuş bir neçə əsgərin cənazəsi basdırılırdı, onların meyitləri lazım olan vaxtda “ölmək” üçün buzda saxlanılırmış...

HEYDƏR ƏLİYEV GƏLİR...
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- 102 tələbə Prezident təqaüdü alacaq
4 oktyabr 2025 12:24
- Prezident Maya Sandu ilə görüşdü (FOTO)
2 oktyabr 2025 09:50
- Satışda olan balıqlarla bağlı qorxunc iddia: İnsan NƏCİSİ İLƏ QİDALANDIRILIR
30 sentyabr 2025 14:11
- İlham babanı görmək ən böyük arzum idi, alnımdan öpdü, dedi ki... FOTO
30 sentyabr 2025 01:26
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Toyundan cəmi üç ay sonra şəhid oldu. Övladını görmədi (VİDEO)
28 sentyabr 2025 14:59
- III MDB Oyunları bu gün başlayır
26 sentyabr 2025 11:03
- Zəfərə aparan yolun 5 ili - Azərbaycanın yeni hədəfi
25 sentyabr 2025 12:50
- Prezidentlə xanımı BMT Baş Assambleyasının rəsmi qəbulunda (FOTO)
24 sentyabr 2025 21:44
Xəbər lenti
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34
Video & Fotoqalereya
Video
Fotoqalereya