Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
Yazıçı Əkrəm Əylisli Musavat.com-un suallarını cavablandırıb.
“Daş yuxular” romanına görə kəskin ictimai qınaqla üzləşmiş yazıçı illərdir susmağa üstünlük verir. 89 yaşlı yazıçı ilə söhbətimizdə ədəbiyyatdan, Qarabağdan və cəmiyyəti narahat edən məsələlərdən danışmışıq. Müsahibəni təqdim edirik:
- Əkrəm bəy, necəsiniz, nə işlə məşğulsunuz?
- Evdəyəm, həyatımı yaşayıram. Artıq öz həyatımı yaşamaq yaşındayam.
- Bəs səhhətiniz necədir?
- Bu yaşda səhhətdən şikayətlənmək Allaha xoş gəlməz. Bir vaxtlar fikirləşirdim ki, insan 50 yaşdan yuxarı necə yaşaya bilər? 50 yaşımda həyatımda çox qəribə bir dövr oldu. Elə bilirdim ki, hər şey bitib, yazdığımı artıq yazmışam. Gedib Əylislidə özümə ev tikdim, həmişəlik yaşamaq istəyirdim. Amma ailə qayğıları və başqa məsələlər imkan vermədi. Orada yaşamaq da çətin idi.
- Hazırda yeni əsər üzərində çalışırsınız?
- “Tənha çinarın nağılı”nı yazdım, hamı oxudu. O yazımdan sonra elə bilirəm ki, yazmağa bir şey də qalmayıb. Orada hər şeyi dedim. Elə yazılar olur ki, ondan sonra uzun müddət yaza bilmirsən.
- O zaman yaradıcılığa son vermisiniz...
- Yaradıcılıqla məşğul olmamaq mümkün deyil. Orqanizm o həyat tərzinə öyrəşib. Ömrüm boyu bu işdən ayrılmamışam. Daxildə yazmaq prosesi daim gedir. Mənəvi yaddaş qalırsa, sən yazacaqsan. İnsanlar var ki, mənəvi yaddaşlarını itirirlər. Əxlaqı, mənəvi, ruhu yaddaş itməməlidir.
- Hansı şair və yazıçılarla əlaqələriniz var?
- Açığı, evdən çıxa bilmirəm. Bunu ilk dəfədir ki, deyirəm. Çünki insanlar narahat olurlar. Səhhətimdə problemlər var. Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram. Heç kəslə də bu səbəbdən görüşmürəm. Düzü, evə də insanları dəvət etmək istəmirəm. Çünki ev tək sənin deyil, orada yaşayanların hər birinindir. Onların həyatını narahat etmək olmaz. Amma zəng edən dostlar var. Bir çox dostlarım istəyirlər ki, görüşsünlər. Nə yalan deyim, dostlarım daha çox gənclərdir. Onlar daim itirib-axtarırlar. Yazıçılar İttifaqında keçmişdə dostlarım var idi. Elə Anarın özü olsun. Mənim onlarla heç bir ünsiyyətim artıq mümkün deyil. Sanki başqa-başqa qitələrdə yaşayırıq. Anarla görüşümün heç bir əhəmiyyəti ola bilməz. Bunu ən yaxşı mən bilirəm. Hərə öz fikrindədir. O, öz qayğılarındadır, mən də öz. Düşüncə tərzlərimiz ümumiyyətlə, bir-birinə yaxın deyil.
- Bu arada Yazıçılıq İttifaqında bu yaxınlarda üzvlük haqqı ilə bağlı qalmaqal baş verdi. Siyahı mətbuata verildi.
- Bu, texniki məsələdir. Özləri bilər. Orada elə şeylər görürəm ki, ehtiyac duymuram ki, nə isə deyim. Açığı, yadıma gəlmir ki, Yazıçılar İttifaqında olan vaxt üzvlük haqqı vermişəm. Ora bir qrup adamın maraqlarına xidmət edən yerdir. Sovet dövründə Yazıçılar Birliyinin bir üzü Kamçatka, biri üzü Lənkəran idi, heç 16-17 min üzv yox idi. İndi Azərbaycan Yazıçılar Birliyində nə qədər üzv var, məlumdur. Say da çox olanda məzhəb itir.
- 2020-ci ildən bu yana çox şeylər dəyişdi. Qarabağı azad etdik, Xankəndi məsələsinin həlli ilə ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu şanlı zəfərlər barədə nə deyə bilərsiniz?
- Mən azərbaycanlıyam, vətənimi çox sevirəm. Təəssüflər olsun ki, haqqımda uydurma nağıllar danışıldı. Bizim bütün qələbəmiz mənim qələbəmdir. Ancaq nadanlar, ağılsız adamlar fikirləşə bilər ki, mən qələbəmizə sevinmirəm. Qarabağı qarış-qarış gəzmişəm. Şuşada aylarla qalmışam. Şuşanı çox sevirəm. Bütün azərbaycanlılar necə sevinirsə, mən də elə sevinirəm. Belə fikirlər az səslənməyib ki, Azərbaycan dilini öyrənmək üçün həm də gərək Əkrəm Əylislinin əsərlərini oxuyasan. Belə əsərlər yazan biri necə xalqının qələbəsinə sevinməyə bilər?
- Son sualımdır. Əkrəm Əylisinin yaradıcılığında ən sevdiyi əsərimi, povestimi və hekayəsimi olsun, hansıdır?
- Mənim üçün çox çətin sualdır. Birinin adını çəksəm, elə düşünürəm ki, o biri əsərim inciyər. Yazılarımda konyuktura yoxdur. Məsələn, sovet dövründə yazırdım, heç bir tərif tapılmaz. Mən komsomol mükafatını “Tənha narın nağılı”na görə almışam. Ən qüssəli əsərlərimdən biridir. Bir cümlə də sovetin şəninə cümlə tapılmaz. Ən sevdiyim əsərlərimdən biri də budur. Əksər yazılarım elə düşünürəm ki, indinin mövzusudur. İnsan taleyi həmişə insan taleyi olaraq qalır. Tale dəyişmir. Taleyi olmayan əsər yadda qalmır.
Cavanşir Abbaslı
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
