Zakir Qaralov həbs olunur ....
Məmurlar dövlətin milyardlarını mütəşəkkil qaydada mənimsəyib; hüquqşünas: "Yol tikintilərindəki korrupsiyanı aşkarlamaq çox asandır, Zakir Qaralovun ”Akkord"a bağlılığını sübut etmək isə"...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Cəmiyyət adı külli miqdarda yeyintilərdə hallanan sabiq məmurların törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilməsini gözləyir.
Belə sabiqlər sırasında nəqliyyat naziri olmuş Ziya Məmmədov, keçmiş baş prokuror Zakir Qaralovun adı ön sırada çəkilir. Məsələ burasındadır ki, iri neft gəlirlərinin axını başlanan 2000-ci illərdə Azərbaycanda avtomobil yollarının tikintisi və yenidənqurulmasına külli miqdarda vəsait sərf olunub. Yol layihələrinin böyük bir hissəsi dövlət büdcəsi, qalanı isə dövlət zəmanəti ilə alınan xarici kreditlər hesabına icra olunub. Bir neçə gün əvvəl italyan dizaynerin "Gənclik” metro stansiyası ətrafında inşa edilən yeraltı tunelin tikintisinə sərf olunan vəsaitlə bağlı açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb oldu. "Italian Design” holdinqin rəhbəri Franco Rizzat həmin tunelin tikintisinə 512 milyon dollar xərcləndiyini qeyd edib. Maraqlıdır ki, cəmiyyətin indiki təəccübünün özü iqtisadçı-ekspertlərə təəccüblü gəldi: onlar həmin tunelin tikintisinə həddindən çox vəsaitin xərcləndiyini elə tikinti gedən illərdə açıqladıqlarını bildirirlər. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, 2011-ci ildə indi böyük təəccüb yaradan "Gənclik” tunelinə həmin dövrə qədər 407 milyon dollar (305 milyon manat) xərclənməsinə dair məlumatı paylaşmışdı: "Sonrakı bir ildə tikinti davam etdi və əlavə 100 milyon manat da xərcləndi. Həmin illərdə biz büdcədən tikinti layihələrinə yüz milyonlarla vəsaitin ayrılmasına dair məlumatları dəfələrlə ictimaiyyətə açıqlamışıq, lakin heç kimdə indiki təəccüb yaranmadı”.

Qubad İbadoğlu
İqtisadçı-alim Qubad İbadoğlu isə Z.Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərcləndiyini bildirir: "Bu yol layihələrindən biri Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsidir. Onun icrasına 360,6 milyon manat (460 milyon dollar) vəsait xəclənib. Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil) ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) "sərf edilib”.
İqtisadçı-alim deyir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.
Cəmiyyəti indi düşündürən məqamlardan biri də budur ki, yol layihələrinə dəyərindən qat-qat artıq vəsaitin ayrıldığı dövrdə bu israfçılıq müvafiq qurumların diqqətini niyə cəlb etməyib? "Azpolitikainfo” bunun səbəbi ilə bağlı maraqlı faktları qeyd edib: "Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. Bəs haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları - Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Axı bu vəsaitlərin hara və necə xərcləndiyini ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...
Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.
Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan "Gənclik”dəki tunelin tikintisində həmin dövrün baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən "Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da "şərikliyi” var.
İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır!
Üçüncü səbəb: O illərdəki vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.
Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror "şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə "özününkülər” - Ziya Məmmədov "qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin"?
Qeyd edək ki, "Gənclik”dəki tunel Məmmədov-Qaralov "əməkdaşlığının” ilk məhsulu deyil. Belə ki, bu cütlüyün birgə fəaliyyəti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində də qeydə alınıb. Özü də "Gənclik”dəki tuneldən fərqli olaraq bu layihə faktiki olaraq batırılmış sayılır. Belə ki, "Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi hesab olunan bu yolun yenidənqurulmasına 2006-cı ildən başlanıb, 2008-ci ildə istifadəyə verilib. Yolun xeyli hissəsi beton örtüklə üzlənmişdi - iritonnajlı avtomobillərlə yükdaşımaların həcminin artması pesrpsektivi nəzərə alınmışdı. Yolun beton örtüklü hissəsini bütünlüklə "Akkord” şirkəti inşa etmişdi. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər vəsait xərcləndi. Üstündən 10 il keçməmiş yol elə vəziyyətə düşdü ki, dövlət onu yenidən çəkmək qərarına gəldi!
Prezidentin 2018-ci ildə imzaladığı sərəncamla Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yolun tikintisinə qərar verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, yeni yolun tikintisinə 2018-ci ildən başlanıb. Uzunluğu 152 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə yolun tikintisinə dövlət büdcəsindən 150 milyon manat ayrılıb. Həmin il əlavə olaraq yolun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7,1 milyon manat, 16 km-lik - Masazır-Novxanı hissəsinin tikintisinə 1,8 milyon manat, 2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 45 milyon manat, 2020-ci ildə yolun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinə 8 milyon manat vəsait ayrılıb.

Ziya Məmmədov
Göründüyü kimi, sabiq nəqliyyat naziri ilə baş prokurorun işbirliyi dövlətə 1 milyard manatdan yuxarı zərər vurub. Bu halda, batırılmış, yaxud şişirdilmiş layihələrin yenidən araşdırılması, hər iki sabiq məmurun həbsə alınması mümkündürmü? Hüquqşünas-ekspertlərin qənaətincə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol layihələrindəki mənimsəmə faktlarına görə həbsinə asanlıqla əsas tapmaq olar: "Yalnız Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində deyil, Bakı-Gürcüstan dövlət sərhədi yolunun tikintisində də böyük mənimsəmələr, şişirtmələrə yol verilib. Təsəvvür edin, iş o yerə çatmışdı ki, yol layihələri texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmadan icra olunurdu. Nəticədə başlanğıcda 10 milyona başa gələcəyi elan olunan tikintiyə sonunda 100-150 milyon manat xərclənirdi. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolu yükdaşımaların həcminə görə Rusiya sərhədi yolundan daha intensivdir. Bu yolu Ziya Məmmədovun dövründə ikicərgəli tikdilər, özü də külli miqdarda dövlət və kredit vəsaitləri hesabına. İndi başlayıblar onun 4 və 6 cərgəyə genişləndirilməsinə. Halbuki bu yolla hərəkət intensivliyinin sürətlə artması perspektivi nəzərə alınmaqla, ilk mərhələdəncə 4-6 cərgəli çəkilməsi lazım idi.
O zamanlar həyata keçirilmiş istənilən yol layihəsi üzrə araşdırmalar aparılsa, Ziya Məmmədovun həbsi üçün kifayət qədər əsaslar tapmaq olar. Hesablama Palatasının bir yoxlaması kifayətdir yüz milyonlarla manatlıq korrupsiya faktlarının aşkarlanması üçün. Lakin bunun üçün yüksək səviyyədə qərar verilməlidir. Düşünürəm ki, Səlim Müslümovla bağlı belə qərar oldu deyə cəmiyyətdə digər məmurlara yanaşmada da eyni münasibətin sərgilənməsi gözləntiləri yaranıb. Amma burada qərarın yüksək səviyyədən verilməsi lazımdır".

Zakir Qaralov
Keçmiş baş prokuror Zakir Qaralovun yol tikintisi layihələrinə görə həbs ehtimalını ekspert yüksək qiymətləndirmir: "Yol layihələrinin icrasında iştirak edən ”Akkord" şirkətinin Zakir Qaralova bağlılığına dair məlumatlar mətbuatda çox yazılıb. Amma bunu hüquqi cəhətdən sübut etmək çox çətin, indiki halda mümkünsüzdür. Əvvəla, Zakir Qaralovun o şirkətə birbaşa bağlılığını təsdiqləyən rəsmi sənədlər heç vaxt mövcud olmayıb - baş prokuror vəzifəsini daşıyan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Digər tərəfdən, yenə də mətbuatda yayılan məlumatlara görə, şirkət artıq Zakir Qaralova bağlı deyil. Eyni zamanda Z.Qaralovu vəzifədə olarkən yol tikintilərindəki korrupsiyalara görə fəaliyyətsizlikdə də ittiham etmək çətindir. Bunun üçün Baş Prokurorluğa müvafiq qurumlardan - Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası tərəfindən rəsmi müraciətlərin olması, Baş Prokurorluğun isə onları araşdırmaması faktları olmalıdır. Düşünmürəm ki, həmin qurumlardan belə müraciətlər olub və nəticəsiz qalıb. Belə götürdükdə, Zakir Qaralovu rəhbəri olduğu qurumun özündə mövcud olmuş korrupsiyaya görə də həbs etmək mümkündür. Sadəcə, qeyd etdiyim kimi, bununla bağlı qərar olmalıdır"...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 2025 00:21
- Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq
10 noyabr 2025 19:54
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 2025 11:18
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
8 noyabr 2025 14:29
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
7 noyabr 2025 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
7 noyabr 2025 02:02
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
7 noyabr 2025 01:41
Xəbər lenti
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 00:21
- Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq
10 noyabr 19:54
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 13:11
- Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
10 noyabr 11:43
- 1870 METR məsafədə düşmən hədəfini məhv edən ƏSGƏRİMİZ (VİDEO)
10 noyabr 11:24
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 11:18
- Mustafa Kamal Atatürkün anım günüdür
10 noyabr 11:01
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 00:29
- İran Tehranda yeni HEYKƏL QOYDU: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru
09 noyabr 21:57
- Çoxlu kök şirəsindən zəhərlənərək öldü
09 noyabr 21:28
- 15 yaşadək yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə - AVROPADA
09 noyabr 19:53
- Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
09 noyabr 18:23
- 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... (VİDEO)
09 noyabr 17:26
- İlham Əliyevdən Dövlət Bayrağı Günü münasibətilə paylaşım
09 noyabr 17:14
- Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - təfərrüat
09 noyabr 00:57
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
08 noyabr 21:33
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
08 noyabr 21:11
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
08 noyabr 14:27
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
08 noyabr 12:30
- Ərdoğan Bakıya yola düşdü
08 noyabr 10:56
- Azərbaycanda dördgünlük TƏTİL başlayıb
08 noyabr 10:34
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
Video & Fotoqalereya
Video
Fotoqalereya
