İranın narkoanbarı və bizim “narkobaron”lar
Müdrik atalarımız deyiblər ki, qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya. Düzdür, bu fikir müasir dövrün feministlərinin qəzəbinə səbəb olduğundan və gender bərabərliyi prinsiplərini pozuq-pozuq etdiyindən hazırda dəb deyil, amma görünür, müdrik atalar nəsə bilirmişlər. Ayrıca bu məsəldən elə çıxır ki, musiqiçilərin və şirniyyatçıların tovlayıcı potensialı həmişə olub.
Ancaq bu gün biz o kəlamın hikmətinin miqyasını daha böyük götürək və ölkəyə aid edək. Acı gerçəklik belədir: Ölkəni özbaşına qoysan, ya Tailanda dönər, ya da Kolumbiyaya.
Tailandın nə ilə məşhur olduğunu bilirsiniz, əlavə dastan açmayım. Eləcə onu deyim ki, 2006-2007-ci illərdə isti ökələrə (əsasən də Türkiyə və BƏƏ-yə) uçan “quş”ların qabağı alınmasaydı, onları şirnikləndirib, tora salıb, oraya uçurdan “mamarozalar” və türkün sözü, pəzəvənglər aran beçələri kimi cüt-cüt cələklənib içəri basılmasaydılar, indi ölkəmizin adı cümlə cahan içrə bərbad olub getmişdi.
Kolumbiya məsələsini də bilirsiniz. Hərçənd o ölkənin adıın nümunə kimi göstərərkən Əfqanıstan və İrana haqsızlıq olur. Hələ o tərəfdə Meksika və Boliviya da var. Onlar da narkotik maddə istehsalında və tranzitində beşillik planı iki il yarımda yerinə yetirən, keçici qırmızı bayrağa iddia edən ölkələrdir. Maşallah olmasın heç.
Başqa sözlə, narkotik istehsalı və satışı üzrə dünya ölkələrinin ilk beşliyində iki müsəlman ölkəsi var və ikisi də rəsmən “islam respiblikası” adlanırlar.
Kolumbiyadan və Meksikadan bura hansı maddə gəlir, buna dair elə bir statistika yoxdur. Əvəzində hər gün cənub sərhədlərimizdə Azərbaycana keçirilməsinə cəhd edilən kilo-kilo narkotik maddə tutulur. (Bəzilərinin anus dəliyində 15-20 qram narkotik maddə də aşkarlanır). Hiss olunur ki, bəzən onlar heç də tutulmurlar və uyuşdurucu, keyləşdirici maddələri paytaxta, o biri iri şəhərlərimizə gətirə bilirlər.
Elə bir gün olmur ki, şəhər və rayonlarımızın polis idarələri, şöbələri narkokuryerlərin vinyetkasını media qurumlarına göndərməsinlər. Polisdəki dizaynerlər narkokuryerlərin şəkillərini elə səliqə ilə yan-yana düzürlər ki, vallahi, məzun vinyetkası hazırlayan fotostudiyalar bu operativliyə həsəd apara bilər.
Günə minimum 10 narkotacirn tutulma xəbəri yayılır. İlə 3650 adam edir, iki ilə - 7300. Yəni birinci cümlədəki müdrik kəlamı bir azca dəyişdirsək, belə alınar: Oğulu özbaşına qoysan, ya narkotacir olar, ya da narkokuryer. Bunlar fərqli işlərdir. Birincilər bunun ticarətini yapır, çox pul qazanırlar, ikincilər isə eləcə daşımaçılıqla məşğuldurlar. Məsələn, o gün tutulan kuryer şirkətinin motosikletli işçiləri narkotik maddələri istehlakçılara pizza və ya suşi kimi daşıyırmışlar.
Oxumuş adamlar deyirlər ki, İrandan ölkəmizə bu həcmdə narkotik maddə partiyalarının keçirilməsi təkcə ticarət, pul qazanmaq məsələsi deyil, bu, genofondumuza qarşı yönələn qəsddir, gənclərimizi bu yolla xarab edirlər. Bu, məkrli siyasət ona yönəlib ki, ölkəmizdə narkoman olmayan gənc qalmasın.
Elə deyilsə, iranlı narkotacirlər o qədər maddəni niyə öz ölkələrində satmırlar? Orda bazar bizimkindən 10 dəfə böyükdür. Hətta bizim gənclər başlarını araq, çaxır və pivə ilə girləyib, yüngülvari dumanlandıra bilirlər, orda bu “nemət”lər də yoxdur, elə özlərinə satsınlar, daha çox pul qazansınlar.
Mümkün deyil, İranda yerli adamlara narkotik maddə satanları tutub asırlar, amma xaricə satanlara bir söz demirlər, hətta deyəsən, dövlət tərəfindən bu sahəyə subsidiya, dotasiya da ayırırlar ki, “zəhmətkeşlər” ticarətlərini genişləndirsinlər.
Yox, bu cür də deyilsə, nədən quş quşluğuyla İran sərhədini o üzə-bu üzə keçə bilmir, amma narkotik alverçiləri İran sərhədçilərini asanlıqla üzü bəri keçir, gəlib bizim ərazimizdə tutulurlar? Ya da tutulmurlar.
Yeri getməmişkən, 7-8 il qabaq İrandan gətirilən, ölkəmizin quru yoluyla Gürcüstana adladılan, oradan da Türkiyənin Sarp sərhəd-keçid məntəqəsinə aparılan, amma bu ölkəyə keçirilərkən tutulan 2950 kilo maye heroinin taleyi necə oldu, görəsən? Kimin boynunda qaldı? Buna görə kimi tutdular?
Bir ara bəzi həmkarlar 5 qram heroinlə tutulanı “narkobaron” adlandırırdılar. Sonra hamı anladı ki, narkobaron 3 ton malı ora-bura daşıtdırandır, qramla işləyənlər isə “narkobarıqa”dırlar.
Uzun sözün kəsəsi, bu sahəni özbaşına buraxmaq olmaz. Lap günü sabah bəzi ölkələrdəki kimi marixuananı leqallaşdırsalar, bu ölkə Hollandiya olası deyil, 1 aya Meksika olub gedər.
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04