20 Yanvar - Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini daha da gücləndirdi
Cəmiyyət19 yanvar 2025 17:15

20 Yanvar-Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini daha da gücləndirdi
Xalqların tarixində elə hadisələr olur ki,onun həm ruhunda,qan yaddaşında silinməz izlər buraxır,həm də qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsinə çevrilir.Belə hadisələrdən biri-Azərbaycan xalqının yaddaşına,tariximizə Qanlı Yanvar faciəsi kimi həkk olunmuş 1990-cı il 20 Yanvar hadisələridir.Sovet imperiya sisteminin totalitar mahiyyətinin qanlı nümunəsi kimi əsl simasını bütün dünyaya nümayiş etdirən,qoca,qadın,uşaqlar daxil mülki əhalini hədəf alan, xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə müşayiət edilən təcavüzkarlıq aksiyası olan o müdhiş hadisələrdən-20 Yanvar qətlamından 35 il keçir.
20 yanvar qətlamı-xalqımızın Qarabağ uğrunda və milli azadlıq mübarizəsini boğmaq, xalqı qorxutmaq,mübarizədən çəkindirmək məqsədi daşıyırdı.Amma sovet rejiminin Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmağa hesablanmış bu cinaytkar əməli tamamilə əks effekt-bumeranq effekti verdi…20 Yanvar faciəsi ,Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, xalqımızı bir yerə toparladı,birləşdirdi,bir gecənin ərzində xeyli BÖYÜTDÜ,öz tarixi mübarizə ənənələrinə sadiqliyinin nümayişi kimi, milli azadlıq və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 20 Yanvar qətlamı Azərbaycanda sovet sisteminə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi. 20 Yanvar qətlamı və ondan döğan müqavimət hərəkatı sovet sisteminin gözlənildiyindən daha tez dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri qanlı hadisələrdən daha çox sürətləndirdi.20 Yanvar hadisələrinin və onun əks təsirinin tarixi bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşatmağa qadir xalqı müstəqillik yolini bir qədər ləngitmək mümkün olsa da, ümumilikdə müstəqillik uğrunda mübarizədən tam yayındırmaq,onu qorxutmaq,susdurmaq,dayandırmaq mümkünsüzdür.
Hər il olduğu kimi bu il də 20 Yanvar-qan yaddaşımızın təzələndiyi gün, hüzn günü kimi qeyd olunur,şəhidlərimizin əziz xatirəsini yad edirik. Amma 20 Yanvar tariximizdə təkcə hüzn günü deyil,Azərbaycan xalqının istiqlal yolunun bir zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı,milli birliyin vəhdəti günüdür.Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında xalqımız azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Zaman-zaman Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, Ermənistanın öz havadarlarının dəstəyi ilə torpaqlarımızın 30 ilə yaxın işğalına,böyük insan itkilərinə,dağıntılara,humanitar fəlakətlərə məruz qalmasına baxmayaraq, 2020-ci ilin 27 sentyabrdan başlanan və Azərbaycan xalqının tarixinə şanlı ZƏFƏR SƏLNAMƏSİ kimi yazılan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrının 19/20-də 23 saata yekunlaşan anti-terror əməliyyatı ilə Azərbaycanın bütün ərazilərində süverenliyimizi bərpa edə bildi.Həmin gündən başlayaraq biz artıq VƏTƏN uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bütün ərazilərilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqla şad edirik.
Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfər təşkil etsə də, dünyada sayı 50 milyonu aşan böyük xalq kimi milli həmrəylıyımızi postmüharibə mərhələsində də qoruyub saxlamalı,daha yüksək keyfiyyət halına gəturməliyik ki,yaşamağa başladığımız yeni mərhələnin çağırşlarını nəzərə almaq və hədəflərinə də nail olmaqla müharibədən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxdığımızı davamlı olaraq dünyaya nümayiş etdirək,süverenliyimizi bərpa etməyimizi həzm edə bilməyənlərin getdikcə artan təzyiqlərini dəf edə,eyni zamanda həm də öz potensialımza layiq davamlı,inklüziv və dayanıqlı inkişaf yolu ilə müstəqiliyimizi Azərbaycan əhalisinin bütün təbəqələrinin rifahı ilə tamamlanması kimi çox şərəfli bir vəzifəni optimaq müddətdə gerçəkləşdirə bilək.
Allah 20 yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu daim şad olsun!!!
Əli Məsimli
Milli Məclisin deputatı
Oxşar xəbərlər
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
5 iyul 2025 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
5 iyul 2025 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
5 iyul 2025 09:59
- Bu gün Aşuradır
5 iyul 2025 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
5 iyul 2025 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
5 iyul 2025 00:58
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
4 iyul 2025 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
Xəbər lenti
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
Video & Fotoqalereya
Video
Fotoqalereya