Bakılı qubernator Azərbayan haqqında nələr deyib...
Sankt-Peterburqun Bakıda anadan olan qubernatoru Aleksandr Beqlovdan narazılıq niyə artıb?
Sankt-Peterburqun Bakıda anadan olan qubernatoru Aleksandr Beqlovun yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir. Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir. Bildirilir ki, 2018-ci ildən Rusiyanın ən mühüm ikinci şəhərinə rəhbərlik edən Beqlovdan narazılıqlar çoxdur.
Bu günlərdə prezident Putin Çukotka və Smolensk vilayətinin rəhbərlərini işdən uzaqlaşdırması sıranın Beqlovada çatacağı ehtimalı yaradıb. Ehtimallara görə, Aleksandr Beqlov prezidentin qərarını gözləmədən könüllü istefa verə bilər. Son vaxtlar Beqlova ictimai dəstəyin kəskin azalıb. Qapalı keçirilən rəy sorğularının birində iştirakçıların 60%-nin çoxu qubernatorun fəaliyyətindən narazı olduğunu bildirib. Təhlilçilər güman edirdilər ki, qarşıdan gələn yeni seçkilərdə Beqlovun qubernator postunu saxlamaq imkanlarını minimum endirir.
Son məlumatlara görə, Beqlovun əleyhinə aparılan petisiyanı 50 mindən çox şəhər sakini imzalayıb. Sankt-Peterburq qubernatoru xüsusilə idarəetmədə uğursuzluqlarına görə tənqid olunur. Məsələn, qışda, Sankt-Peterburqun mənzil-kommunal sektoru bərbad işləyir, şəhərin küçələrinə lazımi miqdarda texnika çıxarılmır.
Aleksandr Dmitriyeviç Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya müharibəsinin iştirakçısıdır. Beqlov deyib ki, Azərbaycan ailəsinin taleyində xüsusi rol oynayıb. Qubernatorun sözlərinə görə, 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gediblər.
A.Beqlov deyib: “1941-ci ildə mən hələ dünyaya gəlməmişdim. Bu barədə bildiklərimin hamısını yaşıllıardan eşitmişəm. Atamla birgə hərbi xidmət keçmiş dostları onu Xəzər sahilinə qonaq çağırıblar. Valideynlərim oraya çatandan az sonra müharibə başlanıb. Atamı dərhal cəbhəyə göndəriblər, anam isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atamın dostları anama və uşaqlara sığınacaq və bir tikə çörək veriblər”.
Beqlovun atası Böyük Vətən Müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov Bakıda doğulub. O, ailədə səkkizinci uşaq olub.
A.Beqlov Bakıda da olub və deyib ki, Azərbaycan paytaxtı ona doğma şəhərdir: “Bu şəhəri həmişə özüm üçün doğma saymışam, indi də heç nə dəyişməyib. Mən Bakıda doğulmuşam, orada boya-başa çatmışam. Bizim həyətdə yerli oğlanlarla dostluq edirdim, millətlər arasında heç bir fərq görmürdüm. Heç birimiz hansı dostumuzun hansı millətə mənsub olması barədə düşünmürdük. Hamımız bakılılar idik, birlikdə qaçır, oynayır, söhbət edirdik. Evlərimizin qapıları heç vaxt bağlanmırdı. O vaxt hamı belə yaşayırdı. Necə deyərlər, təki ürək geniş olsun. Qonşuların dalaşması, bir-biri ilə münasibətləri ayırd etməsi yadıma gəlmir. İnsanlar mehriban yaşayır, bir-birinə kömək edirdi”.
Musavat.com
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31