Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...

Şadlıq evləri hələ də sifariş almadıqlarını deyir
Avqustun 23-də Hicri-Qəməri tarixi ilə Səfər ayı bitdi. Bununla da Məhərrəmlik əyyamı başa çatdı. Bu isə toylara davam deməkdir. Bəs ötən iki ayda menyu qiymətlərində ciddi dəyişikliklər varmı? Varsa, hansı məhsullardadır?
Qeyd edək ki, əvvəlki illərdə bu dövrdə şadlıq evləri yenidən fəaliyyətə başlayır, sifarişlər artır, menyular yenilənir. Lakin hazırkı vəziyyət bir qədər fərqlidir. Toy mövsümünün açılmasına baxmayaraq, şadlıq evləri hələlik əvvəlki illərdəki canlanmanı müşahidə etmədiklərini deyirlər. Bu iki ay ərzində menyu qiymətlərində nəzərəçarpacaq dəyişiklik baş verməsə də, sifarişlərin sayında ciddi azalma var.
“Ay işığı” şadlıq sarayının direktor müavini Daşqın Həsənov “Yeni Müsavat”a verdiyi açıqlamasında deyib ki, son iki ayda menyu qiymətləri sabit qalıb: “Hazırda sarayda orta hesabla bir nəfərlik menyu 70 manata başa gəlir. Məhərrəm ayında demək olar ki, bütün fəaliyyət dayanıb və zərərə işləmişik. Kompleksin gündəlik saxlanması üçün xərclər davam edir. İşçilərin maaşı ödənilir, kommunal xidmətlər yerinə yetirilir. Amma tədbir keçirilmədiyi üçün gəlir yoxdur”.
Həsənov bildirib ki, ət məhsullarının qiymətində artım var, bu da ümumi maya dəyərinə təsir edir. Lakin menyuda qiymət artımına getmək istəmirlər, çünki bu halda sifarişlər daha da azalacaq. Hazırda mövcud vəziyyətdə şadlıq evi fəaliyyətini dayandırmadan, minimum gəlirlə işləməyə üstünlük verir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə sifarişlərdə 60 faizə yaxın azalma müşahidə olunur. Məhərrəm ayı başa çatsa da, bu vaxta qədər hələ bir dənə də olsun toy sifarişi daxil olmayıb.
“Xəmsə” şadlıq sarayında da vəziyyət oxşardır. Administrator Telman İsmayılov bizimlə söhbətdə bildirib ki, menyuda qiymətlər dəyişməyib, orta hesabla bir nəfərlik yemək 50 manat təşkil edir. Bəzi məhsullarda, xüsusilə ət və yağ kimi əsas ərzaqlarda qiymət artımı olsa da, menyu qiymətlərində dəyişiklik edilməyib: “Toy sifarişləri isə demək olar ki, yoxdur. Əvvəlki illərlə müqayisədə ciddi fərq var”. Onun fikrincə, hazırda insanlar iqtisadi çətinliklərlə üzləşirlər, ona görə də toy etmək fikrindən yayınırlar: “Gənclər evlənmək istəmir, daha doğrusu, evlənmək üçün maddi imkan tapmırlar”.
Hazırda şadlıq sektorunda maraqlı bir vəziyyət yaşanır. Bir tərəfdən qiymət artımı ilə bağlı təzyiqlər var, digər tərəfdən isə bu artımı tətbiq etmək mümkün deyil, çünki alıcılıq qabiliyyəti aşağıdır və sifarişlər onsuz da azdır. Belə şəraitdə şadlıq evləri qiymətləri sabit saxlamaqla müştərini itirməməyə çalışırlar. Amma bu strategiyanın nə qədər davam edə biləcəyi bəlli deyil.
Maraqlıdır ki, hər il Məhərrəmlikdən sonra toy sifarişlərində artım müşahidə olunurdu, bu il isə bu artım nəzərə çarpmır. Ekspertlər bunu bir neçə faktorla izah edirlər. Onların fikrincə, gənclərin ailə qurmaq istəyi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Evlilik yaşı yüksəlib, ailə qurmaq üçün tələb olunan minimum vəsait isə getdikcə artır. Orta statistik toyun keçirilməsi üçün lazım olan büdcə 10-15 min manat arasında dəyişir. Bu məbləğ bir çox gənc ailənin maddi imkanlarını aşır. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarının, xüsusilə ətin bahalaşması şadlıq evlərini çətin vəziyyətə salıb. Qida məhsullarında inflyasiya davam edir və bu prosesdən ən çox zərər görən sahələrdən biri məhz kütləvi tədbirlərlə məşğul olan sektordur.
Qeyd edilir ki, bu gedişlə şadlıq evləri fəaliyyətlərini qismən dondura və ya xidmət sahələrini daralda bilər. Bəziləri isə çıxış yolu kimi daha sadə və minimal menyulara keçid etməyi təklif edirlər. Toyların sadələşdirilməsi, daha az sayda qonaqla keçirilməsi və yeməkdən çox məkan və atmosferə üstünlük verilməsi gələcəkdə bu sahədəki vəziyyəti sabitləşdirə bilər.
Nəticə etibarilə, şadlıq evləri üçün ağır bir dövr yaşanır. Məhərrəm ayının bitməsi ilə toy mövsümünün başlayacağı gözlənilsə də, bu, özünü doğrultmur. Qiymətlərin sabit qalmasına baxmayaraq, sifarişlərin olmaması bu sahədə durğunluğun hələ bir müddət də davam edəcəyindən xəbər verir. Sahibkarlar çıxış yolu axtarır, amma real dəyişiklik üçün həm iqtisadi sabitlik, həm də əhalinin alıcılıq qabiliyyətində artım vacibdir.
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 2025 10:17
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- ABŞ-də Ərdoğan-Tramp görüşü başladı
25 sentyabr 2025 22:27
- Tramp Putini sındırdı: Rusiya KAĞIZ PƏLƏNGDİR , Ukrayna torpaqlarını geri alacaq, irəli gedəcək
24 sentyabr 2025 11:42
- Adnan Əhmədzadənin vaxtı bitdi - Həbs qərarı qüvvədə qaldı
24 sentyabr 2025 11:14
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 10:01
- Bakı metrosunda ölüm
11 oktyabr 09:49
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 09:34
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 01:53
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 01:22
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 01:08
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 23:45
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 21:45
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 01:20
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 01:05
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
09 oktyabr 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42