Cahangir Hacıyev aclıq aksiyasına başladı
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.
Musavat.com xəbər verir ki, C. Hacıyev effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq bu addımı atıb.
Bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir.
"Amerikanın Səsi" yazır ki, vəkilin iddialarına görə, dəfələrlə müraciət olunmasına baxmayaraq, C. Hacıyev nə Penitensiar Xidmətin tibb müəssisəsinə, nə də koloniyanın tibbi-sanitariya hissəsinə köçürülüb, həmçinin son günlər Hacıyevə yaxınlarının gətirdiyi dərmanları soyuducuda saxlamağa icazə verilməyib. Vəkil bildirib ki, Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Musavat.com Cahangir Hacıyevin dosyesini də oxucularına təqdim edir:
Cahangir Fevzi oğlu Hacıyev (26 oktyabr 1961) Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (27 mart 2001–2 aprel 2015); Bakı Futbol Federasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub.
O, Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurub. 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib.
Cahangir Hacıyev 1993–1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1995-ci ildə isə o, Azərbaycan Beynəlxalq Bankında işə başlayıb, səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
5 dekabr 2015-ci ildə C. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxuyub. Cahangir Hacıyev 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verilib. Məhkəmə araşdırmaları göstərirdi ki, Cahangir Hacıyev 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurub. Bu məbləğ Azərbaycanın 2016–2017-ci il büdcəsində ümumdaxili məhsulun 25 faizinə bərabər idi. Bu da Azərbaycan manatının devalvasiyası səbəblərindən biri kimi göstərilib. Bildirilib ki, bankdan qanunsuz çıxarılan pullar Cahangir Hacıyevin və ona yaxın olan şəxslərin və qohumların xaricdəki bank hesablarına köçürülürdü. Məhkəmə materiallarından belə məlum olur ki, çirkli pulların yuyulması üçün saxta xərclər və gəlir layihələri irəli sürülürdü. Çirkli pulların yuyulması üçün Azərbaycanda və xaricdə əsasən ofşor zonalarında olmaqla, şirkətlər yaradılırdı. Kreditlər üçün təhlükəsizliyin təmin edilməsi üçün qondarma girovlar (istiqrazlar, zəmanətlər və s.) təqdim olunurdu.
Cahangir Hacıyevdən başqa daha üç təqsirləndirilən şəxs faktiki cəza, dördü isə şərti cəza alıb.
Məhkəmə təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq odlu silahı, onun komponentlərini, döyüş sursatlarını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli bilib. Hacıyev günahını etiraf etməyib, müdafiəçiləri isə prosesi qərəzli adlandırıb.
Mənimsənilmiş vəsaitin dəqiq məbləği hələ məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, söhbət 4 milyard manatdan gedir.
2018-ci ilin dekabrında Baş Prokurorluq Hacıyevə qarşı külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, vergidən yayınma və s. ittihamlar irəli sürüb. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs müddətinə daha bir il yarım əlavə edib.
Lakin 2020-ci ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 179.3 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cəzanın yüngülləşdirilməsi ilə əlaqədar müddəti 3 ay azaldıb.
2022-ci ilin fevralında Avropa İnsan Haqları Məhkəməsi Hacıyevin məhkəməyəqədər həbslə bağlı şikayətini təmin və 3500 avro məbləğində təzminat təyin edib.
- QUSKA həbsdə aclığa başlayıb
4 iyun 2024 21:06
- İlham Əliyev əfv Sərəncamı imzaladı
25 may 2024 19:20
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 2024 21:27
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
1 may 2024 09:37
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Mən bu qanunu ziyanlı hesab edirəm və səs verməyəcəyəm
07 iyun 15:23
- Qudasına yüksək vəzifə verdi
07 iyun 11:53
- Prezident ÜTT-nin baş direktorunu qəbul etdi
06 iyun 17:53
- İş adamları -Sumqayıtın icra başçısının bizə 3 milyon manata yaxın borcu var” – ŞİKAYƏT
06 iyun 12:25
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 72 nəfər saxlanıldı
06 iyun 12:00
- Qalıqlar Müşfiqə aid deyil - DNT nəticələ
05 iyun 12:25
- Vaqif Hüseynov vəfat etdi
04 iyun 21:16
- QUSKA həbsdə aclığa başlayıb
04 iyun 21:06
- Mərkəzi Bankın yeni binasının xərci 637 milyona çatıb
04 iyun 20:16
- İş başında ölən zavod işçilərinin - Fotosu
04 iyun 11:41
- Bakı merinin sabiq müavini Ali Məhkəməyə müraciət etdi (FOTO)
03 iyun 19:01
- Çingiz Qənizadəyə ağır itki
03 iyun 11:28
- 15 il Moskva DTK-sına rəhbərlik edən general – o, yalnız Brejnevlə hesablaşıb
02 iyun 19:32
- Mahmud Əhmədinejad da namizədliyini irəli sürdü
02 iyun 16:59
- İlham Əliyev italiyalı həmkarını təbrik etdi
02 iyun 13:47
- Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 iyun 17:42
- Prezident onları təltif etdi - Siyahı
01 iyun 14:43
- YAŞAT” Fondu və “Nar” şəhid övladlarını təbrik etdi - Foto
01 iyun 14:38
- 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 12:50
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49