Fazil Mustafanın vurulduğu silah polkovnik-leytenantın evində gizlədilib

Millət vəkili Fazil Mustafaya qarşı silahlı sui-qəsd cəhdi ilə bağlı mühakimə edilən beş nəfərin məhkəməsi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda müttəhimlər- Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov isə əvvəlki proseslərdə ifadə vermişdilər.
Prosesə sədrlik edən Elnur Nuriyev ilk olaraq ifadə vermək üçün Səbuhi Şirinova söz verib.
Fazil Mustafanı avtomatla vurmaqda ittiham edilən Şirinovdur. Təqsirləndirilən şəxs cinayəti boynuna alır, əməlindən peşman deyil. Şirinov ifadəsinə Fazil Mustafa haqda düşüncələrindən danışmaqla başlayıb: “Bəziləri soruşur ki, səndən başqası yox idimi, onu cəzalandırsın. Fazil Mustafa İmam Hüseyni təhqir edib, şiə olduqlarına görə Şah İsmayıl Xətai və Məhəmməd Füzuliyə cahil deyib. Bundan başqa çıxışlarından birində deyib, yaxşı ki, Sultan Səlim Səfəvilərə qalib gəldi. Bu və digər səbəblərdən onu cəzalandırmaq qərarına gəldik”.
İstintaq materiallarından görünür ki, S.Şirinov əvvəllər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Kəşfiyatçı və snayperçi olub. Məhz bu səbəbdən də sui-qəsd cəhdini reallaşdırmaq üçün o seçilib. Elşad Əsgərov və Azər Səricanovla da danışdıqdan sonra Fazil Mustafanı izləməyə başlayıb: “Dəqiq yadımda deyil, təxminən 3-4 dəfə izlədim. Birinci dəfə fikrim o idi ki, böyrəyinə bıçaq soxub gedim. Amma həmin gün övladı da yanında idi. Bu səbəbdən heç nə etmədim. Hadisə günü Fazil Mustafa evə gələndə “Kalaşnikov” markalı avtomatla 25-30 metr məsafədən atəş açdım. Sonra da sərbəst, soyuqqanlı halda evə getdim. Bir neçə gün sonra Azərlə birgə Qaradağ rayonunda tutuldum.
Prokurorun sual-cavabı zamanı məlum olub ki, müttəhimin əlindəki avtomatın darağı dolu olub. Hadisə vaxtı avtomatdan 7 güllə çıxıb.
Fazil Mustafanın nümayəndəsini maraqlandıran məsələ təqsirləndirilən şəxsin hadisə yerindəki təhlükəsizlik kameralarına düşməməsi olub. Təqsirləndirilən şəxs isə bunu kəşfiyatçı olması ilə əlaqələndirib.
Vəkil Elçin Sadıqov isə müvəkkilindən Fazil Mustafanın siyasi fəaliyyətindən məlumatlı olub-olmadığını soruşub. Şirinov Fazil Mustafanı xoşuna gəlməyən çıxışlarını eşidənə kimi tanımadığını, hətta deputat olduğunu bilmədiyini deyib.
Təqsirləndirilən Azər Səricanov Səbuhi Şirinova hadisədən sonra pul verib.
Prosesin davamında təqsirləndirilən Elşad Əsgərov ifadə verib. 40 yaşlı Əsgərov həbsinə kimi taksi sürücüsü işləyib. Təqsirləndirilən şəxsin dediyinə görə, sakit təbiətli, sülhsevər bir insan olub. Fazil Mustafanın din haqda təhqiredici çıxışlarından sonra bu işə qoşulub: “Elə vəziyyət yarandı ki, bıçaq sümüyə dirəndi. Mənə deyirlər ki, 8 dəfə İrana getmisən. Həmin vaxtlarda neft şirkətindəki işimdən çıxmışdım. Yeni işlə bağlı İrana gedib-gəlirdim. Deyirlər ki, Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq istəmişəm. Mənə o, ittihamla cəza vermək olmaz. Digər məsələlərlə razıyam. Dövlət var. Cəza verilməsə, özbaşınalıq olar.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan edilib.
Əsgərov müstəntiqə deyib ki, Səbuhi Şirinovla taksidə tanış olub: “Söhbət əsnasında dini ədalətsizlikdən filan danışdıq. Bu vaxt Fazil Mustafa ağlıma gəldi. Çıxışlarından danışdıq. Gördüm ki, o da narazıdır. Nə isə sonradan Səbuhi də işə qoşuldu. Fazil Mustafanın evinin yerini mən müəyyən etdim. Hadisə günü Səbuhini evin qarşısına apardım. Fazili vurandan sonra da aparıb evlərinə düşürdüm. Üç gün sonra görüşdük. Hadisəyə görə bir-birimizi təbrik etdik. Dediyinə görə 9 dəfə atəş açıb. İkimiz də sevindik”.
Sədrlik edən hakim təqsirləndirilən şəxsin sülhsevər insan olması haqda dediyi sözə qayıdıb. Ondan nəyə görə bu məsələni də sülh yolu ilə həll etmədiyini soruşub. Təqsirləndirilən Əsgərov isə bunun səbəbini Fazil Mustafanın Allahdan deyil, güllədən qorxması ilə əlaqələndirib.
Bu iş üzrə təqsirləndirilən şəxslərin sonuncusu isə Emin Əliyarovdur. Əliyarov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Polkovnik-leytenantdır. Onu bu işə bağlayan isə müttəhim Azər Səricanovla dost olması, Səricanovun cinayətdə istifadə edilən avtomatı onun evində gizlətməsidir. E.Əliyarovun dediyinə görə, Səricanovun bağlamada gətirdiyi şeyin avtomat olmasından xəbəri olmayıb: “Uzun çantada nə isə gətirdi. Heç nə olduğunu soruşmadım. Dedi ki, bu sizdə qalsın. Azər narahat idi. Soruşdum ki, niyə narahatsan, dedi ki, Fazil hadisəsi bizlikdir. Polis qapıma gələnə kimi bilmirdim nədir. Evimdən silah çıxanda da şok oldum”.
Bütün təqsirləndirilən şəxslər ifadə verdiyinə görə hakim növbəti prosesdə şahidlərin dindiriləcəyini deyib.
Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
1 iyul 2025 16:20
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 2025 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 2025 17:46
- Samuxda 86 yaşlı qadının üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkarlanıb
29 iyun 2025 20:17
- 20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
29 iyun 2025 11:01
- Putin Kadırovun oğlu ilə görüşdü
29 iyun 2025 10:31
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48