Azərbaycan 15 regiona bölünməlidir
Qüdrət Həsənquliyev: “Əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları silahlandırmalı, yaxud da öz nizami ordusu ilə kömək etməlidir”
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb:
- Qüdrət bəy, həmkarınız Fazil Mustafa Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə bağlı narahatlığını bölüşdü. Amma deputat Siyavuş Novruzov bildirdi ki, bu məsələ ümumxalq səsverməsi ilə həll olunmalıdır və müzakirələrə zərurət yoxdur. Sizin dəyişikliklərə münasibətiniz necədir?
- Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Konstitusiyada yazılıb ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlətdir. Əslində orada yazılmalı idi ki, muxtar ərazidir. Moskva və Qars müqavilələrində də elə muxtar ərazi kimi qeyd olunub. Yəni həmin ərazi muxtar mahal da ola bilər, muxtar vilayət də, muxtar respublika da. Biz müstəqillik əldə edəndən, xüsusilə Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyi bərpa olunandan sonra heç muxtariyyətə ehtiyac da yoxdur. Ona görə də təşəbbüslə çıxış eləmişdim ki, Naxçıvanda muxtariyyət ləğv olunsun. Ümumiyyətlə, mənim yanaşmam belədir ki, Azərbaycan 15 regiona bölünməlidir, 15 regiondan biri də Naxçıvan olmalıdır. Hər regionun özünün məclisi olmalı və məclisdə regionun başçısı seçilməlidir. Üstəgəl, həmin region üzrə Prezidentin səlahiyyətli nümayəndəsi olmalıdır ki, konstitusiya və qanunların icrasına nəzarət eləsin. Bunun üçün də ölkədə konstitusion islahatlar həyata keçirilməli, inzibati ərazi quruluşu dəyişilməlidir. Yeni konstitusiyada parlamentin və məhkəmə hakimiyyətinin səlahiyyətləri genişləndirilmələdir.
- Yaxın zamanlarda Azərbaycanda referendum gözləniləndir, yoxsa bu, Ermənistandakı seçkilərdən sonra baş tuta bilər?
- Konstitusiya islahatlarına çox böyük ehtiyac var, amma bunun tezliklə baş tutacağı ehtimalı azdır. Gələcəkdə referendumun keçirilməsi qaçılmaz olacaq. Bu isə yalnız Prezidentin iradəsindən asılıdır.
- Paşinyan yenə də Azərbaycanı “işğal”da ittiham edib. Sizcə, nə baş verir?
- Məncə, Paşinyan fərqindədir ki, Ermənistanın gələcəyi Türkiyə və Azərbaycanla sıx əməkdaşlıqdan keçir. Ümumiyyətlə, bu dövlətin mövcudluğu bizimlə dostluqdan keçir.
- Parlamentdəki çıxışınızda bildirdiniz ki, əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, Azərbaycandan da Ermənistana Qazaxdan keçən, o cümlədən Sədərəkdən İrəvana gedən dəmir yolunu özümüz bərpa edə bilərik...
- Parlament iclasında dedim ki, əslində Ermənistandakı parlament seçkilərinədək yaxşı olar bu ölkə ilə sülh sazişini imzalayaq. Bu da Paşinyana, Ermənistanın dinc inkişafına əlavə bir dəstək olar. Biz indi Ermənistana yanacaq satırıq. Bu, imkan verib ki, Ermənistanda yanacağın qiyməti 15-20 faiz aşağı düşsün. Bu, Paşinyana çox böyük dəstəkdir. Ermənistana taxıl Azərbaycan üzərindən daşınır ki, bu da onun maya dəyərini aşağı salır, daşınma xərcləri İrəvan üçün xeyli azalır. Ermənistanla dərhal dəmiryolu xətlərini bərpa etməliyik. Bu ölkə bizim ərazidən özünə yük daşıyırsa, biz də Ermənistan üzərindən Naxçıvana yük daşıyaq. Biz Qazax-İcevan dəmir yolu xəttini qısa müddətdə bərpa edə bilərik. Eynilə də Sədərəkdən İrəvana gedən dəmir yolunu. Yüklər Qazaxdan Ermənistana, oradan da Sədərəkdən Naxçıvana daxil olacaq. Yəni dəmir yolu xətləri yüklərin daşınma xərclərini xeyli azaldır. Həmçinin bu, Naxçıvanın inkişafı üçün son dərəcə vacibdir. Əgər artıq ticarətə də başlamışıqsa, sülh sazişinin yubadılmasını məqsədəuyğun saymıram. Ona görə ki, sülh sazişi imzalanmadıqca, müharibənin yenidən alovlanması ehtimalı az da olsa, qalacaq. Başqa dövlətlərin regiona müdaxilə imkanları mövcud olacaq. Bax, o imkanları onların əlindən almaq üçün həm Azərbaycan, həm də Ermənistan iradə nümayiş etdirməlidir. Əgər Ermənistan gələcəkdə öz konstitusiyasına baxacağı barədə öhdəlik götürərsə, biz konstitusiyanın sülh müqaviləsinədək dəyişilməsi ilə bağlı tələbimizi kənara qoyub sülh sazişini imzalaya bilərik. Sülh sazişi imzalanmalı, sərhədlər delimitasiya olunmalı, ticarət əlaqələri, əməkdaşlıq genişləndirilməlidir.
- Qüdrət bəy, deputat həmkarınız Siyavuş Novruzov Naxçıvanın üç dövlətlə həmsərhəd olduğunu qeyd edərək, bu bölgənin təhlükəsizliyinin təmin olunmasının vacibliyindən də danışdı. Mövcud vəziyyət sizdə də narahatlıq yaradırmı?
- Naxçıvanın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Bilirsiniz ki, Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamışıq. Düzdür, Şuşa Bəyannaməsində qeyd olunmayıb ki, bir dövlətə hücum digər dövlətə hücum kimi qəbul olunur. Ona görə də Türkiyə ilə qarşılıqlı hərbi yardımla bağlı məsələlər daha yüksək səviyyəyə qaldırılmalıdır. Mən komitə iclasında qeyd etmişdim ki, Türkiyə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış hərbi yardım haqqında sazişə qoşulmaq istəyir. Həmin sazişə görə, bir dövlətə hücum, tutaq ki, Səudiyyə Ərəbistanına hücum Pakistana hücum kimi qəbul olunacaq. Türkiyə də bura qoşulmaq istəyir. Ona görə demişdim ki, əgər Türkiyə qoşulsa, biz də həmin sazişə qoşulaq, kollektiv təhlükəsizlik müqaviləsi olsun. Amma hesab edirəm ki, təhlükəsizlik üçün ən doğru yol birinci, dövlətin içində xalqın birliyinin mövcudluğudur. Sözsüz ki, hakimiyyət və xalq arasında birlik olmalıdır. İkincisi, ölkənin güclü iqtisadiyyatı olmalıdır. Güclü ordunu yalnız güclü iqtisadiyyat təmin edə bilər. Ölkənin güclü müttəfiqlərinin olması ilə yanaşı, qonşularla dostluq və əməkdaşlıq siyasəti də yürüdülməlidir. Hazırda Azərbaycan bu siyasəti yürütməyə çalışır. Ona görə də hesab eləmirəm ki, Naxçıvan üçün böyük bir təhlükə var.

- İranda baş verənlər haqqında fikirləriniz necədir? Hadisələrin gedişi İrandakı azərbaycanlılara nə vəd edir?
- Mən həmişə demişəm ki, İran Azərbaycan türklərinin dövlətidir. Orada əhalinin böyük hissəsi Azərbaycan türkləridir. Hətta bildirmişdim ki, Türk Dövlətləri Təşkilatına İran da daxil edilsin. Cənubi Azərbaycandakı türklər İran dövlətini quran iki əsas xalqdan biridir. Biri farslar, ikincisi Azərbaycan türkləridir. Ona görə də Azərbaycan dili İranda rəsmi dövlət dili olmalı, İran federallaşmalıdır. İranın inkişafını yalnız bu formada təmin etmək mümkündür.
- Azərbaycan və İran prezidentlərinin son telefon danışığı da rəsmi Bakının qonşu ölkəyə münasibətini bir daha nümayiş etdirdi. Necə bilirsiniz, dövlətimizin sağlam və sülhü, təhlükəsizliyi özündə ehtiva edən mövqeyi gələcəkdə azərbaycanlıların milli haqlarının tanınmasına təkan verə bilərmi?
- İranda ciddi konstitusion islahatlara ehtiyac var. İranda real hakimiyyət xalqın seçdiyi şəxsə verilməlidir. İndi biz bilirik ki, ali dini lider xalq tərəfindən seçilmir və prezidentin də dövlət siyasətini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Məsələn, Laricaninin səlahiyyəti Pezeşkianın səlahiyyətindən on dəfə artıqdır. Hələ Xameneini demirəm. Bu baxımdan İranda prezident dövlət idarəetməsində elə bir ciddi rol oynamır, yalnız dini liderin müəyyən tapşırıqları ilə məşğul olur. Ona görə də prezident dəyişsə də, ölkədə yaxşılığa doğru nələrsə dəyişmir.
- Yəni vəziyyət elə bu şəkildə davam edəcək?
- İranda xalq dəyişiklik, normal yaşamaq istəyir. Farslar kimi, digər xalqlar da öz dilində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək istəyirlər. İran başqa dövlətləri hədələməyə son qoymalı, sanksiyaların aradan qaldırılması üçün ABŞ ilə danışıqlara başlamalı, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirməlidir. Bunlar olmasa, İranda inqilab baş versə, Türkiyə və Azərbaycan Cənubi Azərbaycan türklərinə ciddi şəkildə dəstək olmalıdır. Düzdür, Türkiyə İranın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Mətbuatda türk ekspertlərin fikirləri ilə tanış oluram; onlar narahatdırlar ki, birdən kürdlər öz muxtariyyətini əldə edərlər. Kürdlər onsuz da öz muxtariyyətlərini İraqda, Türkiyə ilə sərhəddə əldə ediblər. İranda onların muxtariyyətinin olması nəyi dəyişər? İkincisi, yaxşı, kürdlərə görə az qala ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin özlərinin heç olmasa milli-mədəni, siyasi muxtariyyəti olmamalıdır? Ona görə də bu yanaşmanı doğru saymıram. Odur ki, Türkiyə və Azərbaycan rəsmiləri ciddi işləməlidirlər. Azərbaycan iqtidarı ABŞ, Rusiya, Türkiyə və İsraillə danışıqlar aparmalıdır: İranda mərkəzi hakimiyyət çöksə, o zaman azərbaycanlıların taleyi necə olacaq... Əgər İran çökəcəksə və yaxud federallaşacaqsa, ilk növbədə Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edirəm ki, Cənubi Azərbaycanın okeanlara çıxışı olmalıdır. Yəni bu, son dərəcə önəmli bir məsələdir ki, Azərbaycan dövləti bu istiqamətdə gərək hər şeyə hazır ola. Mən hələ xeyli müddət öncə demişdim ki, biz ölkədə ərzaq ehtiyatını artırmalıyıq, Azərbaycan İrandakı proseslərin ən pis ssenari üzrə inkişafına hazır olmalıdır. Oradan ölkəmizə qaçqın axını da ola bilər...
- Yəni deyirsiniz sərhədlərin bağlı olmasına baxmayaraq, eləmi?
- Belə şəraitdə sərhədlərin bağlı olması əhəmiyyətsiz məsələyə çevrilə bilər. İnsanlar bura üz tutacaqsa, neyləyəcəyik, öz soydaşlarımızı sərhəddən buraxmayacağıq? İkincisi, Azərbaycanın bununla bağlı beynəlxalq öhdəlikləri var, qaçqınlara kömək edilməlidir. Bu baxımdan, biz heç cür onların qarşısını ala bilmərik. Qarşısını alsaq da, bunu tarix bizə bağışlamaz və bu, bir qara ləkə kimi Azərbaycan dövlətinin tarixində qalar. Allah iraq eləsin, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları silahlandırmalı, yaxud da öz nizami ordusu ilə kömək etməlidir. Yəni onları taleyin ümidinə buraxmamalıyıq. Ona görə deyirəm ki, bu məsələlər böyük güclərlə danışılmalıdır.
- ABŞ vitse-prezidentinin səfəri zamanı bu məsələ də müzakirə mövzusu ola bilərmi?
- Ola bilsin ki, Vens gələnə qədər İranla bağlı məsələlər bitsin. Bəlkə də Vens həm də İrandakı gələcək prosesləri müzakirə etmək üçün Azərbaycana gəlir..
- Proqnozunuz nədir: Tramp İranı vuracaqmı?
- Bu ehtimal çox böyükdür. İrana qarşı güc tətbiq etmək Trampa həm də ABŞ daxilində gündəmi dəyişmək üçün lazımdır. İranın dini rəhbərliyi də hər hansı güzəştə getməyə hazır görünmür, real hakimiyyəti vermək, imtiyazlardan imtina etmək fikrindən uzaqdır. İran yenə də İslam respublikası kimi qala, dini lider Böyük Britaniyadakı kimi, kral səlahiyyətlərini qoruyub-saxlaya, hakimiyyəti varisinə ötürə, bu zaman siyasi partiyalarda da müəyyən təsirini saxlaya bilər. Amma imkan yaratmalıdır ki, icra hakimiyyətini parlament seçkilərində qalib gəlmiş siyasi partiyalar formalaşdırsın və onlar da dövlətin daxili və xarici siyasətinin müəyyənləşməsində, dövlətin idarə olunmasında azad və sərbəst olsunlar.
Elşad PAŞASOY,
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 2026 16:27
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 2026 14:21
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 2026 10:14
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 2026 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 2026 11:43
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 2026 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 2026 23:32
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 2026 21:25
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
- Nəticəni 24 saata biləcəyik - Tramp
10 aprel 23:06
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 21:25
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 21:12
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 20:51
- Şənbə günü 20° isti olacaq
10 aprel 17:23
- Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi
10 aprel 17:14
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 13:46
- İşə qəbul zamanı mütləq NARKOLOJİ RƏY təqdim etməli olacağıq
10 aprel 13:24
- Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəldi (FOTO)
10 aprel 13:02
- Putin Pasxa atəşkəsi elan etdi
10 aprel 10:40
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
09 aprel 22:43
