Əliyevin evini Ramiz Mehdiyevin kürəkəni alıbmış -General 3 milyonluq..
Hadisə8 mart 2023 14:47
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.
Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə zala gətirilən müttəhimlərin qoluna qandal vurulmur.
Qaynarinfo xəbər verir ki, sonuncu prosesdə zərərçəkən Elşən Mədətov dəlillərlə çıxış edib. O, Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan əmlakların tam şəkildə müsadirə olunmasını, əldə olunan gəlir hesabına zərərçəkənlərə vurulan ziyanın ödənilməsini xahiş edib.
Bildirib ki, "Texnikabank”a əmanət qoyduğuna görə Vüsal Ələkbərov tərəfindən MTN-ə çağırılıb. Həbslə hədələnərək ondan 250 min dollar alınıb.
Zərərçəkən Ceyhun Seyidovun vəkili də dəlillərlə çıxış edib. O, Bakı Hərbi Məhkəməsində mülki iddialarının qismən təmin edilməsindən narazı olduqlarını diqqətə çatdırıb. Bildirib ki, müvəkkilinə qarşı cinayət mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib.
Zərərçəkən Namil Rzayev də ona vurulmuş ziyanın tam şəkildə ödənməsini tələb edib.
Bundan sonra Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, iş üzrə zərərçəkənlər siyahısından "Texnikabank” rəhbəri Etibar Əliyevin çıxarılmasını istəyib. Vəkil vəsatətini belə əsaslandırıb:
"İttihamda yazılır ki, guya Etibar Əliyevin evini satdırıblar, o da 3 milyon rüşvət qismində verib. Guya Mövlam Şixəliyevə verib. Halbuki həmin mülki işə Nərimanov Məhkəməsində baxılıb və iddia təmin olunmayıb. Dindirmə vaxtı Etibar Əliyev bildirib ki, həmin evin satışından əldə olunan vəsait hesabına banka olan kredit borclarını ödəyib. İndi də deyir ki, pulu Mövlam Şıxəliyevə verib. Məhkəmədən xahiş edirik ki, həmin əmlakla bağlı sorğu versin. Etibar Əliyev mətbuatda da dəfələrlə çıxış edib ki, Mövlam Şıxəliyevin mənə hər hansı bir borcu yoxdur”.
Mövlam Şıxəliyev vəsatətə belə münasibət bildirib:
"2015-ci ildə son istintaqa qədər hər yerdə ifadə verib ki, nə məndən pul istəyiblər, nə əmlak istəyiblər. Onun xüsusilə külli miqdarda kredit borcu var və evini satıb borcun bir hissəsini verib. Həmin evin məsələsi Nərimanov, Apelyasiya, Ali məhkəmələrdə araşdırılıb. Evi alan pulu qoyub bank hesabına. Pulu da onun oğlu götürüb. Oğlu da gəlib məhkəmədə dedi ki, mən Mövlam Şıxəliyevi 1 dəfə toyda görmüşəm. Bu nə mülki iddiadır? Özü bilmir ki, hara ilə nə iş görüb? Həmin evin alıcısı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdir".
Vəsatət müzakirəyə çıxarılıb, müttəhimlərlə yanaşı zərərçəkənlərin əksəriyyəti də təmin olunmasını istəyib. Hakim vəsatətə növbəti prosesdə Etibar Əliyev və onun nümayəndəsini dəvət etməklə baxılacağını elan edib.
Bundan sonra hakim yekun çıxış üçün sözü Mövlam Şıxəliyevə verib. O, məhkəmənin ədalətinə inanadığını deyib. General hakimləri qəzetlərin, saytların yazdıqlarına fikir verməməyə çağırıb. Mövlam Şıxəliyev bildirib ki, cinayət işində hər hansı bir sübut, dəlil yoxdur və iş ümumiyyətlə məhkəməyə göndərilə bilməzdi:
"Cinayət işi söz yığınından başqa bir şey deyil. Çox təəssüflər olsun ki, bu cinayət işi ayaq açıb Bakı Hərbi Məhkəməsinə gəldi. Ona görə gəldi ki, istintaq aparanlar 2020-ci ildə qrup rəhbərini dəyişdilər, komanda gəldi ki, Mövlam Şıxəliyev tutulmalıdır. Ondan sonra da başladılar bu ittihamları bizə verməyə. Sahib Ələkbərovun, Yasin Məmmədovun, Vüsal Ələkbərovun əməllərində cinayət tərkibi yoxdur. Hələ mən özümü kənara qoyuram. Mənim onlarla heç bir cinayət əlaqəm yoxdur. Yasin Məmmədov çıxışında da dedi ki, aramızda münasibətlər normal olmayıb. O baş müstəntiq idi, Baş İdarənin rəis müavini olmaq istəyirdi. Mən də imkan vermədim. Çünki ondan da təcrübəli müstəntiqlər var idi. Mənə tapşırıq olub ki, onu Baş İdarə rəsinin müavini qoyum. Lakin imtina etmişəm. Bilmişəm ki, bu nə ilə nəticələnə bilər.
Siz mütəşəkkil dəstə deyirsiz. Mən bu adamla necə mütəşəkkil dəstə olmuşam? Onu Baş İdarə rəisinin müavini olmağa qoymamışam. O, icazəsiz Truskovetsə istirahətə gedib, buna görə ona cəza veriblər. Qaldı ki, rütbəyə, ev məsələsinə. Bunları da nazir verib. Bir cinayət işi mənim iştirakımla müzakirə oluna bilməzdi. Cinayət işləri Baş Prokurorluqda baş prokurorun 1-ci müavini Rüstəm Usubovun yanında müzakirə olunurdu. Burda jurnalistlər var, deməsinlər ki, Mövlam Şıxəliyev təqsiri başqasının üstünə atır. Mənm təqsirim yoxdur və kimsənin də üstünə atmıram. Qaldı ki, müzakirələrə, cinayət işlərinin müzakirələri Baş Prokurorluqda aparılıb. Nəzarət edən orqan Baş Prokurorluqdur, onlar da ki, Allaha şükür bir cümlə bilirlər - mötəbər sübutlarla öz təsdiqini tapıb. Mötəbər sübutları qoyun ortaya da! Ceyhun Yusifov dedi. 32 epizoddan 31-də zərərçəkənlər rüşvət verdiklərini demir. Mənə də ittiham verilib ki, bu yoldaşların (digər müttəhimlər) vasitəsi ilə rüşvət almışam. Hansı rüşvət alıb bunların? Hələ mənə verdikləri qalsın qırağa. Qaragüruhla iş getmir, bura məhkəmədir. Ehtimallara istinad etmək olmaz. Kim deyir ki, zərərçəkənlər mənim yanımda olub? Onları mənim yanıma ya konvoy gətirə bilərdi, ya da müstəntiq. İşin içində harda bir qeydiyyat var ki, mənim yanıma gətiriblər zərərçəkənləri?”
Mövlam Şıxəliyevin çıxışı fasilədən sonra davam edib və əsasən özünümüdafiədən ibarət olub.
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya