Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
Ramiz Mehdiyevi özünə “ağsaqqal” bilən Elmira Axundovanın adı keçən 8 milyonluq dələduzluq işi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Elmira Axundovanın yaxın adamı kimi tanınan Elnur İbrahimovun həyat yoldaşı - Xəzər Universitetində müəllim vəzifəsində çalışan Nərgiz Ramiz qızı İbrahimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyevin hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş edib. Şikayətçi icra məmuru tərəfindən onun həyat yoldaşı Elnur İbrahimovun xüsusilə külli miqdarda borcuna görə onun əməkhaqqından ayda 200 manat tutulmasına etiraz edib.
İş üzrə keçirilən məhkəmə prosesində mülki iddiaçı Fərman Məmmədov və digər zərərçəkmiş şəxslər də iştirak ediblər. Nərgiz İbrahimova şikayətini əsaslandırmağa çalışaraq bildirib ki, onun iki azyaşlı övladı var və həyat yoldaşı Elnur Rauf oğlu İbrahimovun mülki iddia üzrə borcunun onun əməkhaqqından tutulması yolverilməzdir.
Lakin mülki iddiaçı Fərman Məmmədov məhkəmənin diqqətinə çatdırıb ki, Elnur İbrahimov və onun arxasında dayanan şəxslər xüsusilə külli miqdarda - 513 min manat vəsaiti mənimsədikdən sonra Nərgiz İbrahimova ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya qaçıblar. Onlar təxminən üç il ərzində dələduzluq yolu ilə əldə edilmiş vəsait hesabına orada yaşayaraq gündəlik ərzaq, geyim və digər zəruri ehtiyaclarını təmin ediblər.

Fərman Məmmədov bildirib ki, Nərgiz İbrahimovanın iki uşaq anası olması faktı bu işdə yumşaldıcı hal kimi təqdim edilə bilməz. Çünki iş üzrə zərərçəkənlərin hər birinin də 2-3 övladı var və onlar da ailə dolandırmaq məcburiyyətindədirlər.
Məhkəmədə səsləndirilən məlumata görə, Elnur İbrahimov S. Ağayevdən 115 min manat, Z. Vəliyevdən 145 min manat, E. Vəliyevdən 124 min manat, Ş. Məhərrəmovdan 52 min 500 manat, eləcə də digər şəxslərdən – ümumilikdə 7 nəfərdən 1 milyon 151 min 500 manat məbləğində vəsait alaraq dələduzluq edib.
İş materiallarında qeyd olunur ki, Nərgiz İbrahimova həyat yoldaşının dələduzluq yolu ilə əldə etdiyi pulların istifadəsində birbaşa iştirak edib. Elnur İbrahimov həmin vəsaitləri evində saxlayıb, “biznesdən divident” adı ilə vətəndaşlara verilən pulların bir hissəsi isə məhz Nərgiz İbrahimova vasitəsilə ötürülüb.
Mülki iddiaçı Fərman Məmmədov məhkəmədən xahiş edib ki, dələduzluq yolu ilə əldə edilmiş vəsaitlərdən faydalanmış, üç il ərzində həmin pullar hesabına Moskvada yaşamış Nərgiz İbrahimovanın şikayəti təmin edilməsin.

Bu qalmaqallı məsələnin kökü 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları ilə böyük gəlir vəd olunub, divident adı altında vəsaitlər toplanıb. Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat vəsait yığılıb. Amma realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Divident adı ilə geri qaytarılan pullar zərərçəkənlərin öz vəsaitlərinin cüzi hissəsini təşkil edib. Dələduzluq sxeminin üstü açıldıqdan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edərək deputatın oğlu Həbib Axundovun adını çəkiblər. Elmira Axundova isə prosesə müdaxilə edərək zərərçəkənləri sakitləşdirməyə çalışıb, “narahat olmayın, pullar qaytarılacaq” deməklə vəziyyəti manipulyasiya edib. Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb və bütün pulların ona çatdığı görüntüsü yaradılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra İbrahimov gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk edib və Rusiyada ailəsi ilə birlikdə zərərçəkənlərin pulları hesabına kef çəkib. Azərbaycan hüquq-mühafizə orqanları onu təxminən üç il tapa bilməyib. 2016-cı ildə Elnur İbrahimov həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. İş məhkəmədə baxılarkən Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, məhz bu dələduzluq işini əhatə edən, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsınız” ifadələri ilə zəngin, hər sətri 1937-ci ilin donoslarını xatırladan məktubu göndərilib.
Məlum olub ki, Axundovanın donos-məktubu Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib və Ramiz Mehdiyevə təqdim olunub. Ramiz Mehdiyev isə məktubu hakim Rahib Salmanova göndərməklə faktiki olaraq məhkəməyə təzyiq göstərib. Həmin məktubu alan hakimin o dövrdə Administrasiya rəhbəri olan, onu özünə “ağsaqqal” hesab edən Elmira Axundova və onun oğluna qarşı hansı mövqe tuta bilərdisə, elə o mövqeyi də sərgiləyib.
.jpeg)
Hakim Rahib Salmanov Mehdiyevdən gələn məktubu oxuduqdan sonra iş materiallarında olan Elmira Axundovanın səs yazılarına, oğlu Həbib Axundovun işdə tərəf olmasını təsdiqləyən sənəd-sübuta, dəlillərə hüquqi qiymət vermədən, onların üzərindən sükutla keçərək Elnur İbrahimovun külli miqdarda dələduzluq əməllərini təsdiqləyib. Hakim eyni zamanda zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiasını təmin edib. Beləliklə, Elnur İbrahimovun üzərinə ümumilikdə 8 milyon manatlıq dələduzluqdan əldə olunan vəsaitlərin cüzi bir hissəsini ödəmək öhdəliyi qoyulub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu müddətdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, mülki iddiaçı olmayan Elmira Axundovanın oğlu Həbib Axundova isə 55 min manat vəsait qaytarıb. Bu fakt açıq şəkildə göstərir ki, Elnur İbrahimov ödəmə qabiliyyətinə malik olub, lakin xüsusi məqsədlə boyun qaçırıb.
Onun əməlinin xüsusilə külli miqdarda dələduzluq kimi qiymətləndirilməsi zərərçəkmişlər və dövlət qarşısında məsuliyyətini labüd edir.
Xatırladaq ki, Elmira Axundova Ramiz Mehdiyev dövründə ona yazdığı donos məktubları, mədhiyyələri ilə tanınırdı. Bu işdə də onun adı mərkəzi fiqur olaraq qalır, Elnur İbrahimov isə onun qurduğu sxemlərin “günah keçisi” kimi önə verildiyi açıq görünür.
Mülki iddiaçı Fərman Məmmədov Elnur İbrahimovdan ona vurulmuş ziyanın ödənilməsini tələb edir və İbrahimovun ən müxtəlif yollarla məsuliyyətdən yayınması göz önündədir. Növbəti məhkəmə proseslərində Elnur İbrahimovun yenidən həbsi istisna edilmir.
E. MƏMMƏDƏLİYEV
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
08 aprel 15:07
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
