6 medalı olan qazinin əlilliyi niyə kəsilib? - Fotolar

“Səhhətim və psixoloji vəziyyətim ağır olduğu halda, mənə əmək qabiliyyətli şəxs kimi yanaşılır. İki ildir əlilliklə bağlı aldığım müavinət dayandırılıb. Sosial təminatımın dayandırılması ailəmin maddi və mənəvi durumuma ciddi zərbə vurur”.
Bu şikayətlə “Qafqazinfo”ya qazi, Neftçala rayonu, Aşağı Surra kənd sakini Ələmov Əliabbas Şəmsəddin oğlu müraciət edib.
28 yaşlı vətəndaş 2020-ci ilin sentyabrından hərbi təlimlərə cəlb olunaraq Beyləqanda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladığını bildirib: “27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində ön cəbhədə iştirak etmişəm. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı 120 mm-lik artilleriya mərmisi nəticəsində ağır yaralanmışam. Yaralandıqdan sonra Füzuli, Beyləqan və Biləsuvar rayon Mərkəzi Xəstəxanalarında müalicə almışam. Təxminən 1 aya yaxın müddətdə yerimə qabiliyyətim olmayıb. Vəziyyətimin ağırlaşması səbəbindən “Papanin hospitalı”na köçürülmüşəm”.
Üç uşaq atası olan qazinin sözlərinə görə, müharibədən sonra səhhətində ciddi psixoloji pozuntular – şəxsiyyət pozuntusu, depressiv tutmalar və qıcolmalar yaranıb: “Bu səbəbdən psixi sağlamlıq mərkəzlərinə müraciət edərək müalicə almışam. Səhhətimdə heç bir yaxşılaşma olmadığı üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdim və 2023-cü ilin 18 iyun tarixində 2 il müddətinə III dərəcəli əlillik təyin olundu. Lakin əlilliyin müddəti bitdikdən sonra bu il iyunun 30-da keçirilmiş təkrar əyani müayinədən sonra əlilliyim dayandırıldı. Dəfələrlə müxtəlif qurumlara müraciət etsəm də, şikayətlərimə ciddi yanaşılmayıb, problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Halbuki bu gün də dərman preparatlarını mütəmadi şəkildə qəbul edirəm.
Əlillik müddətində və ondan sonra dəfələrlə gecə saatlarında ev şəraitində halım pisləşib, qıcolma, nəfəs darlığı və depressiv tutmalar səbəbilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə yerləşdirilmişəm. Bu hallar səhhətimin hələ də normallaşmadığını və əmək qabiliyyətli kimi qiymətləndirilməyimin əsassız olduğunu sübut edir”.
Əliabbas hazırda heç bir yerdən gəliri olmadığını, mövcud maddi və sosial vəziyyətin ailəsi üçün son dərəcə ağır olduğunu dilə gətirir: “Bu şəraitdə əmək qabiliyyətli hesab olunmağım mənim üçün həm psixoloji, həm də fiziki baxımdan dözülməzdir. 3 azyaşlı övladım var və onların maddi təminatı mənim üzərimdədir. Hazırda həyat yoldaşım və üç azyaşlı övladımla birlikdə atamın evində, valideynlərim və əqli qüsurlu bacımla birlikdə yaşayırıq. Şəxsi evim, torpaq sahəm və təsərrüfatım yoxdur. Həyat yoldaşım xadimə kimi çalışır və aylıq 350 manat əməkhaqqı alır. Ödəməli olduğum kredit borcu təxminən 15 min manat təşkil edir”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğumuzla bağlı açıqlama verib: “Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Ələmov Əliabbas Şəmsəddin oğlu ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında ötən ay Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində onun əyani müayinəsi aparılıb.
Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı Ə.Ələmovun sağlamlığında əlillik əlamətinin olmadığı müəyyən edildiyindən ona əlillik təyin edilməyib”.
Qazinin maddi vəziyyətinə dəstək məqsədilə mümkün ola biləcək proqramlar haqda sualı isə nazirlik belə cavablayıb: “Nazirlik tərəfindən Əliabbas Ələmova məşğulluq məsələsində dəstək göstərilib. 2021-ci ildə onun üçün özünəməşğulluq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı yaradılıb”.
Qeyd edək ki, Ə.Ələmov müharibədə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Lamiyə Məmmədova



- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
8 oktyabr 2025 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
8 oktyabr 2025 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
6 oktyabr 2025 22:55
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34