Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
XX əsrin əvvəllərində Homindan hərəkatından olan kommunistlər və millətçilər Çində bəzən müttəfiq və bəzən də rəqib olublar. Sonuncuların liderlərindən biri Çan Kayşi 1923-cü ildə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gedib və səfər onda müsbət təəssürat yaratdığı üçün gənc çinliləri SSRİ-yə göndərmək qərarına gəlib. Nəticədə Çin Zəhmətkeşlərinin Kommunist Universiteti yaradılıb.
Çanın 15 yaşlı oğlu Tsyan Tsinqo da tədris almaq üçün Moskvaya yollanıb. Təbii ki, xarici ölkəyə ilk dəfə gələn çinli gəncin köməyə və mövcud vəziyyət uyğunlaşmaya ehtiyacı olub və Leninin bacısı ona bu sahədə kömək etmək qərarına gəlib. O vaxta qədər Anna Ulyanova uzun illər inqilabçı Mark Yelizarovla evli olub.

“Ən gizli qohumlar” nəşrinin müəllifi Nikolay Zenkoviçin yazdığına görə, onlar 1889-cu ildə, Yelizarov hələ tələbə olarkən evləniblər. Cütlüyün öz övladları olmayıb, lakin Georgi Lozqaçev adlı qapıçının oğlunu övladlığa götürüblər. Bir müddət sonra Anna Ulyanova çinli gənci övladlığa götürüb və ona rusca Nikolay Yelizarov ad-soyadı verib. Yeri gəlmişkən, Çin Kommunist Partiyası hərbi şurasının sədri Den Syaopin (1976–1989) “Kolya”nın sinif yoldaşı olub.
1927-ci ildə Çində Çan Kayşi, nəhayət, kommunistlərdən ayrılıb. Nəticədə siyasətçinin oğlu Moskvadan atasını qınayan məktub yazıb, SSRİ-də qaldığını bəyan edib. 1936-cı il noyabrın 16-da Tsyan Tsinqo Çin Kommunist Partiyasına üzv olmaq istəyi barədə müraciət yazaraq atasına qarşı mənfi münasibətini təkrarlayıb: “Atam Çan Kayşi böyük Çin inqilabı üçün satqın və xaindir. O, hazırda Çin qara irticasının lideridir. Xəyanətinin ilk anından ona qarşı mübarizə aparmışam”. İllər sonra gələcək Tayvan lideri etiraf edib ki, o, yalnız təzyiq altında belə bəyanatlar verib.

O, Kazan tank məktəbində və Leninqradda hərbi-siyasi akademiyada təcrübə keçib, həmçinin “Dinamo” zavodunda dəzgah işlədib. 1930-cu illərin əvvəllərində Tsinqo “QULaq”ların “inkişafında” iştirak edib, sonra Sverdlovska “Uralmaş” fabrikinin qəzetinin redaktoru işləməyə göndərilib. Orada əslən Belarusdan olan 18 yaşlı komsomolçu qız Faina Vaxryova ilə tanış olub, evlənib.
Bütün bu illər ərzində Çin diplomatları onu atasının yanına qaytarmaq üçün bir yol axtarıblar, lakin Stalin bu “kozırı” oynamağa tələsməyib. 1937-ci ildə Nikolay Yelizarov trotskiçi kimi həbs edilib. Onu Stalinin düşərgələrində işgəncə və əzab gözləyib. Bundan xəbər tutan Can Kayşi dərhal Stalinlə ortaq dil tapıb oğlunu azad etdirib.
Leonid Mleçin “Rusiyanın 26 baş kəşfiyyatçısı” kitabında yazıb ki, Tsyan Tsinqo saxlanılan zaman çinlilər hərbi kəşfiyyatçı Yakov Bronini həbs ediblər. Mleçinin sözlərinə görə, məhz Bronin Tsyan Tsinqo ilə dəyişdirilib. Bu şərait sayəsində gənc ailə 1937-ci ildə Çinə yola düşüb.

Orada tezliklə müharibə başlayıb və Homindan yenidən yapon işğalçılarına qarşı kommunistlərlə birləşib. Lakin qələbədən sonra müttəfiqlərin yolları ayrılıb və Çan Kayşi devrilərək Tayvana qaçıb. 1950-ci ildə onun oğlu Tsyan Tsinqo (keçmiş Nikolay Yelizarov) Tayvanın kəşfiyyat xidmətinin rəhbəri və baş nazirin müavini təyin edilib. Sərt davranışları ilə yadda qalan Tsinqo Tayvan kommunistlərinə qarşı repressiyaları davam etdirib və Dünya Anti-Kommunist Liqasında fəal iştirak edib. 1946-cı ildə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün Stalinlə danışıqlar aparmaq üçün Sovet İttifaqına gedən də o olub. 1975-ci ildə Çan Kayşi vəfat edib və Tsyan Tsinqo eyni vaxtda Homindan hərəkatının lideri olub və üç il sonra Tayvanın prezidenti seçilib.

T.Tsinqo 1988-ci ildə, ölümünə qədər bu vəzifədə qalıb. Y. M. Qalenoviç “Çin metamorfozaları” nəşrində bildirib ki, Tayvanda sürətli transformasiyalar məhz Tsinqonun hakimiyyəti dövründə başlayıb. O, iqtisadiyyatı modernləşdirməyə, yerli ağır sənaye üçün baza yaratmağa və 1980-ci illərin əvvəllərindən başlayaraq yüksək texnologiyalar bazarında sıçrayışa nail olub.
1986-cı ildə T.Tsinqo fövqəladə vəziyyəti ləğv etməklə Tayvanda fundamental demokratik azadlıqların bərpasını ifadə edib. Lakin prezident tam demokratiyaya keçidi başa çatdıra bilməyib; bu, onun tələbəsi və davamçısı Li Tenhey tərəfindən həyata keçirilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
9 fevral 2026 20:54
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
9 fevral 2026 12:15
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
