Məhkəməyə təqdim olunan saxta sənəd
2005-ci ildə ərazidə nəinki məktəb, heç bir tikili olmayıb
Məktəbin satılan əvvəlki yolu





Qalmaqallı məktəblə bağlı yeni faktlar - Direktor sənədləri saxtalaşdırıb - FOTO+VİDEO
Hadisə3 iyun 2025 20:07

Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbi ilə bağlı yeni faktlar aşkarlanıb.
Bu barədə Bakupost.az -a məktəb rəhbərliyindən Səbail Rayon Məhkəməsinə şikayət edən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M. Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan Zəminə Zahirova bildirib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin qeyri-qanuni fəaliyyət göstərdiyini etiraf edib. Belə ki, idarə müdiri məktəbdən şikayət edən sakinləri qəbul edərkən, Laçın qaçqın məktəbinin açılması ilə bağlı müvafiq rəsmi sənədlərin olmadığını etiraf edib.
Z. Zahirova bununla bağlı görüntüləri də redaksiyamıza təqdim edib.
Şikayətçinin sözlərinə görə, digər önəmli məqam adı çəkilən məktəbin direktoru Piyalə Xudayarovanın məhkəməyə məktəblə bağlı saxta sənədlər təqdim etməsidir.
"Bu, Cinayət Məcəlləsinin 294-cü maddəsi (Sübutları saxtalaşdırma) ilə cinayət əməli sayılır. Həmin maddədə deyilir ki, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılmasına görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."
Z. Zahirovanın dediyinə görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdirinin məktəbin sənədlərinin olmadığı etiraf etməsinə rəğmən, məktəb direktoru saxta sənəd düzəltdirməkdən çəkinməyib və məhkəməni aldatmağa çalışıb:
"Məhkəmənin hazırlıq iclasında hakim Piyalə Xudayarovanın vəkilinə sənədin saxta olması barədə sual verdi. Vəkil bu məsələdən xəbərsiz olduğunu bildirdi. Deməli, bu məktəb illərlə qanunsuz tikilidə, gizlin fəaliyyət göstərib. Məsələ böyüyəndə məlum olub ki, dövlət qurumları tərəfindən məktəblə bağlı hər hansı icazə və razılaşma sənədləri yoxdur. Bu faktı Fuad Bədəlov özü də sizə təqdim etdiyim videoda etiraf edib. İş məhkəməyə gedəndə direktor Piyalə xanım saxta sənədi – 21.04.2005-ci ilə aid sxemi həm məhkəməyə, həm də Şərqi Zəngəzur Təhsil İdarəsinə göndərib.

Ardınca idarə bu saxta sənədə əsaslanıb məhkəməyə qabaqcadan düzgün olmayan məlumat göndərib. Elm və Təhsil Nazirliyindən bu günə qədər bir adam gəlib məktəbi yoxlamayıb ki, bu məktəb harada yerləşir, təhlükəsizliyi necə qorunur, təxliyyə çıxışı, yanğınsöndürmə sistemi, həkimi var, ya yox. Orada tədris yox, yalnız maddi maraq güdülür. Bu məktəbi kim qoruyur? Direktor kimin himayədarlığı ilə bu günə qədər qanunsuz tikilidə oturub? Məhkəməyə saxta sənəd təqdim edən direktorun fəaliyyəti necə düz ola bilər? Direktorun bu tikilidən başqa yaxınlıqda 2 evi var. Özünə bu qanunsuz tikili vasitəsilə biznes qurub."

Z. Zahirova qeyd edib ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər:

"Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru öz qanunsuz əməllərini ört-basdır etmək üçün gah saxta sənəd düzəldir, gah da şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqın məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhidin adını daşıdığını bildirir. Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Belə bir qərar, sərəncam varsa, qoy ortaya çıxarsınlar."

Qeyd edək ki, iki ilə yaxındır ki, məktəb rəhbərliyi ilə sakinlər arasında qarşıdurma davam edir. Buna səbəb məktəbin yeganə yolunun satılması və yerində obyekt tikilməsidir. Belə ki, bundan sonra məktəb rəhbərliyi sakinlərdən onların həyətindən keçib məktəbə gedib-gəlmələrinə şərait yaratmalarını istəyib. Sakinlər də humanizm naminə direktorun bu xahişini yerinə yetiriblər. Ancaq bir müddət sonra direktor və müəllimlər məktəbə avtomobilləri ilə gedib-gəlməyə başlayıblar. Dar həyətdən avtomobil yolu kimi istifadə edilməsi sakinlərin narazılığına səbəb olub. Bu azmış kimi, məktəbin darvazasının Z. Zahirovanın evinə bərkidilməsi narazılığı daha da artırıb.
Məsələ ilə bağlı sakinlər Səbail Rayon Məhkəməsinə müraciət ediblər. İşə iyunun 5-də baxılacaq. Şikayətçi Z.Zahirova Bakupost.az-a müraciətində məktəbin direktoru Piyalə Xudayarovanın ona hədə-qorxu gəldiyini də bildirib:

"Deyir ki, sənin evini sökdürüb məktəb üçün həyətyanı sahə edərəm. Bilmirəm, arxasında kimlər dayanıb. İki ildir ki, mənim rahatlığım yoxdur. Həm də məktəb bir daşla tikilib, özü də uçurumun kənarındadır. Məktəbdən çox evə oxşayır. Heç bir tərəfdən ora yol yoxdur. Yeganə yol bizim həyətimizdən keçir."
Zaur, BakuPost









Oxşar xəbərlər
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 2025 09:26
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 2025 23:31
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 2025 20:02
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 2025 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 2025 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 2025 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 2025 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 2025 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 2025 11:23
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 2025 08:43
Xəbər lenti
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13
- İranın daha İKİ GENERALI ÖLDÜRÜLDÜ, Tehran aeroportu VURULDU – CANLI
14 iyun 12:03
- Azərbaycan neftinin qiyməti 77 dolları ötdü
14 iyun 10:37
- Sonuncu İran şahının oğlunun xalqı üsyana çağırışını ciddiyə almaq olarmı?..- Sabiq baş diplomat
14 iyun 09:41
Video & Fotoqalereya
Video
Fotoqalereya