- Türk ölkəsi Leninin 25 metrlik heykəlini gecə ilə sökdü
- Hörmətsizlik etməmək üçün götürdüm - Valideynlərin üzük aldığı müəllim
- Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
- Bakıda -Bulaq suyu- adı ilə satılan su krantdan doldurulur? – VİDEO
- Yer kürəsinin gizli arxivi tapıldı - Bütün sirlər okeanın dibində saxlanılırmış
Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Müşfiqin doğum günü həm də "Şairlər günü" kimi qeyd edilir. Müşfiq 30 yaşını tamamlamadan repressiya olunsa da, öz qısa həyatı boyunca poeziyamızın mövzu və üslubunu dəyişdirmiş, özündən sonrakı ədəbi nəsillərə mühüm təsir göstərmişdir. Anadan olmasından 117 il keçsə də, Müşfiqin şeirləri hələ də yenidir, təravətlidir və aktualdır.
Teleqraf bu münasibətlə Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadədən müsahibə alıb.
- Leyla xanım, Dilbər xanımın qızı olduğunuzu bilirik, amma bir az özünüz haqda məlumat verin.
- Gəncədə anadan olmuşam. Bir yaşım olanda atam rəhmətə gedib. İki qardaşım vardı. Qardaşlarımdan biri anamdan əvvəl rəhmətə gedib. O biri qardaşım anamdan sonra dünyasını dəyişdi.
- Bəs Bakıya nə vaxt gəlmisiniz?
- Bəraət alandan sonra. Müşfiqin bacısı Balacaxanımla dayısı anama dedilər ki, gəl Bakıya. Yığışıb gəldik. Əvvəl Müşfiqin dayısıgildə qalırdıq. Sonra Balacaxanım Dağlı məhəlləsində ev tutdu, ora köçdük. Dağlı məhəlləsində çox az qaldıq. Çünki Dilbər xanıma ev verdilər və öz evimizə köçdük. Məktəbə də orada, evimizin yaxınlığında getmişəm.
- İlk iş yeriniz kitabxana olub...
- Bəli. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında işləmişəm. Baş biblioqraf idim. Məncə, yaxşı kitabxanaçı insanlar üçün çox faydalıdır. İşimi sevirdim, elmi işçilərə, tələbələrə kömək edirdik. O vaxt internet yox idi axı. İnternet kitabxana, kitabxanaçılar idi. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçdim. Belə...
Müşfiqin adı xatırladığım ilk sözlərdəndir
- Leyla xanım, Mikayıl Müşfiqin adını ilk dəfə nə vaxt, neçə yaşınızda eşitmişiniz?
- İlk dəfə neçə yaşımda eşitdiyimi dəqiq xatırlamıram, amma Müşfiqin adı xatırladığım ilk sözlərdəndir... Çünki Bakıya köçəndən sonra bacısı ilə tanış olmuşduq, tez-tez gəlirdi bizə. Ailəmizin ən istəkli adamı Balacaxanım idi.
- Ona “bibi” deyə müraciət edirdiniz?
- Hə. “Balacaxanım bibi” deyirdik. Bizi çox istəyirdi. Bizə sevgi vermişdi. Uşaq sevgini hiss edir və o sevgini heç vaxt unutmur. Mənə paltarlar tikirdi. Hamımıza oyuncaqlar alırdı, bizi gəzməyə aparırdı. Yaxşı yadımdadır, bir dəfə qardaşıma oyuncaq alıb, mənə almamışdı, mən də küsdüm. Balacaxanım durdu-getdi, mənə də nəsə alıb qayıtdı. Anama həmişə nəsə alardı. İstəyirdi ki, Dilbər xanım yaxşı görünsün. Anamla münasibətləri çox yaxşı idi. Hətta indi bizdə evdə onun əliylə tikdiyi bir paltar var, saxlayıram. Balacaxanımın əli dəyib ona... Mənim üçün ən əziz, ən dəyərli xatirədir bu.
- Bir az da Balacaxanım haqqında danışardınız. Müsahibələrinizin birində demişdiniz ki, öləndə can verə bilmirdi, Müşfiqin şəklini axtarıblar...
- Əvvəllər çox yaxşı idi. Həmişə yaxşı, səliqəli görünürdü. Kostyumlarda olurdu. Amma bir dəfə eyvandan baxanda gördüm ucaboy bir qadın gəlir və kostyumda deyildi, əynində uzun qəribə paltar vardı. Balacaxanım idi. Tanımamışdım. Çünki əvvəllər heç vaxt onu bu cür görməmişdim. Gəldi evə. İkimiz otaqda idik. Anam mətbəxdə idi. Bir də gördüm üzünü yuxarı tutub öz-özünə danışır. Sanki kimləsə söhbət edirdi. Uşaq idim, qorxdum. Sonra anama danışdım və anam vəziyyəti başa düşdü. O hadisədən sonra bizə gəlmirdi.
- Neçənci illər idi?
- Balacaxanım 1970-ci ildə rəhmətə gedib. Bu hadisə təxminən, 68-69-cu illərdə olub. O, 1968-ci ildə Müşfiqin 60 illik yubileyində də buna görə iştirak edə bilməmişdi elə. Vəziyyəti yaxşı deyildi. Psixi problemləri yaranmışdı.
Anamı görəndən sonra canını tapşırdı
- Onun ölümü yadınıza gəlir?
- Uşaq idim, amma dumanlı şəkildə də olsa xatırlayıram. O otağa girdiyimizi, onu yataqda gördüyümü... Gecə ilə gəlib anamı çağırdılar. Dedilər, Balacaxanım ölür. Can verə bilmirmiş. Zeynəb Xanlarovanın "plastinka"sını qoyublarmış.
- Onu niyə?
- Üstündə Müşfiqin şəkli var idi. Ona görə... Deməli, canını tapşıra bilmirmiş. Deyiblər, Dilbəri çağırın. Anam da xəstə idi. Qızdırmalı halda yatırdı. Amma yerindən qalxdı, məni də özüylə apardı. Gecəyarı getdik ora. Bir az qaranlıq yadıma gəlir, amma xatırlayıram. Otağa girdik, Balacaxanım yataqda idi. Anam onu o halda görəndə ağlamağa başladı. Mənsə donub qalmışdım. Anamı görəndən sonra canını tapşırdı. Anamın da halı pisləşmişdi, keçirdilər başqa otağa...
- Ananız Müşfiqlə dörd il evli qalıb, maraqlıdır, xatirələrində ən çox nələrdən danışırdı, Müşfiq haqqında nə deyirdi?
- Anamla Müşfiq 3 il nişanlı qalıb, 4 il də evli olublar. Müşfiqdən danışmaq, Müşfiq haqqında danışmaq sanki anama güc verirdi. Çox xəstəlikləri vardı, vəziyyəti yaxşı deyildi. Amma Dilbər xanım Müşfiqdən danışanda bütün ağrılarını unudurdu. Ən çox gənclərlə danışmağı sevirdi. Gənclərdən kimsə görüşə gələndə anam çox sevinirdi. Elə bilirdi Müşfiq oturub qarşısında. Hər səhər yuxudan oyananda görürdüm ki, anam yatağımın baş ucunda oturub yuxudan oyanmağımı gözləyir. “Müşfiqə təzə bir şeir yazmışam, gözləyirəm oyanasan, oxuyum”, deyirdi.
- Dilbər xanım Müşfiqin sağlığında da şeir yazırdı?
- Yox. Yazmayıb. Amma şeiri, ədəbiyyatı yaxşı bilirdi. “Yenə o bağ olaydı” şeirində bəzi sözlərin izahını verib anam. Düzdür, hələ çap etdirməmişəm o əlyazmaları. Anam oradakı bəzi türk sözlərinin, ifadələrinin izahını verir, şərh edir, mənasını açır. Dilbər xanım bu şeiri xüsusilə sevirdi. Axı onlar bağda çox olublar Müşfiqlə...
- Amma bəzi yazılarda həmin şeirin Dilbər xanıma yox, Ənvər Məmmədxanlının bacısına yazıldığını deyirlər. Səbəb də Dilbərin ağbəniz olması, “əsmər bənizli” olmaması göstərilir...
- Bilirəm, görürəm o yazıları. Dilbər xanım ağbəniz deyildi. Qarasaç, uzun hörüklü bir qız olub. Cavanlıq vaxtlarında şəkillərdə əsmərdir Dilbər xanım. Qızlar məktəbində oxuduğu dövrlərin fotolarında da əsmərdir. Sonralar rəngi bir az dəyişdi sanki. Yəqin, xəstəlikləri ilə əlaqəliydi.
- Müşfiqlə tanışlıqlarından da danışmağınızı istərdik...
- Bilirsiniz ki, Dilbər xanımın əmisi İdris Axundzadə idi. Anasıyla atası ayrılıb, Dilbər xanımı atası öz yanında saxlayıb. Atası ziyalı ailədən idi. Analığı çox qəddar qadın olub. Atası rəhmətə gedəndə əmisi, yəni İdris Axundzadə yasda Dilbəri görür, başa düşür ki, bu evdə uşağın günü xoş keçmir. İdris əfəndi psixoloq kimi bir insan idi, o dəqiqə anlayıb vəziyyəti. Qayıdanda anamı özüylə Bakıya gətirib.
- Dilbər xanımın həmin vaxt neçə yaşı olub?
- Beş yaşı. Balaca qızcığaz beləcə gəlir Bakıya. Düşür ziyalı mühitinə. Əhməd Cavad, Hüseyn Cavid, Abdulla Şaiq – İdris əfəndinin sayəsində hamısıyla tanış olub. Məktəbi bitirib texnikuma girib, sonra da “Medinstiuta”a daxil olub.
Anamı “xalq düşməninin arvadı” damğasıyla həbs ediblər
- Amma tibb təhsili yarımçıq qalır...
- Bəli. Çünki həbs edirlər anamı. İkinci kursda oxuyurmuş. Müşfiqlə evli idilər o vaxt. Anamı “xalq düşməninin arvadı” damğasıyla həbs ediblər.
- Müşfiqlə tanışlıqlarından danışırdıq...
- Hə. Deməli, İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanım Müşfiqlə tələbə yoldaşı olub. Universitetin məzun gecəsi keçirilirmiş. Fəramuş xanım anamı da özüylə aparmaq istəyir. Dilbər xanım da təbii ki, çox sevinir. Beləcə, qoşulur ona, gedirlər. APİ-nin məzun gecəsində foyedə dayanıblar, kənarda bir dəstə cavan oğlan varmış. Qızları görəndə Müşfiq gənclərdən ayrılır, gəlir Fəramuş xanımla salamlaşır. Fəramuş xanım da Dilbərlə Müşfiqi tanış edir. Sonra məzun gecəsi başlayır. Təsadüfən, necə olursa, Müşfiq zalda düz anamın arxasındakı oturacaqda əyləşir.
- Bəlkə də təsadüf deyilmiş...
- (gülür) Bəlkə də. Nə bilim. Bunu ancaq Müşfiq bilirdi, yəqin (bu yerdə qəhər onu boğur, elə məni də. Leyla xanımın gözləri yaşarır, hətta eynəyi də bunu gizlədə bilmir). Yenə, təsadüfənmi, deyilmi, bilmirəm, Dilbər xanım uzun hörüklərini arxaya atır. Müşfiq həmin an o məşhur şeirini yazır:
“Hayır, o hörüklər deyildir yılan,
O əski şairlər söyləmiş yalan”.
Beləcə, tanış olurlar. Dilbər xanımın texnikumda rəfiqəsi vardı, Pirayə xanım. Pirayə xanım Müşfiqlə eyni məhəllədə yaşayıb. Müşfiq Dilbər xanımı görüşə çağırır. Dilbər xanım getmir. Müşfiq Pirayədən Dilbərə məktublar göndərir. Amma Dilbər Müşfiqin bütün məktublarını cavabsız qoyur.
Hər görüşdə yeni bir şeir
- Amma şair, nəhayət, Dilbərin könlünü oğurlaya bilir...
- Həə. Dilbər xanım, nəhayət, görüşə gedir. Amma Müşfiqlə şərt kəsir. Hər görüşdə yeni bir şeir yazmalı imiş. Elə də olur. Müşfiq Dilbərlə hər görüşlərinə yeni bir şeirlə gəlir... Özü də Dilbərə həsr edilən şeirlər. Sonra evlənirlər, anam da Tibb İnstitutuna daxil olur. Sonra da repressiya... Həbs ediləndə ikinci kursda oxuyurmuş anam. Beləcə, tibb təhsili yarımçıq qalır.
- Müşfiq həbs ediləndən nə qədər sonra tutublar ananızı?
- Müşfiqi 1937-ci ilin iyununda həbs ediblər. Anamı noyabr, ya dekabrda aparıblar. 1939-cu ilin martına qədər həbsxanada, sonra da həbsxananın xəstəxanasında qalıb. Təxminən, il yarım həbsdə olub.
O illərdən danışmağı sevmirdi
- Ananız sizə həbsdəki günlərindən danışırdı?
- Özü yox. Heç vaxt o hadisələrdən danışmayıb. Anam o illərdən danışmağı sevmirdi. Onunla eyni kamerada qalan xanımlar vardı, həbsdən sonra da münasibətləri yaxşı idi, gəlib-gedirdilər. O qadınlar danışırdılar. Leyla Baratzadə ilə bir kamerada qalıblar. Anamın sağlığında danışmasa da, anam rəhmətə gedəndən sonra danışıb.
- Bəs o qadınlar birlikdə olanda nədən danışırdılar, söhbət edirdilər?
- Ancaq yaxşı şeylərdən. Qəribədir, elə bil, o faciələri, ağır günləri, ağrıları xatırlamaq istəmirdilər. Yalnız xoş xatirələri bölüşürdülər. Danışıb-gülürdülər. Onlarla görüşəndə anam canlanırdı. Şükriyyə xanım da bizim evin ən əziz adamlarından idi. Hər gələndə anama ürək-dirək, cəsarət verirdi. Deyirdi ki, möhkəm ol, heç nədən qorxma, güclü ol. Anam Şükriyyə xanımla çox şən olurdu, üzü gülürdü, danışıb-gülürdülər.
Ölərəm, Müşfiqə yox demərəm
- Leyla xanım, bu sualı cavablamaq sizin üçün nə qədər çətin olsa da, soruşmaq istəyirik. Deyilənə görə, ananızı həbs edəndə iki seçim qoyublar: ya həbs, ya Müşfiqdən boşanmaq. Bu haqda nəsə bilirsiniz?
- Bəli, deyəcəm. Ümmügülsümün xatirələrini oxumusunuzsa, xatırlayarsınız, orada da var. (Ümmügülsüm-şairə, Məmməd Əmin Rəsulzadənin əmisi qızı-red) Həbsdə əvvəlcə Dilbər xanımı ümumi kamerada saxlayıblar, sonra təkadamlıq kameraya keçiriblər. Xanım öz xatirələrində yazıb ki, kameradan Dilbərin səsini eşidirdik. Dilbər qışqırırdı ki, mən ölümə gedərəm, amma Müşfiqə yox demərəm. Yəni, həqiqətən də, o seçimi qoyublar qarşısına. Anamla Müşfiq ölənə qədər evli qalıblar. Nigah kağızları hələ də məndə qalır.
- Atanızla rəsmi nikahları olmayıb...
- Olmayıb, hə. Çünki anam Müşfiqdən boşanmayıb. Həyatın qəribəliyinə baxın ki, atam da tez rəhmətə gedir, anam yenə tək qalır. Üstəlik, balaca uşaqlarla. Atam anamı sevib. Bizi də sevib. Atam müharibə iştirakçısı olub. Ürək xəstəsi olub. Qəfildən rəhmətə gedib.
Atamın Dilbərlə evlənməsi qəhrəmanlıqdır
- Atanızla Dilbər xanım necə tanış olublar bəs?
- Qohumlar vasitəsilə. Anam həbsdən sonra ata evinə qayıda bilmir, analığı imkan vermir. Dilbər xanım öz anasının yanına qayıdır, onunla yaşayır. O dövrdə Dilbər xanıma yaxınlaşmaq təhlükəli olub. Hamı qorxurmuş. Çünki anam hələ bəraət almamışdı. “Xalq düşməninin arvadı” idi. Atam ikinci dünya müharibəsi iştirakçısı olub. Atamın onunla evlənməsi əsl qəhrəmanlıq idi. Atam olmasaydı, bəlkə də, anam da Balacaxanım kimi... Anam bəlkə də, atamın sayəsində həyatda qalıb. Atam anamla müharibədən qayıdandan sonra evlənib.
Müşfiq güllələnməyib
- Müşfiq ölüb, yoxsa, öldürülüb, Leyla xanım, siz necə bilirsiniz?
- Müşfiq güllələnməyib. Məndə ölüm haqqında arayışı var. Ədliyyə Nazirliyi təqdim edib. Arayışda Müşfiqin Mərəzədə öldüyü yazılıb. Nömrəsi də var. 1939-cu il, mart ayında Mərəzədə ölüb.
- Müşfiq Mərəzəyə niyə göndərilib?
- Həbs edilənləri onsuz da ölüm hökmü gözləyirdi. Yəgin, deyirmişlər ki, onsuz da öləcək. Sənədə yazırmışlar güllələndi, sonra da xüsusi yerlərə işləməyə göndərirlərmiş. Bəlkə də belə olub... Onsuz da bilirdilər ki, öləcək. Ola bilər, Müşfiqin də sənədi belə olub. Güllələnib yazıb, göndəriblər Mərəzəyə.
- Sənədi Dilbər xanıma vermişdilər?
- Hə. Dilbər xanım özü gedib Xalq Daxili İşlər Komissarlığına müraciət etmişdi. 1956-cı ildə Müşfiqin ölüm sənədini alıb.
Həbsə öz ayağıyla gedib
- Həbsdən sonra ananızla Balacaxanım niyə əlaqə saxlamayıblar?
- Axı Balacaxanım özü də həbsdə idi. Müşfiq həbs ediləndə Balacaxanım gedib ora. Deyib ki, qardaşımı niyə həbs etmisiniz, nə günahı var? Hətta bildiyim qədərilə, orada kiminsə başına nəyləsə vurub. Balacaxanımı elə oradan, kabinetdən həbsə aparıblar. Öz ayağıyla həbsə gedib.
Anamı Müşfiq sevgisi yaşadırdı
- Bəraətdən sonrakı illərdə Müşfiq məşhurlaşdı, sevildi. Bunlar Dilbər xanıma necə təsir edirdi?
- Anamı bu sevgi yaşadırdı elə. Müşfiqin sevildiyini görmək ona güc verirdi. Maraqlı bir hadisə danışım, bəraətdən sonrakı illərdə gənc şairlərdən biri gedib anamla Müşfiqin birlikdə yaşadıqları evi tapıb. O evdə də bir yəhudi yaşayırmış. Gənc şair yəhudinin yaxasından yapışıb ki, Müşfiqin əlyazmaları, şeirləri hanı, harda gizlətmisən? Yəni, Müşfiqi o dərəcədə sevirdilər. Anam hara getsə, orda Müşfiqdən danışırdı, hara getsə, orda Müşfiq gecəsi olurdu. Anam sevinirdi. Müşfiqi xatırlaya bilmək, Müşfiqdən danışa bilmək ona həyat eşqi verirdi. Müşfiqin 80 illik yubileyində son dəfə çıxış etdi, hamı ilə vidalaşdı. İnanırsınız, həmin gün mən anamı elə görəndə məəttəl qalmışdım. Çünki xəstə idi, vəziyyəti yaxşı deyildi. Birtəhər qoluna girib aparıb səhnədə əyləşdirmişdik. Sonra qəfildən elan etdilər ki, söz verilir Dilbər xanıma. Anam yerindən qalxıb mikrofona tərəf gedəndə gözlərimə inanmırdım. Anam elə bil, yerimirdi, uçurdu. Biz onun qolundan tutub, zorla gətirmişdik. Mikrofona yaxınlaşdı, çıxışa başladı. Dayanmadı. Danışdı, danışdı... Özü də dedi ki, bu sön sözlərimdir, Müşfiq haqqında son dəfə danışıram...
- Ananız xaraktercə necə insan idi?
- Əsl müəllim kimi. Mən onu həm anam, həm məllimim hesab edirdim. Məktəbdə işləyirdi. Qəfildən girib sinif otağına bizə dərslə bağlı nəsə izah edirdi. Müəllimlər ona icazə verirdilər. Heç vaxt ağladığını, özünə qapıldığını görməmişəm. Güclü qadın idi.
“İyirmi yanvar” hadisəsi içində gizlətdiyi qorxuları oyatdı
- Əsəb sarsıntıları keçirmişdi. Müalicədən sonra tam sağalmışdı?
- Əslində, hə, sağaldı, yaxşı idi. Amma 1988-ci ilə qədər. 90-ci il, 20 Yanvar hadisələri ona çox pis təsir etdi. Ciddi sarsıntı keçirdi. Tamamilə dəyişdi. Ruhi vəziyyəti yenidən pisləşdi. Sovet ordusu Bakıya girəndə qorxdu ki, yenə tarix təkrarlanacaq. Elə bilirdi ki, yenə həbslər olacaq. Biz ilk dəfə anamın qorxduğunu gördük, hiss etdik. İçində gizlətdiyi qorxuları, ağrıları oyanmışdı. Ondan sonra da özünə gələ bilmədi...
Ən böyük arzusu Müşfiqin ev muzeyini görmək idi
- Müşfiqin ev muzeyi məsələsiylə bağlı da danışaq.
- İnanırsınız, anamın ən böyük arzusu Müşfiqin ev muzeyinin yaradılması idi. Anam hər yerə müraciət etmişdi. Amma ev muzeyi yaradılmadı. Anam axırda dedi ki, hər şeyə nail oldum, bircə ev muzeyini görə bilmədim.
- Müşfiqin evi hazırda qalıb, ya necə?
- Sökülüb. Sovetskidə idi evi. Oranı sökdülər. Dilbərlə Müşfiq ayrı evdə, 18 nömrəli məktəbin yaxınlığında yaşayıblar. İndiki Xarici İşlər Nazirliyi tərəfdə...
- Prezident Şahbaz Şəriflə danışdı
7 iyun 2025 15:23
- Ər-arvad uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildi
7 iyun 2025 15:09
- Ana və 6 yaşlı qızı qətlə yetirildi – evə od vuruldu
7 iyun 2025 14:32
- Türkeşin qızından Baxçalıya sərt təpki: Bunu atamın üzünə deyə bilərdiniz? - FOTO
7 iyun 2025 12:42
- ABŞ-də BİRİNCİ seçilən azərbaycanlı (FOTO)
7 iyun 2025 11:51
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Azərbaycanda çoxuşaqlı ailələrdəki uşaqların dörddə birindən çox bu rayonda yaşayır – Tam siyahı
6 iyun 2025 23:28
- Ginekoloqdan SOS: DƏHŞƏT - BACI- QARDAŞ evlilikləri artır, belə getsə... - VİDEO
6 iyun 2025 21:38
- Xruşovun mühafizə rəisini öldürən qəhrəman – cinayətin motivi müəammalı qalıb
6 iyun 2025 21:03
- Türk ölkəsi Leninin 25 metrlik heykəlini gecə ilə sökdü
07 iyun 21:14
- Hörmətsizlik etməmək üçün götürdüm - Valideynlərin üzük aldığı müəllim
07 iyun 20:54
- Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
07 iyun 18:30
- Bakıda -Bulaq suyu- adı ilə satılan su krantdan doldurulur? – VİDEO
07 iyun 18:12
- Yer kürəsinin gizli arxivi tapıldı - Bütün sirlər okeanın dibində saxlanılırmış
07 iyun 17:35
- Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR
07 iyun 17:10
- Prezident Şahbaz Şəriflə danışdı
07 iyun 15:23
- Ər-arvad uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildi
07 iyun 15:09
- Ana və 6 yaşlı qızı qətlə yetirildi – evə od vuruldu
07 iyun 14:32
- Vyanada Azərbaycan və Ermənistan müxalifətçilərinin görüşü keçirildi
07 iyun 13:22
- Türkeşin qızından Baxçalıya sərt təpki: Bunu atamın üzünə deyə bilərdiniz? - FOTO
07 iyun 12:42
- Müəllim valideynlərdən zinət əşyası tələb edib?- Valideyn müəllimənin barmağına qızıl üzk taxır... - Video
07 iyun 12:22
- ABŞ-də BİRİNCİ seçilən azərbaycanlı (FOTO)
07 iyun 11:51
- 94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
07 iyun 10:59
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
07 iyun 10:44
- Qadın birdəfəyə 9 uşaq DOĞDU
07 iyun 09:53
- 3 min polis GİZLİ SƏRNİŞİN kimi avtobuslarda olacaq
07 iyun 09:34
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
07 iyun 01:43
- Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı
07 iyun 00:37
- AZARAQ Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı
07 iyun 00:24
- Azərbaycanda çoxuşaqlı ailələrdəki uşaqların dörddə birindən çox bu rayonda yaşayır – Tam siyahı
06 iyun 23:28
- Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb — Narazılıq pik həddə
06 iyun 22:32
- Telefonun enerjisini 100% doldurmaq zərərlidir – Necə olmalıdır?
06 iyun 22:16
- Ginekoloqdan SOS: DƏHŞƏT - BACI- QARDAŞ evlilikləri artır, belə getsə... - VİDEO
06 iyun 21:38
- Xruşovun mühafizə rəisini öldürən qəhrəman – cinayətin motivi müəammalı qalıb
06 iyun 21:03
- Paşinyan ilk dəfə Azərbaycan xalqını TƏBRİK ETDİ - FOTO
06 iyun 20:41
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
06 iyun 14:21
- Putin Rusiya müsəlmanlarını təbrik etdi
06 iyun 14:08
- Qurban bayramınız mübarək!
06 iyun 13:26
- Sənədsiz evlərlə bağlı proses başlayır
06 iyun 13:17