SSRİ-dən qalma bütün məmurlar və onların uşaqları dərhal hakimiyyət orqanlarından kənarlaşdırılmalıdır

“İstər Ukrayna, istərsə də bəzi Şərqi Avropa ölkələrindəki təcrübələr göstərir ki, bu qoca qurdlar hər an öz dövlətlərinə xəyanət edib Rusiyanın tərəfinə keçə bilirlər...”
“Bunun üçün ilk növbədə rusdilli məktəbləri bağlamalı, ölkəmizdə rus təfəkkürlü insanların yetişməsinə icazə verməməliyik...”
“Beynində Rusiyanı böyüdüb öz milli dəyərlərinə aşağılıq kompleksi ilə yanaşan bu insanların ən həlledici anda hansı mövqe tutacağı bəlli deyil...”
“SSRİ-dən qalan bütün dəyərlər sıradan çıxarılmadan ölkəmizin tam təhlükəsizliyini təmin edə bilmərik...”
“Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri gerçəkləşəcəyi halda bu prosesin qarşısını almaq üçün qarşı tərəf - demokratik dünya birliyi, ABŞ, Avropa, həmçinin və ən əsası, real təhlükə altındakı postsovet ölkələri, o cümlədən Azərbaycan hansı tədbirləri görməlidirlər və görə bilərlər?”
Moderator.az əməkdaşının ünvanladığı bu suala cavab olaraq siyasi şərhçi Heydər Oğuz aşağıdakıları söyləyib:
“Fikrimcə, demokratik dünya birliyi artıq bu istiqamətdə əlindən gələni etməyə başlayıb və zaman keçdikcə, Rusiyaya qarşı öz təzyiqlərini gücləndirəcək. Amma biz beynəlxalq birliyin himayəsindən çox, özümüzə arxayın olmalı və bəzi zəruri addımlar atmalı, ölkəmizi Rusiyaya bağlamağa və ondan asılı vəziyyətə salmağa çalışan bütün amilləri sıradan çıxarmalı, təhlükəni beşikdə boğmalıyıq. Bunun üçün ilk növbədə rusdilli məktəbləri bağlamalı, ölkəmizdə rus təfəkkürlü insanların yetişməsinə icazə verməməliyik. Çünki bu insanlarda istər-istəməz Rusiyanı böyük görən təfəkkür formalaşır və zamanla onlar rus təsir dairəsinə düşə bilərlər. Beynində Rusiyanı böyüdüb öz milli dəyərlərinə aşağılıq kompleksi ilə yanaşan bu insanların ən həlledici anda hansı mövqe tutacağı bəlli deyil...
Digər tərəfdən, Şərqi Avropa və Baltikyanı respublikalar kimi, rus təsir dairəsindən uzaqlaşmaq üçün lustrasiya siyasəti yürüdülməlidir. Bu isə o deməkdir ki, keçmiş SSRİ-dən qalma bütün məmur və onların uşaqları dərhal hakimiyyət orqanlarından kənarlaşdırılmalıdır. İstər Ukrayna, istərsə də bəzi Şərqi Avropa ölkələrindəki təcrübələr göstərir ki, bu qoca qurdlar hər an öz dövlətlərinə xəyanət edib Rusiyanın tərəfinə keçə bilirlər. Bu cür “canlı minaları” dövlətçiliyimizin təməllərində saxlamaq ən ümdə milli təhlükəsizlik problemidir və dərhal bu təhdid zərərsizləşdirilməlidir...
Xarici iqtisadi və siyasi sahədə Rusiyanın bizim milli imkanlarımızdan faydalanmasına icazə verilməməlidir. Xüsusilə neft-qaz sektorunda və diplomatik nümayəndəliklərimizdə Rusiyaya köməklik göstərən və ya onlarla birgə hərəkət edən hər kəs ağır cəzalara layiq görülməlidir....
Rusiyaya yaxın media qurumları və sosial şəbəkələrdə fəaliyyət göstərən təbliğat qrupları nəzarətə götürülməli, onların fəaliyyətləri ciddi şəkildə araşdırılmalı, lazım gələrsə cəzalandırılmalıdırlar...
Azərbaycanı özünə yaxın bilən dövlətlər, o cümlədən qardaş Türkiyə ilə informatika sahəsində əməkdaşlıq gücləndirilməli, xarici ölkələrdə ortaq diaspora fəaliyyəti mərkəzləşdirilməlidir. Birgə lobbiçilik fəaliyyətinə start verilməlidir...
Rusiya ilə iqtisadi münasibətlərə yenidən nəzər salınmalı, maksimum dərəcədə onunla işbirliklərinə son qoyulmalıdır...
Rusiyanın 200 illik əsarət tariximizdə millətimizin başına gətirdiyi müsibətlər bütün ayrıntılarına qədər incələnməli və bu barədə sənədli filmlər, kinolar çəkilməli, araşdırma yazıları həm öz ölkəmizdə, həm də müxtəlif dillərə tərcümə edilib bütün dünyada yayılmalıdır...
Türkiyə və Pakistan kimi strateji müttəfiqlərimizlə hərbi əməkdaşlıqlarımız artırılmalı, xüsusilə də Türk ordusunun ölkəmizdə təlim bazaları yaradılmalı, əsgərlərimiz o bazalarda yetişdirilməlidir. Yeni hərbi doktrinamız qəbul olunmalı və bu doktrinada dost-düşmən anlayışları açıq şəkildə göstərilməli, xaricdən gələn təhlükələrə qarşı hansı addımlar atılacağı müəyyənləşdirilməlidir. Azərbaycanın hərbi məktəbləri NATO standartlarına uyğun təlim-tərbiyə kodekslərini mənimsəməli, Türkiyədə təhsil alan zabitlərimiz bu məktəblərdə işə cəlb olunmalıdırlar.
Unudulmamalıdır ki, 1918-ci idə qurulan Azərbaycan Cümhuriyyəti Rusiyada təhsil alan generallarımızın bu ölkə ilə döyüşmək istəməməsi səbəbindən asanlıqla təslimiyyət bayrağı qaldırmışdlılar. Onlardan biri hətta “Mən rus ordusuna and içmişəm və ona qarşı silah qaldıra bilmərəm” demişdi. Bu cür asılılıqdan qurtulmaq üçün Azərbaycan Ordusu mütləq rus qafalı zabit heyətindən təmizlənməlidir...
Ümumiyyətlə, SSRİ-dən bizə yadigar qalan bütün dəyərlər sıradan çıxarılmadan ölkəmizin tam təhlükəsizliyini təmin edə bilmərik. Odur ki, bu istiqamətdə kompleks təxirəsalınmaz tədbirlər görülməlidir...”
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
9 iyun 2025 13:21
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
9 iyun 2025 12:20
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
9 iyun 2025 10:29
- Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
9 iyun 2025 09:08
- Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
9 iyun 2025 02:47
- Depressiyaya qarşı .... –Bu meyvələri YEYİN
9 iyun 2025 02:21
- Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?
8 iyun 2025 23:26
- Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi
8 iyun 2025 23:11
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
8 iyun 2025 18:49
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
8 iyun 2025 16:04
Xəbər lenti
- 86 yaşlı qadının 100-cü nəticəsi doğuldu
09 iyun 21:51
- Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən
09 iyun 20:58
- Özbəkistanın əhalisi 38 MILYONA çatır
09 iyun 20:38
- Azərbaycanın bu rayonunda YAS verilməsi LƏĞV edildi
09 iyun 15:54
- Zelenskinin xanımı Azərbaycandakı layihədən danışdı
09 iyun 15:12
- Qareginin övladının olduğunu Paşinyana kim xəbər verib? – AÇIQLAMA
09 iyun 14:51
- ABŞ polisi jurnalistə atəş açdı- VİDEO
09 iyun 14:05
- 3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
09 iyun 13:31
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
09 iyun 13:21
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
09 iyun 12:35
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
09 iyun 12:20
- 13 nəfəri öldürən MANYAK da Ukraynaya qarşı DÖYÜŞƏ qatıldı
09 iyun 11:53
- Müəllimə Polislə evləndi və...Ərinin 4 GİZLİ ARVADI olduğunu öyrəndi
09 iyun 11:25
- Məktəb şagirdi QARPIZ OĞURLADI və barəsində CİNAYƏT İŞİ açıldı
09 iyun 10:58
- İtini vəhşicəsinə-ölümcül döydü və...ADAM ÖZÜ ÖLDÜ
09 iyun 10:39
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
09 iyun 10:29
- Naxçıvanda dönərdən kütləvi zəhərlənmə
09 iyun 10:13
- Anam deyirdi ki, onu TAR alətinə görə zəhərlədilər, son əsərini xəstəxana divarına yazdı - ÖZƏL
09 iyun 09:51
- Bu hava limanlarının fəaliyyəti dayandırıldı - TƏHLÜKƏ…
09 iyun 09:37
- Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
09 iyun 09:27
- Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
09 iyun 09:08
- Qaraciyəri piylənmədən qoruyan içki - Təsiri MÖCÜZƏDİR
09 iyun 08:58
- Zelenski: Tarixən əksər müharibələr...
09 iyun 08:27
- Bu ölkədə DAĞIDICI ZƏLZƏLƏ oldu - SON DƏQİQƏ
09 iyun 08:03
- Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı
09 iyun 07:52
- Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər – Tam siyahı
09 iyun 07:41
- Biz başqalarını düşünsək…
09 iyun 07:31
- Bir əsrin şahidi : 100 yaşlı cərrah Anatoli Zankoviçin keşməkeşli həyat hekayəsi
09 iyun 07:20
- Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQLİAB
09 iyun 07:06
- Tramp təyyarəyə qalxarkən ayağı büdrədi - Video
09 iyun 06:49
Video & Fotoqalereya
Video
Fotoqalereya