Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti 2 aylıq gecikmə ilə ödəyib.
Musavat.com xəbər verir ki, illərdir davam edən məhkəmə çəkişmələrinin sonucunda Sabunçu rayon Məhkəməsi Orxan İsmayılzadəni Nil İsmayılzadənin atası olmasını verdiyi qətnamə ilə təsbit edib.
Qətnamə digər instasiyalarda qüvvəsində saxlanılıb. Həmin qətnaməyə görə Orxan İsmayılzadə qızı Nili saxlamaq üçün hər ay 500 manat aliment ödəməlidir. Orxan İsmayılzadə məhkəmə qətnaməsi ilə razı deyil. Dəfələrlə alimenti gecikdirir. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi onun qiyməti 200 min manatı aşan maşını üzərinə həbs qoyub.
Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İkram Sabir oğlu Şirinovun icraatında Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti araşdırılmaqdadır. Orxan İsmayılzadə Sabunçu Məhkəməsinin qətnaməsinin ləğvini istəyir. İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər. Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər.

Məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır. Lakin Orxan İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırıb, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınıb. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü. Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb. Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun.
Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb:
“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur. Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.

Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarıb.
Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər. Ekspertiza fevralın 6-da, saat 12-təyin olunub. Buna qədər iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilmələri haqda 5 məhkəmə qərar verib. Həmin qərarların icrası Orxan İsmayılzadənin ekspertizaya qatılmamasına görə baş tutmayıb.
İddiaçı Fidan Abbasova Musavat.com-a deyib ki, qızı Nil İsmayılzadə ekspertizanın işində iştirak edəcək:
“Ümid edirəm ki, Orxan İsmayılzadə bu dəfə ekspertizanın işində iştirak edəcək. Sabunçu, Xətai və apellyasiya instansiyaları buna qədər DNK ekspertizası keçirilməsi üçün qərar veriblər. Orxan İsmayılzadə hər dəfə bir bəhanə ilə ekspertizanın işində iştirak etməyib. Hər dəfə də onun ekspertizanın işində iştirak etməməsi protokollaşdırılıb. Bu dəfə də ekspertizaya qızımı vəkilin iştirakı ilə aparacağıq. Orxan İsmayılzadə gəlsə də, gəlməsə də, biz ekspertizanın işində iştirak edəcəyik. Artıq 5 dəfə iştirak etmişik, 6-cı dəfə də iştirak etməkdə qərarlıyıq”.
E.MƏMMƏDƏLİYEV,
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
2 fevral 2026 13:26
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
28 yanvar 2026 19:15
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 2026 11:44
- Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
27 yanvar 2026 11:36
- Dövlət əleyhinə açıq çağırışlar edən Murad Quliyevə hökm oxundu
26 yanvar 2026 12:38
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Bakıda məşhur restoran işçilərin maaşını vermir? (VİDEO)
25 yanvar 2026 14:42
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
- Baş Prokurorluqda yeni təyinat
02 fevral 12:15
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
02 fevral 11:11
- Bu gün Azərbaycanda Gənclər Günüdür
02 fevral 11:02
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
01 fevral 13:26
- İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
01 fevral 12:15
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 11:37
- Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi
31 yanvar 11:30
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 11:23
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 13:52
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 12:20
- Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
30 yanvar 12:14
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 00:17
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 20:42
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 19:34
- Vətən müharibəsi iştirakçısı DƏM QAZINDAN ÖLDÜ (FOTO)
29 yanvar 16:29
- Şəhid atası vəfat etdi
29 yanvar 11:57
- Zəngilana növbəti köç karvanı yola salındı
29 yanvar 11:45
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 01:40
- Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi - Təsdiqlədi
28 yanvar 21:14
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
28 yanvar 19:15
- Putinlə Əhməd əl-Şaraanın görüşü başladı
28 yanvar 18:03
