25 İL ÖNCƏ ...
Müasir Azərbaycanın 21 illik quruculuq salnaməsi ümummilli lider Heydər Əliyevin Siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Onun rəhbərliyi sayəsində misli görünməmiş uğurlar əldə edib. İlham Əliyev hələ gənc yaşlarından Heydər Əliyev məktəbini keçən peşəkar kadr kimi özünü təsdiq etmiş, dövlətçilik irsinə yiyələnmişdi.
Yaxşı yadımdadır, 1998-ci ildə ölkədə gedən fəal siyasi müzakirələrdə Heydər Əliyevdən sonra hakimiyyətə kimin gələcəyi barədə qızğın müzakirələr gedirdi, müxalifət cəbhəsi, Müsavat və AXCP ulu öndərdən sonra iqtidarda olacaqlarını düşünürdülər. Onlar ictimaiyyət arasında belə bir təşviqat aparırdılar ki, hakimiyyətə gəlsələr Qarabağ problemini həll edəcəklər. Halbuki hər kəs yaxşı bilirdi ki, vaxtilə Heydər Əliyevin Bakıya dönüşünün qarşısını alan bu milli xainlərin vəzifə davası və xəyanəti nəticəsində torpaqlarımız işğal olunmuşdu.
Həmin illərdə mən bu prosesləri diqqətlə izləyərək İlham Əliyevin yetkin siyasi lider kimi yetişdiyini və aktiv siyasi səhnəyə iddialı şəxs olduğu qənaətində idim. Həmin dövrdə İlham Əliyev Dövlət Neft Şirkətinin I vitse-prezidenti vəzisəsində çalışırdı, Milli Məclisinə deputatı idi, gördüyü işlərlə xalq arasında böyük nüfuz qazanmışdı. Ona görə də, Əliyevlər ailəsinin İlham övladının Xalqın övladı etimadı qazanmağına heç bir şübhəm yox idi.
O dövrdə İlham Əliyev həm də dünyada tanınmış siyasətçi, nüfuzlu ictimai xadim kimi qəbul edilirdi. Avropa və ABŞ-da nüfuzlu siyasətçilər Onun qeyri-adi siyasi fəhmi və dəmir məntiqinə heyranlığını gizlətmirdilər.
Ona görə də İlham Əliyevin addım-addım ali dövlət kürsüsünə yaxınlaşdığını düşünürdüm və bu siyasi qeydlərimi 1999-cu ildə qələmə aldığım “O Böyük Siyasətə hazırdır” kitabında əks etdirdim. Kitab cəmiyyətimizdə böyük rezonans doğurdu, kitab ukrain, gürcü, latış dillərinə tərcümə edilərək həmin ölkələrdə dövlət səviyyəsində təqdimatı keçirildi.
Mən böyük fəxr və qürur duyuram ki, Prezident haqqında yazılmış ilk kitabın müəllifiyəm.
.jpg)
2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbə qazanması vaxtilə mənim düşüncələrimin nə qədər əsaslı olduğunu təsdiqlədi. Sonrakı illərdə Prezident İlham Əliyevin dərin zəka və müdrik siyasi xadim, planetar təffəkkürlü liderə çevrilməsini nəzərə alaraq yeni kitablarımı - “Sülh və Sabitlik Prezidenti”, “Planetar təfəkkürlü lider” adlı nəşrləri ərsəyə gətirdim. Həmin kitablar da da başqa xalqların dilinə tərcümə olunub.
Tarix göstərdi ki, Prezident İlham Əliyev Böyük Siyasət ustadıdır, planetar miqyaslı dövlət xadimidir. O, ali siyasi kürsüdə Ermənistanın havadaraları, erməni lobbisi və ermənipərəst dövlətlərin təzyiq və təhdidlərinə, beynəlxalq ədalətsizliyə qarşı təkbaşına mübarizə apararaq BMT-nin qətnamələrini öz Gücü ilə yerinə yetirən yeganə şəxsiyyətdir. Dünya dövlətlərini Onunla hesablaşmağa məcbur edən qətiyyətli siyasət nəhəngidir.
Prezident İlham Əliyev Xilaskardır. 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığı tarixi Zəfərlə son 200 illik tariximizdə itirdiyimiz torpaqlarımızı geri qaytaran, ərazi bütövlüymüzü təmin edən Qəhrəman Komandandır.
O, ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva ilə çiyin-çiyinə Qarabağ və Şərqi-Zəngəzuru yenidən qurur, sakinləri öz doğma yurdalarına qovuşdurur.
Bir qərbi azərbaycanlı kimi inanıram ki, İlham Əliyev mənim kimi yüz minlərlə Qərbi Azərbaycan sakinin də arzusuna qovuşduracaq.
Sonda qarşıdan gələn əlamətdar Gün - Ad Günü münasibətilə Prezidenti səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırır, ailə üzvləri ilə birlikdə xoşbəx həyat və yeni müvəfəqiyyətlər arzulayıram.
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 2025 23:18
- Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
23 iyun 2025 08:19
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- Qəzadan öncə qaydaları pozub başqa oturacağa keçmişdim
28 dekabr 2024 13:06
- 106 İL ÖNCƏ BU GÜN ...
7 dekabr 2024 16:03
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- 33 il öncə 19 avqustda... QİYAM BAŞ TUTSAYDI...Qorbaçovu..
19 avqust 2024 09:42
- 150 il öncə İran şahı Rusiya və Qafqaza belə baxırmış
15 iyul 2024 23:32
- Yatmazdan öncə balqabaq tumu yeməyin 15 faydası
8 iyul 2024 00:58
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
1 iyul 2024 12:48
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
