Xudayar bəy kimin babasıdır ...?
Kimlərsə İbrahimov qardaşlarına (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, "Avesta" şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim İbrahimov və ATV telekanalının keçmiş rəhbəri Sahib İbrahimov ) sataşmaq üçün sosial şəbəkədə, saytlarda tez-tez yazır ki, görkəmli yazıçı, böyük satirik Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindəki mənfi qəhrəman Xudayar bəy ibrahimovların doğma babasıdır.
Qardaşlardan biri hörmətli Hacı İbrahim Nehrəmli məsələ ilə bağlı mətbuata açıqlama verərək cidd-cəhdlə sübut etməyə çalışır, AND-AMAN edir ki, onun babası ilə bağlı deyilənlər növbəti ağ yalandır: “Mənim babamın adı Novruzəli idi, onun da atasının adı Kazım olub”.
Belə olan halda ortaya suallar çıxır.
Görəsən, Mirzə Cəlilin yaratdığı Xudayar bəy həqiqətdə kim(lər)in babası olub?
Niyə heç kim Xudayar bəyə sahib çıxmaq istəmir?
Və niyə hamı ondan cüzamlı xəstədən qaçan kimi qaçır ?
Əslində Xudayar bəy konkret şəxs deyildi. Mirzə Cəlil bu ad altında nadanlığın, CƏHALƏT-in ümumiləşdirilmiş obrazını yaratmışdı. Ona görə də bu gün Xudayar bəyin KONKRET qohumlarını, törəmələrini, nəvə-nəticələrini axtarmaq gülünc söhbətdir.
Söhbət CƏHALƏT-dən düşmüşkən, bu mövzu ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Tanınmış alimlərimiz, yazarlarımız, o cümlədən yazıçı Əkrəm Əylisli öz müsahibələrində dönə-dönə qeyd edir ki, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin dövründə cəhalət indiki ilə müqayisədə çox-çox güclü idi.
Məncə, bu fikri söyləyənlər zahiri parıltıya, kompüter əsri-filan söhbətinə söykənərək səhv nətəicəyə gəliblər. Əslində bu zahiri parıltının arxasında Axundov, Mirzə Cəlil dövründəkindən daha dəhşətli və güclü cəhalət at oynadır.
Ozamankı, yəni Xudayar bəyin təmsil etdiyi cəhalət pərakəndə və çox zəif idi, bugükü cəhalətdən fərqli olaraq mediası, telekanalı, bankı, parlamenti, topu-topxanası və digər resursları yox idi. Bugünkü cəhalətin isə nəyi yoxdur ?
Əslində ozamankı və bugünkü cəhalət müqayisə olunmazdır. Hətta dahi Mirzə Cəlil yatsaydı bugünkü cəhaləti yuxusunda da görə bilməzdi.
Ən dəhşətlisi isə bilirsiniz nədir ?
Ozamankı zəif cəhalətin qarşısında Axundov, Mirzə Cəlil kimi nəhənglər dayanırdı. Bugünkü qat-qat güclü və amansız cəhalətin qarşısına çıxmağa isə cəsarət edən yoxdur. Ən böyük problem budur.
Digər tərəfdən binəva Xudayarın nəyi var idi?
Onun günahı, suçu, cinayəti nə idi ?
Xudayar bəyin ən böyük günahı Məməmmədhəsən kişinin eşşəyinin dalına keçməyi idi.
Bu günkü xudayarlar nələrin dalına keçməyiblər ?
Hansı daha dəhşətlidir: bir eşşəyin dalına keçmək, yoxsa millətin ..?
Yazıq Xudayarın bir günahı da dul arvad olan Zeynəbi xoşluqla, Allahın izni, mollanın xeyir-duası ilə özünə
halal-hümbət arvad etmək istəyi idi.
Bəs bugünkü xudayarlar zeynəblərin başına hansı zülmləri açmır?
Təkcə bir misalla kifayətlənəcəm.
Son günlər bütün ölkə şahiddir ki, Gəncə boyda şəhərin rəhbərlərindən biri olan 58 yaşlı Məharət Mustafayev səlahiyyətlərindən sui istifadə edərək 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünə məşuqə etmək üçün onu ölüm həddinə çatdırır.
İndi özünüz deyin: Xudayar dəhşətli idi, yoxsa Gəncənin meri ?
Yazıq Xudayarın bir günahı da bugünkü dillə desək, “legitim kəndxuda” olmaması idi.
Ozamankı cəhalətlə bügünkünü müqayisə etmək üçün gəlin Mirzə Cəliin özünə istinad edək. Mirzə Cəlil yazırdı ki, Xudayar bəy özgә kəndxudalar kimi katda olmayıbdı: “ Axır, adәt bu сürdü ki, kəndxudanı CAMAAT SEÇƏR. Amma Xudayar bәyi camaat seçməmişdi”.
Yəni Xudayarın günahı o idi ki, balaca bir kəndin camaatı onu demokratik yolla kəndxuda seçməmişdi.
Bəs XXI əsrdə vəziyyət necədir ?
Cəhalət parlamentə qədər gedib çıxıb.
Bugünkü cəhalətin parlament təmsilçisi olan, xalqın “sevib-seçdiyi” professor-ziyalı-deputat Astan Şahverdiyev millətə “otxod” deyir ?
Hansı daha qorxulu və iyrəncdir: legitim olmayan Xudayar, yoxsa demokratik yolla seçilmiş alim deputat Astan Şahverdiyev?
Mən müəyyən nüansları nəzərə alaraq çox dərinliklərə getmək istəmirəm. Məgər Xudayar bəy general Eldar Mahmudovdan, Çovdarovdan dəhşətli idi?
Ona görə də gəlin Xudayardan xortdan düzəltməyək, ondan imtina etməyək. Və nəzərə alaq ki, əslində Xudayar hamımızın babasıdır. Onun adı Kazım da, Novruzəli də, Ziya da, Kamal da, Eldar da ola bilər.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 2026 13:01
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
15 aprel 21:17
- Türkiyədə məktəbdə qətliam törədən yeniyetmənin FOTOSU YAYILDI
15 aprel 21:04
- Rusiya AZAL təyyarəsininə görə kompensasiya ödəyəcək - Razılığa gəlindi
15 aprel 19:16
- Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?
15 aprel 15:25
- Leninin şüşə tabutuna hücum edən tələbə saxlanıldı
15 aprel 12:23
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 11:59
- Tramp: İran münaqişəsi sona yaxınlaşır
15 aprel 11:48
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 10:54
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
