Qaralov və Usubovun gizli həyatı... – Ölkədən çıxış qadağası qoyulub?
Hadisə18 mart 2025 08:50

Düz 20 il - 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycanın Baş prokuroru olmuş 69 yaşlı Zakir Qaralov 5 ildir “təqaüdçü həyatı” yaşayır. Onun kimi fəaliyyəti birmənalı qarşılanmayan keçmiş iri məmurların hazırda nə ilə məşğul olması haqlı olaraq ictimai maraq doğurur. Digər yandan, ötən gün Baş Prokurorluq vaxtilə məşhur “Akkord” şirkətində Zakir Qaralovun şəriki olduğu iddia edilən İlqar Hacıyevə qarşı cinayət işi başlanması barədə məlumat yayıb ki, bu da sabiq baş prokurorun personasını gündəmə gətirir..
Məlum olduğu kimi, Zakir Qaralovun dövründə Baş prokurorun 2 dəfədən artıq təyinatına qadağa qoyan məhdudiyyət götürülüb, bu da Qaralovun karyerasının 20 ilini yüksək vəzifədə keçirməsinə şərait yaradıb.
Zakir Qaralovun dövründə Azərbaycanda bir sıra səs-küylü hadisələr baş verib. Sözsüz ki, onların sırasında 2004-cü il martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi, 2009-cu il aprelin 30-da ADNA-da 13 nəfərin həlak olması ilə nəticələnən terror aktı, 2015-ci ilin 19 mayında Binəqədi rayonunda dördü uşaq olmaqla, 15 nəfərin öldüyü, 64 nəfərin yaralandığı yanğın hadisəsi, 2015-ci ilin oktyabrında Rabitə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyində (MTN) aparılan əməliyyatlar ilk sırada gəlir. Həmçinin, “Hacı Məmmədovun işi”, general Rail Rzayevin qətli(üstü hələ də açılmayıb), hərbçilərimizə kütləvi işgəncələrin verilməsi nəticəsində 10-dan artıq insanın vəfat etməsi ilə bağlı istintaq araşdırmaları yenilənən “Tərtər işi” də (2017-ci il) Qaralovun Baş prokuror olduğu dövrə təsadüf edir.
Qeyd olunan cinayət işlərinin istintaqı zamanı külli miqdarda dövlət əmlakının talan olunması, vəzifədən sui-istifadə, sahibkarlara qarşı quldurluq cinayətlərinin törədilməsi kimi onlarla fakt üzə çıxıb. Eldar Mahmudovun nazir olduğu dövrdə, general Akif Çovdarov, MTN Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, Antiterror İdarəsinin rəisi general Elçin Quliyev və s. vəzifəlilərin iş adamlarını şantaj, hədə-qorxu və digər cinayət vasitələri ilə həbs etdiyi, müflisləşdirdiyi üzə çıxıb. Sonradan bu dəstələrin əməllərindən zərərçəkənlər məhkəmlərə üz tutdu, onların bəziləri ədalətin təmin olunmasına nail oldu.
Həmin dövrdə MTN-də sahibkarlara qarşı düzülüb-qoşulmuş cinayət əməllərinin qondarma ittiham aktlarının hamısı Baş Brokurorluq tərəfindən imzalanıb. Yəni, bu sənədlərdə Zakir Qaralovun və onun birinci müavini, hazırda istefada olan Rüstəm Usubovun imzaları var. Amma MTN ləğv olunduqdan sonra adıçəkilən generallar və digərləri cəzalandırılsalar da Qaralov və Usubov məsuliyyətdən yayına bildilər. Onlardan bu saxta ittiham işlərini niyə imzaladıqları rəsmən soruşulmadı. Jurnalistlər bu barədə bir neçə dəfə Zakir Qaralova suallar ünvanlasalar da onların üstünə çımxırmaqla bu sualları cavabsız qoymuşdu...
“Tərtər işi” üzrə yenilənən istintaq araşdırması zamanı işgəncə ilə öldürülmüş hərbçilər, habelə həbs edilənlərin bir qismi bəraət alıb, həbsdən azad ediliblər. Həbrçilərə işgəncə verənlər arasında da məsuliyyətə cəlb edilənlər var. Amma həmin dövrdə istintaqa rəhbərlik etmiş şəxslərdən məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməyiblər.
Qeyd edək ki, bəzi məlumatlara görə, istefaya göndərildikdən bir müddət sonra Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub. Amma o, hakimiyyətdəki əlaqələri və bir sabiq nazir vasitəsi ilə qadağanın ləğvinə nail olub. Bundan sonra bir neçə dəfə ölkə xaricinə, xüsusən Gürcüstana səfərlər edib. Bəzi mənbələr görə, hazırda Qaralov, obrazlı desək, az qala yarıgizli həyat yaşayır, qohumları, yaxınları ilə əlaqə qurmur, hətta yaşadığı evləri tez-tez dəyişir. Onun Bakıda və ətraf qəsəbələrdə xeyli sayda mənzilləri, bağ evləri, villaları olduğu məlumdur...
Keçmiş baş prokuror vəzifədə olduğu dövrdən tikinti sektoruna böyük yatırılmlar qoyub və etibar etdiyi bir şəxs vasitəsi ilə hazırda da onları idarə edir. Mənbələr bildirir ki, Qaralov hazırda tikinti sektorunda fəaliyyətini davam etdirir, yaşayış binaları tikir. Onun biznesinin dəyəri isə on milyonlarla manatla ölçülür...
Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun da təqaüddə əsas məşğuliyyəti tikinti sektorudur. Onun bu sahədə bir neçə şirkəti olduğu, Bakıda və bölgələrdə binalar tikdiyi, ticarət obyektlərini idarə etdiyi qeyd olunur.
Beləliklə, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun təbirincə desək, Qaralov və Usubov “uğurlu şəkildə istefaya gedib” həyatlarını rahat yaşamağa davam edirlər, onları nə dindirən var, nə də söylədən... Amma onların əməllərindən bilavasitə və dolayı zərər çəkən, həyatı alt-üst olan çoxlu sayda insanlar var ki, keçmiş baş prokuroru və onun sevimli müavinini heç də xoş hislərlə xatırlamırlar.
Yeri gəlmişkən, onu da əlavə edək ki, Qaralovun şəriki olduğu iddia edilən “Akkord”un keçmiş sahibi İlqar Hacıyevi ölkəyə gətirib istintaqa cəlb etmək mümkün olsa, onun da sabiq baş prokuror barədə kifayət qədər şok ifadələr verə biləcəyi şübhə doğurmur... (Azpolitika.info)
Oxşar xəbərlər
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
6 iyul 2025 14:47
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
5 iyul 2025 23:03
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
2 iyul 2025 19:28
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
1 iyul 2025 13:57
Xəbər lenti
- Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
07 iyul 02:07
- Qara kişmişin faydaları
07 iyul 01:46
- Evdə ən çox -işıq pulu- yazan cihazlar
07 iyul 01:34
- Saxalində tülkü turistin smartfonunu alıb qaçdı
07 iyul 01:05
- Yumurta sizi bu xəstəlikdən xilas edəcək
07 iyul 00:55
- Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
07 iyul 00:07
- Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi
06 iyul 22:30
- Dağıstan rəhbərinin azərbaycanlılara MÜRACİƏTİ
06 iyul 21:26
- Sərdar Ayaz Sadiq Azərbaycana GƏLDİ - FOTO
06 iyul 21:04
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
06 iyul 18:50
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
06 iyul 18:14
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
06 iyul 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
06 iyul 16:12
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
06 iyul 14:47
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
06 iyul 12:58
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
06 iyul 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
06 iyul 09:40
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
06 iyul 09:24
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
06 iyul 09:08
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
06 iyul 01:39
- Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək (SƏRƏNCAM)
05 iyul 23:31
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
05 iyul 23:03
- ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni...
05 iyul 22:34
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
Video & Fotoqalereya
Video
Fotoqalereya