Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb - Əlisa Nicatla MÜSAHİBƏ
Müsahibə3 fevral 2025 19:40

Yazıçı, tərcüməçi, tarixçi və filosof Əlisa Nicat Lent.az-a müsahibə verib. O, 100-dən çox kitabın müəllifidir.
Adətən, müsahibə müxbirin sualıyla başlayır, lakin bu söhbətimiz Əlisa müəllimin “cavabıyla” start götürdü:
- Yeni bir kitab yazıram. Hələ bu cür kitab görməmisiniz. Bilirsiz, necə böyük şeylərdən yazmışam?!
- Mövzu nədir, Əlisa müəllim?
- Kainatın, insanın yaranması. Əgər varsa, Tanrı əvvəlcə milyardlarla qalaktikanı, kainatı yaratdı. Neynir axı bu qədər qalaktikanı? Sonra fikirləşir ki, görəsən, başqa nə edim? Neçə milyard il sonra onlardan fərqlənən canlı nələrsə yaratmağa başlayıb. Beləcə ilk hüceyrəni yaradıb. Təxminən bir neçə milyard il əvvəl. Fikirləşdi ki, başqa nə edə bilərəm? Sonra dəniz ilbizi, dəniz kirpisini yaratdı.

Nəhayət, haçandan haçana balığı yaradıb. Artıq balığı yaradanda ona göz də qoymaq lazım idi. İlk göz balıqlarda olub. Daha sonra balığa deyib ki, çıx quruya və balıq üçün quruda otlar, yaşıllıq yaradıb. Əvvəlcə görüb ki, balıqların boynu yoxdur deyə, aşırlar, ölürlər. Ondan sonra balıqlara boyun da yaradıb. Boyun yaradandan sonra sürünənlər - kərtənkələlər-filan yaranıb.
- Böyük Partlayış, Big-Bang nəzəriyyəsini qəbul edirsiz?
- Xeyr. O nəzəriyyə yalandı. Uydurmadı.
- Bəs başlanğıc üçün hansı fikri qəbul edirsiz? Hər şey necə başladı?
- Elə əsas mübahisəli mövzu da budur. Allah var, ya yox? İmmanuel Kant deyir ki, adi tırtıl kainatdan daha maraqlı və mürəkkəbdir. Doğrudan da, belədir. İnsan da bu cürdür. İnsan orqanizmi bütün hər şeydən qəlizdir. İnsanı idarə edən 3 şey var, ürək, beyin və "Mən". Məsələn, açıq bir dükan var, girib görürsən ki, pul var içəridə. Ürək istəyir ki, onu götürəsən. Beyin deyir ki, üstü açılar, səni tutarlar. Ürəklə beynin mübahisəsi düşür. Ən sonda "Mən" gəlir və deyir ki, olmaz. İcazə vermir. İnsan Allahın ən mürəkkəb kəşfidir. Bundan böyük bir şey yoxdur.
- İstərdim, yaradılışdan sənətə keçək. Sənət barədə xeyli yazılarınız var...
- Bütün dünya musiqisini dinləmişəm. Bethoven, Mozart - hamısının kaseti məndə var. Artıq doymuşam onlardan. Hamısını əzbər bilirəm.

Üzeyir Hacıbəylinin "Arşın mal alan"ın əzbər bilirəm. İndi kim bilir onu? Üzeyir bəy elə böyük dahidir ki, bizim xalq ona layiq deyil. "Arşın mal alan" əsərini ən çox sevən iki nəfər bilirsiz kim olub? Biri Stalin, digəri Çin diktatoru Mao Tszedun. Mao Tszedunun əmri ilə "Arşın mal alan" əsəri Çin dilində Pekində tamaşaya qoyulub.
- “Arşın mal alan”ı, deyəsən, ermənilər də “sevmişdi”…
- Bəli, bir erməni 1940-cı illərdə "Arşın mal alanı" ermənicəyə tərcümə edib "Erməni operettalarının gəlini" adı altında ABŞ-də səhnəyə qoydu. İnsanlar axışıb o tamaşalara baxırdılar.

Bu xəbər Bağırova çatanda gedir Stalinin yanına, məsələni izah edir. Xahiş edir ki, Amerikaya xəbər versinlər bu haqda. Stalin deyir ki, müharibə davam edir. Bunu demək doğru çıxmaz, ondansa gedib bir film çəkin və bütün dünya bilsin ki, bu sizindir. Ondan sonra kinonu çəkirlər. Hər il SSRİ-də "Stalin" mükafatı verilirdi. Stalinə 1946-cı ilin siyahısını gətirirlər ki, qol çəksin. Stalin görəndə ki, "Arşın mal alan" yoxdur, əsəbiləşir və o siyahıya həmin filmi də saldırır.

Azərbaycanda minlərlə musiqiçi, müğənni var. Heç birinin də zövqü yoxdur. Hara baxırsan müğənnidir, hamı oxuyur. Heç kim oturub ciddi bir işlə məşğul olmur. Bir nəfər fikirləşmir ki, o tayda 40 milyon azərbaycanlı var. Gündə biri asılır.
- Əlisa müəllim, "100 ən böyük azərbaycanlı" adında kitabınız var. Üzeyir bəy orada birinci yerdədir, lakin Mircəfər Bağırovu üçüncü sıraya daxil etmisiz. Bağırov bir tarixi şəxsiyyət kimi Azərbaycanda birmənalı qarşılanmır. O niyə siyahınızda üçüncü yerdədir?
- Mircəfər Bağırov ancaq qanmazlar üçün elədir. O olmasaydı, Azərbaycanı böləcəkdilər. Bağırov hələ 18-19 yaşında dostunun dəstəsində Qubada daşnaklara qarşı vuruşub. Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Müsavat" hökumətinin əks-kəşfiyyatının rəhbəri olub. AXC süqut etdikdən sonra Bağırov görüb ki, bolşeviklər hər tərəfi tutublar. Gedib Həştərxana Nəriman Nərimanovun yanına. Ermənilər Nərimanovun başına çox oyun açırdılar. Mikoyan və digərləri orada çox məşhur idi. Onlar bizə heç nəyə imkan vermirdilər. Təsəvvür edin, SSRİ Elmlər Akademiyasının 200 nəfər erməni, 100 nəfər gürcü həqiqi üzvü olub. Lakin aralarında 1 nəfər belə azərbaycanlı olmayıb. Ruslar da buna imkan vermirdilər. Rusların dünyada ən nifrət etdiyi Azərbaycan xalqıdır. Nərimanov Bağırovu çağırıb "KQB"nin əvvəlcə sədr müavini, daha sonra sədri vəzifəsinə qoydu. Bağırov onda da Azərbaycana xidmət edirdi. Nərimanovdan sonra bilirsiz hakimiyyət kimə verildi? Levon Mirzoyana. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi oldu. Bir nəfər olmadı ki, gedib onun başına bir güllə vursun. Milyonçuların var-yoxunu, Bakının qızıllarını talayıb hamısını ötürdülər İrəvana. Lenin onun əlindən bezib çıxardı o vəzifədən.

Daha sonra onu göndərdi Qazaxıstana. Qazaxlar nə etdilər? Öz paytaxtlarının adını dəyişib qoydular "Mirzoyan". Bu da bizim qazaxlarımız.
Bağırova "xalq düşməni" adı veriləndə həmin məhkəməyə Bağırov daxil olanda hamı hörmətdən ayağa qalxmışdı.
- Bildiyim qədərilə hörmətdən yox, qorxudan qalxmışdılar.
- Xeyr. Bağırovun yaxşılıqlarını hamı görürdü. Ağıllı adamlar bilirdilər ki, o repressiyaları Bağırov yox, Moskva edir.
Bilirsiz, məni də bir dəfə hüquq-mühafizə orqanları çağırıb (gülür). Təqribən, 10 il əvvəl Əvəz Zeynallı Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) kitabını tərcümə etmişdi. Mən o kitabın redaktoru idim. Axı, o kitab bəzi ölkələrdə qadağandır. Ona görə, hüquq-mühafizə orqanları çağırmışdı. Sonra prezident dedi ki, bu kitab hər yerdə çap olunub, burada nə var ki? Ondan sonra buraxdılar.
- Bəs repressiya qurbanları necə? Onların həbsində, güllələnməsində kimin əli var idi?
- O boyda professor Cəmil Həsənli işin-gücün buraxıb, düşüb Bağırovun üstünə. O qanmır ki, repressiya qurbanlarını Bağırov tutmurdu. Onların siyahısı Moskvadan gəlirdi. Bağırovu müqəvva kimi oturtmuşdular.
1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan "xalq düşməni" adı vururdular. Çünki Moskvadan verilən "planı" doldurmaq lazım idi. Yoxsa, Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb.

"Bütün yer üzünün xoş gələcəyi
Hər zövqü, səfası partiyamızdır". - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar.
Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər.
- Bayaq dediniz ki, Bağırov olmasaydı, Azərbaycanı böləcəkdilər...
- Bəli. Ümumiyyətlə, Stalinin Azərbaycana rəğbəti vardı. Çünki Məhəmməd Əmin Rəsulzadə Stalini ölümdən xilas edib. Stalin həmin vaxt bankları yaran bir quldur idi. Bakıda fəhlələr onu tutub öldürmək istəyirdilər. Neft quyusuna atıb öldürəcəkdilər. Rəsulzadə icazə verməyib. 1930-cu illərdə Stalin Bağırova zəng edib ki, Naxçıvan ermənilərə veriləcək. Qərar çıxıb, o da razılıq versin. Bağırov deyib ki, istəyirsiz məni güllələyin, amma Naxçıvan Azərbaycanındır, onu ermənilərə verə bilmərəm. Stalin onu qovur. 6 ay sonra yenidən Beriyanın xahişi ilə Bağırov vəzifəsinə qaytarılır.
Bundan başqa orduda azərbaycanlıları öldürürdülər. Səbəbsiz yerə. Bir general var idi, tək o özü 100-dən çox azərbaycanlı öldürüb. Rəvayətə görə, Bağırov gedir ora və tapançanı çıxarıb o generalı öldürür, amma mən buna inanmıram. O azərbaycanlılar üçün ayrı bir diviziya yaradıldı.
- Yazıçılar Birliyinə üzvsüz. Sizə təqaüd verirlər?
- Cəmi 1 il təqaüd almışam. O da iki il əvvəl. Prezident təqaüdü üçün 3 dəfə məktub yazmışam. Bilmirəm, o məktublar prezidentə çatıb, ya yox. O təqaüdü almağıma bir dəfə Prezident Aparatından Fatma Abdullazadə mane oldu. Demişdi ki, Əlisa Nicat bizim adam deyil. Yazıçılar Birliyinə gəlincə, o, ümumiyyətlə, anormal bir qurumdur. Dünyanın heç bir yerində elə bir qurum yoxdur. O, SSRİ-də yaranmışdı ki, hakimiyyətə qulluq etsin.
- Belə bir tezis var ki, Axundov, Mirzə Cəlil, Sabir Azərbaycan xalqını alçaldıb. Sizin fikriniz nədir bu barədə?
- Baş verən bu qədər eybəcərliklərə mənim ürəyim dözmür, onların ürəyi necə dözəydi? Görüblər ki, bu xalq köləlik edib, cahildir, yanıblar da. Gürcüstanda bir ermənini birinci katib qoya bilərdilər? Yaxud da Ermənistanda azərbaycanlı birinci katib ola bilərdi? Yox, əlbəttə. Onlar da xalqın bu köləliyini görüb yanıblar da. Gör, nə qədər cəhalət var imiş ki, dözə bilməyiblər.
- Cənubi Azərbaycandan danışaq...
- Mənim yaralı yerim. 40 milyon azərbaycanlı yaşayır orada. Dünyada elə bir xalq yoxdur ki, o qədər əhaliylə adı it dəftərində belə olmaya.
Onların hüquqları tapdanır, əzilir. Hətta hökumət azərbaycanlı uşaqlara türk adı qoymağı qadağan edib. Dözürlər buna. Hər dəfə birini asırlar orada. Sakit durublar.
- Gənclərdən gözləntiləriniz nədir?
- Heç nə. Gənclər çox savadsızdır. Kitabxanalar bomboşdur. Biri gedib baxmır ki, görəsən, yeni nə kitab çıxıb, nə oxuyaq? Bunun təbliğatı da aparılmır. Siz bir dəfə görmüsüz ki, bir nazir, ya hansısa vəzifəli şəxs çıxıb əlində kitabla çağırış etsin?
- Sovet dövrü ədəbiyyatından kimləri bəyənirsiz və gənclərə kimləri oxumağı tövsiyə edərsiz?
- Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar, Əbülhəsən "Dostluq qalası" əsərini yazırdı. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, "Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam". Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam. Hələ Süleyman Rüstəm Mərkəzi Komitəyə şeir yazmışdı.
Mirzə İbrahimovlar, Süleyman Rəhimovlar, Əli Vəliyevlər, Hüseyn Abbaszadələr, Əbülhəsənlər - hamısı cəfəngiyatdır. "Şamo"nu kim oxuyacaq? Heç kim. Sovet dövründən qalan sadəcə Cəfər Cabbarlıdır.
- Bəs dünya ədəbiyyatı necə?
- Dünyadan Kafka, Marsel Prust, Ceyms Coys... Coysun romanının sonunda qadının monoloqu var. Bir cümlə 60 səhifə davam edir. Dostoyevskini, sevmirəm. Onun əsərləri şovinistdir. Ümumiyyətlə, rus ədəbiyyatını bəyənmirəm. Şopenhauer, Kafka, Nitsşe - həyatı sadəcə bunlar görüb, yazıblar.
- Hazırda nə yazırsız?
- İndi cavanlıq məhəbbətimdən bir hekayə yazıram. 20 yaşım olanda Bakıda Nüşabə adında bir qızı sevmişəm. Bakının ən gözəl qızı idi.

Mən həmin vaxt tələbə idim, kirayə qalırdım və heç nəyim yox idi. O vəziyyətdə necə elçi gedə bilərdim? Borc-xərclə bir üzük tapmaq olardı, amma tək üzüklə heç nə düzəlmir axı. Ona görə də, alınmadı. Gözümün qabağında bir qaban gəlib Bakının o 1 nömrəli gözəli ilə evləndi. Çünki böyük imkanları var idi. İndi mən rəmzi bir hekayə yazmışam. Orada Səbahəddin Əli obrazını yaratmışam. O, mənəm.
Oxşar xəbərlər
- Britaniyanın Azərbaycandakı səfirindən SENSASİON MÜSAHİBƏ
21 avqust 2025 01:07
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 2025 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 2025 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 2025 14:41
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 2025 10:43
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 2025 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 2025 00:34
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 2025 16:34
Xəbər lenti
- Britaniyanın Azərbaycandakı səfirindən SENSASİON MÜSAHİBƏ
21 avqust 01:05
- Fransanın Bakıya göndərdiyi səfir barədə YENİ detallar
21 avqust 00:38
- Güləşçimiz dünya çempionatında finala yüksəldi
21 avqust 00:25
- Adəm Məmmədovun vəkilliyinə XİTAM verildi - Yenilənib
20 avqust 22:11
- Prezident və birinci xanım Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu FOTOLAR
20 avqust 21:39
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
Video & Fotoqalereya
Video
Fotoqalereya