Qorxu və qisas
Region20 mart 2025 23:45

705-ci ilin Konstantinopolu. 10 il əvvəl devrilmiş imperator Yustinian yenidən hakimiyyətə qayıtmaq üçün şəhərə hücum çəkib. Paytaxt əhalisi onun təslim olmaq təklifini saymazlıq və kinayə ilə qarşılayır. Şəhər divarlarından söyüş və təhqirlər yağdırır, "Burunsuz, rədd ol get!” qışqırırlar.
10 il əvvəl sərkərdə Leonti onu devirib burnunu və dilini kəsdirmiş, ancaq öldürməyib sürgünə - Krıma göndərmişdi. O vaxtdan da Yustinian çevrilib "Rinotmet”, yəni "Burunsuz” olmuşdu.
Rinotmetin sürgündə ilk işi özünün zahiri görkəminə əl gəzdirmək olur - qızıldan süni burun sifariş edir. Sonra xəzərlərdən və bolqar xanından kömək istəyir. Dilsiz-ağızsız Yustinian onlarla ümumi dil tapmağa nail olur. Və budur, Yustinian muzdlulardan ibarət dəstəsi ilə Konstantinopola qayıdır.
Qüvvəsi az, ümumxalq nifrətinin obyekti olan Yustinianın qalib gəlmək şansı illüzor görünür. Ancaq o, hiyləyə əl atır - köhnə, işləməyən su kəmərinə enən muzdlular şəhərə daxil olur, Yustiniana sədaqətini saxlamış adamları tapır və onları şəhər qapılarını açmağa razı salırlar. Şəhər əhalisi səhər oyananda küçələrdə bolqar muzdluları ilə qarşılaşır. Yaranan böyük panika və qəfillik Yustiniana qələbə qazandırır. Bizans da, düşmənləri də onun ayaqları altındadır. Təhqirlərlə dolu 10 ilin qisasını almağa başlamaq olar.
Vaxtilə onu devirən Leontini də artıq Tiveri deviib. Yustinian hər ikisini saraya gətizdirir, yerə yıxaraq hər ayağını birinin başının üzərinə qoyur və bu pozada ziyafət verir.
Sonra onun əmri ilə şəhərin məşhur əyanları qonaq çağırılır. Əyanlar bunu xoşbəxt işarə sayaraq hədiyyələrlə birlikdə sevinc içində saraya toplaşırlar. Yemək qablarında isə onlara övladlarının bişirilmiş bədən hissələri təqdim edilir. Kim yeməsə, dərhal edam olunacaqdı. Yeyirlər və bir azdan edam olunurlar.
Rinotmetin ən dəhşətli müraciəti isə sadə xalqa ünvanlanmışdı. Bu, qisasın apofeozu idi. Onun əmrinə görə, şəhərdə olmadığı illərdə kim əleyhinə danışıbsa, həmin şəxslərin kəsilmiş başını gətirən hər kəsə qızıl vəd olunur. Və Konstantinopol tarixinin ən murdar epizodlarından biri baş verir.
Səhər tezdən sarayın qarşısında ucsuz-bucaqsız növbələr yaranır. Hər kəs belindəki kisədə insan başı gətirərək bəxşiş növbəsinə düzülür. Burada kimlər yox idi?! Oğul atasının, qardaş qardaşın, ata oğlunun, qonşu qonşunun... başını gətirib gəlmişdi. Kimin kimdə qisası vardısa, öldurmüşdü. Kimə pul lazımdısa, qatilə çevrilmişdi. Kim bu vakxanaliyada iştirak etmirdisə, avtomatik olaraq şübhəli şəxs siyahısına düşürdü. Odur ki, heyvani qorxu və qeyri-loyal sayılmaq təhlükəsi bütün toplumu çulğayaraq qoca şəhəri kütləvi qətllər məkanına çevirmişdi. Burunsuz və dilsiz Yustinian nifrətini bu yolla ifadə etmiş, qisasını bu üsulla almışdı. Kütlə ona bu şəraiti tərəddüd etmədən və asanlıqla yaratmışdı.
Üstündən 6 il keçəcək, 711-ci ilin dekabrında elə həmin kütlə tərəfindən Yustinian qətlə yetiriləcək, başı kəsilib payaya keçiriləcək, bədəni dənizə atılacaqdı. Kütlə onun 5 yaşlı oğlunu da bağışlamayacaq, nənəsi imperatriçə Anastasiyanın əlindən alaraq öldürəcəkdi. Yustinianın öldürülməsi ilə tarixdə 20 illik anarxiya adlanan dövr başlayacaq, 5 ildə 5 imperator bir-birini əvəzləyəcəkdi.
Absurd, ancaq fakt: Ellada pravoslav kilsəsi bir neçə il əvvəl Yustinian Rinotmeti övliyəlar siyahısına keçirərək onu müqəddəs elan edib.
***
"Mədəniyyət közərmiş vulkan üzərində nazik alma qabığıdır”, - Fridrix Nitsşe yazırdı. Bu, həm də yüksək dəyərlərin kobud güc qarşısında necə kövrək, zəif və zərif olduğunun obrazlı ifadəsidir.
Toplumu xroniki olaraq ekstremal şəraitdə saxlayanda mənəviyyat arxa plana keçir və şərin banallığı fərdləri qisasla qorxunun əlində əsir qalan bioloji varlığa çevirir.
Dövrlər dəyişib mexanizmlər və zahiri mənzərə dəyişə bilər, ancaq mahiyyət eyni olaraq qalır. Rinotmet dövrünün Konstantinopolundakı mənzərə ilə 21-ci əsrdə baş verənlər sırf texniki cəhətdən, ya da qisas və qorxunun dozasına görə fərqlənə bilər, ancaq təbiətiinə görə də, nəticələrinə görə də bənzərdir.
Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra minlərlə adam o hadisəyə dəxli olmayan şəxslər barədə donoslar yazıb pul mükafatı aldı. Bununla həm öz qisaslarını gerçəkləşdirdi, həm də loyallıqlarını göstərərək şübhəlilər siyahısına düşmək qorxularına üstün gəldilər.
Argentinada təqaüdçülərin polis tərəfindən döyülməsinə biganə qala bilməyən futbol azarkeşləri küçə döyüşlərinə çıxdı. Hazırda onların adlarını və yerini xəbər verəcək hər kəsə pul mukafatı vəd olunub. Reaksiya özünü gecikdirmədi - donosların sayı-hesabı yoxdur.
Saytlarda həmkarlarını ləkələyən jurnalistlər, sosial şəbəkələrdə başqalarını "Vətən xaini” çıxaran "aktivistlər”, bir-birini hər şeydə ittiham edən "yazıçı və şairlər” mahiyyətcə Konstantinopolda pul üçün növbəyə düzülmüş o qatillərin qan qohumları və ruh oxşarlarıdır. Öz qorxu və qisas hisslərini ən ekzotik dekorasiiyalarla gizlətməkləri isə onları ikiqat eybəcər edir.
Yeganə fərq ondadır ki, təlqin olunan qorxu və qisasın dozası daha birbırçı ssenariləri tələb etmir. Tələb olsa, təklik də yaranacaq...
Məmməd Süleymanov
Oxşar xəbərlər
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 2025 12:27
- Suraxanıda 17 yaşlı oğlanın intiharı dəhşətli cinayətlərin üstünü açdı- Manyak qonşu tərəfindən zorlanıbmış
20 iyun 2025 14:58
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 2025 13:13
- Sayt rəhbəri və oğluna HÖKM oxundu
11 iyun 2025 12:52
- Bir əsrin şahidi : 100 yaşlı cərrah Anatoli Zankoviçin keşməkeşli həyat hekayəsi
9 iyun 2025 07:20
- Vanqanın 2025-ci il üçün ŞOK PROQNOZU – İLK DƏFƏ...
8 iyun 2025 14:20
- Qalmaqallı məktəblə bağlı yeni faktlar - Direktor sənədləri saxtalaşdırıb - FOTO+VİDEO
3 iyun 2025 20:46
- Şəmkirdə baş həkimi öldürmək istədilər - ŞOK faktlar
3 iyun 2025 09:48
- Azərbaycanda dəhşət: Əsir kimi saxlayıb zorla işlətdi
1 iyun 2025 10:10
- Falçı Nərgiz Sultanova məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edildi…
30 may 2025 23:16
Xəbər lenti
- Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN
22 iyun 20:33
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 20:11
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 11:12
- Ölkəyə külli miqdarda qeyri-qanuni SİQARET GƏTİRƏN....
22 iyun 10:49
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
22 iyun 10:36
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 10:14
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 09:08
- ABŞ-nin İrana hücumundan sonra telefonla danışdılar
22 iyun 08:45
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 08:16
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 07:43
- Netanyahu GEDƏCƏK , amma İran QALACAQ - Medvedev
22 iyun 02:29
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 02:16
- Sevil Əliyevanın oğlu evləndi
22 iyun 01:04
- Ötən il Azərbaycanda 1420 KÖRPƏ ÖLÜB
21 iyun 23:37
- Ərdoğandan SƏRT MESAJ: İran bu sınaqdan qalib çıxacaq!
21 iyun 22:07
- İlham Əliyevin bu müraciəti BMT sənədi kimi yayılıb
21 iyun 22:02
- Axundla qaçan qızdan ŞOK açıqlama: Ailəmin işgəncəsinə görə…
21 iyun 21:53
- DTX-nin saxladığı eks-icra başçısı HƏBS OLUNDU
21 iyun 20:59
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 13:58
- BAKCELL-in brend strategiyası beynəlxalq nəşrdə...
21 iyun 13:51
- Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
21 iyun 12:36
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 12:27
- Azərbaycana YAY fəsli daxil oldu
21 iyun 11:06
Video & Fotoqalereya
Video
Fotoqalereya