Biz başqalarını düşünsək…

Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: “Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:
- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?
Qoca gənci mənalı-mənalı süzür:
- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...
Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var. Amma tam əminliklə deyə bilərik ki, hansı çıxış nöqtəsi olursa-olsun, hamısının tək ortaq məxrəci insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq.
Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: “Heç kim bu dünyadan bir şey aparmayacaq”. Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq.
Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, “hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq” düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.
Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq.
Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Çünki bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək.
Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər”.
Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
“Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər” müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.
O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.
Murad Məmmədov
- Qorxu və qisas
20 mart 2025 23:45
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Azərbaycan bu qədər dayazdır?.. - Akademik Nizami Cəfərov barəsində
6 yanvar 2024 13:41
- Dünya QUCAQLAŞMA günü
22 mart 2023 10:21
- Antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir -Professor
10 yanvar 2023 13:19
- Qloballaşma bitdi. Mədəniyyətlərin müharibəsi başladı
9 aprel 2022 10:32
- İslamdan imtina etdi, çayda boğmaq istədilər, DAHİ
19 iyun 2021 22:19
- Onu Moskvanın əlindən Heydər Əliyev də ala bilməyib
1 aprel 2021 23:33
- Qorbaçovdan ABŞ-a məsləhət
20 yanvar 2021 14:12
- “Şəhərlərimizi Paşinyanın ordusu dağıtmayıb”
18 dekabr 2020 21:13
- Zelenskinin xanımı Azərbaycandakı layihədən danışdı
09 iyun 15:12
- Qareginin övladının olduğunu Paşinyana kim xəbər verib? – AÇIQLAMA
09 iyun 14:51
- ABŞ polisi jurnalistə atəş açdı- VİDEO
09 iyun 14:05
- 3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
09 iyun 13:31
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
09 iyun 13:21
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
09 iyun 12:35
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
09 iyun 12:20
- 13 nəfəri öldürən MANYAK da Ukraynaya qarşı DÖYÜŞƏ qatıldı
09 iyun 11:53
- Müəllimə Polislə evləndi və...Ərinin 4 GİZLİ ARVADI olduğunu öyrəndi
09 iyun 11:25
- Məktəb şagirdi QARPIZ OĞURLADI və barəsində CİNAYƏT İŞİ açıldı
09 iyun 10:58
- İtini vəhşicəsinə-ölümcül döydü və...ADAM ÖZÜ ÖLDÜ
09 iyun 10:39
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
09 iyun 10:29
- Naxçıvanda dönərdən kütləvi zəhərlənmə
09 iyun 10:13
- Anam deyirdi ki, onu TAR alətinə görə zəhərlədilər, son əsərini xəstəxana divarına yazdı - ÖZƏL
09 iyun 09:51
- Bu hava limanlarının fəaliyyəti dayandırıldı - TƏHLÜKƏ…
09 iyun 09:37
- Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
09 iyun 09:27
- Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
09 iyun 09:08
- Qaraciyəri piylənmədən qoruyan içki - Təsiri MÖCÜZƏDİR
09 iyun 08:58
- Zelenski: Tarixən əksər müharibələr...
09 iyun 08:27
- Bu ölkədə DAĞIDICI ZƏLZƏLƏ oldu - SON DƏQİQƏ
09 iyun 08:03
- Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı
09 iyun 07:52
- Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər – Tam siyahı
09 iyun 07:41
- Biz başqalarını düşünsək…
09 iyun 07:31
- Bir əsrin şahidi : 100 yaşlı cərrah Anatoli Zankoviçin keşməkeşli həyat hekayəsi
09 iyun 07:20
- Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQLİAB
09 iyun 07:06
- Tramp təyyarəyə qalxarkən ayağı büdrədi - Video
09 iyun 06:49
- Makronun arvadı yenə gündəmdə: Bu dəfə... - Foto
09 iyun 06:40
- Bakıda aktrisanı skuter VURUB: Beyni silkələnib - VİDEO
09 iyun 03:23
- Ermənistanda atışma oldu, xəsarət alanlar var
09 iyun 03:13
- Orban: Ukrayna NATO və Aİ-yə üzv olmaq iqtidarında deyil
09 iyun 02:55