Məhkəməyə təqdim olunan saxta sənəd
2005-ci ildə ərazidə nəinki məktəb, heç bir tikili olmayıb
Məktəbin satılan əvvəlki yolu





Qalmaqallı məktəblə bağlı yeni faktlar - Direktor sənədləri saxtalaşdırıb - FOTO+VİDEO
Hadisə3 iyun 2025 20:07
Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbi ilə bağlı yeni faktlar aşkarlanıb.
Bu barədə Bakupost.az -a məktəb rəhbərliyindən Səbail Rayon Məhkəməsinə şikayət edən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M. Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan Zəminə Zahirova bildirib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin qeyri-qanuni fəaliyyət göstərdiyini etiraf edib. Belə ki, idarə müdiri məktəbdən şikayət edən sakinləri qəbul edərkən, Laçın qaçqın məktəbinin açılması ilə bağlı müvafiq rəsmi sənədlərin olmadığını etiraf edib.
Z. Zahirova bununla bağlı görüntüləri də redaksiyamıza təqdim edib.
Şikayətçinin sözlərinə görə, digər önəmli məqam adı çəkilən məktəbin direktoru Piyalə Xudayarovanın məhkəməyə məktəblə bağlı saxta sənədlər təqdim etməsidir.
"Bu, Cinayət Məcəlləsinin 294-cü maddəsi (Sübutları saxtalaşdırma) ilə cinayət əməli sayılır. Həmin maddədə deyilir ki, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılmasına görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."
Z. Zahirovanın dediyinə görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdirinin məktəbin sənədlərinin olmadığı etiraf etməsinə rəğmən, məktəb direktoru saxta sənəd düzəltdirməkdən çəkinməyib və məhkəməni aldatmağa çalışıb:
"Məhkəmənin hazırlıq iclasında hakim Piyalə Xudayarovanın vəkilinə sənədin saxta olması barədə sual verdi. Vəkil bu məsələdən xəbərsiz olduğunu bildirdi. Deməli, bu məktəb illərlə qanunsuz tikilidə, gizlin fəaliyyət göstərib. Məsələ böyüyəndə məlum olub ki, dövlət qurumları tərəfindən məktəblə bağlı hər hansı icazə və razılaşma sənədləri yoxdur. Bu faktı Fuad Bədəlov özü də sizə təqdim etdiyim videoda etiraf edib. İş məhkəməyə gedəndə direktor Piyalə xanım saxta sənədi – 21.04.2005-ci ilə aid sxemi həm məhkəməyə, həm də Şərqi Zəngəzur Təhsil İdarəsinə göndərib.
Məhkəməyə təqdim olunan saxta sənədArdınca idarə bu saxta sənədə əsaslanıb məhkəməyə qabaqcadan düzgün olmayan məlumat göndərib. Elm və Təhsil Nazirliyindən bu günə qədər bir adam gəlib məktəbi yoxlamayıb ki, bu məktəb harada yerləşir, təhlükəsizliyi necə qorunur, təxliyyə çıxışı, yanğınsöndürmə sistemi, həkimi var, ya yox. Orada tədris yox, yalnız maddi maraq güdülür. Bu məktəbi kim qoruyur? Direktor kimin himayədarlığı ilə bu günə qədər qanunsuz tikilidə oturub? Məhkəməyə saxta sənəd təqdim edən direktorun fəaliyyəti necə düz ola bilər? Direktorun bu tikilidən başqa yaxınlıqda 2 evi var. Özünə bu qanunsuz tikili vasitəsilə biznes qurub."
2005-ci ildə ərazidə nəinki məktəb, heç bir tikili olmayıbZ. Zahirova qeyd edib ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər:

"Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru öz qanunsuz əməllərini ört-basdır etmək üçün gah saxta sənəd düzəldir, gah da şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqın məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhidin adını daşıdığını bildirir. Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Belə bir qərar, sərəncam varsa, qoy ortaya çıxarsınlar."
Məktəbin satılan əvvəlki yoluQeyd edək ki, iki ilə yaxındır ki, məktəb rəhbərliyi ilə sakinlər arasında qarşıdurma davam edir. Buna səbəb məktəbin yeganə yolunun satılması və yerində obyekt tikilməsidir. Belə ki, bundan sonra məktəb rəhbərliyi sakinlərdən onların həyətindən keçib məktəbə gedib-gəlmələrinə şərait yaratmalarını istəyib. Sakinlər də humanizm naminə direktorun bu xahişini yerinə yetiriblər. Ancaq bir müddət sonra direktor və müəllimlər məktəbə avtomobilləri ilə gedib-gəlməyə başlayıblar. Dar həyətdən avtomobil yolu kimi istifadə edilməsi sakinlərin narazılığına səbəb olub. Bu azmış kimi, məktəbin darvazasının Z. Zahirovanın evinə bərkidilməsi narazılığı daha da artırıb.
Məsələ ilə bağlı sakinlər Səbail Rayon Məhkəməsinə müraciət ediblər. İşə iyunun 5-də baxılacaq. Şikayətçi Z.Zahirova Bakupost.az-a müraciətində məktəbin direktoru Piyalə Xudayarovanın ona hədə-qorxu gəldiyini də bildirib:

"Deyir ki, sənin evini sökdürüb məktəb üçün həyətyanı sahə edərəm. Bilmirəm, arxasında kimlər dayanıb. İki ildir ki, mənim rahatlığım yoxdur. Həm də məktəb bir daşla tikilib, özü də uçurumun kənarındadır. Məktəbdən çox evə oxşayır. Heç bir tərəfdən ora yol yoxdur. Yeganə yol bizim həyətimizdən keçir."
Zaur, BakuPost









Oxşar xəbərlər
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 2026 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 2026 17:30
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 2026 20:03
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 2026 14:18
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Tramp: İranı bir gündə silərəm
12 aprel 2026 23:05
Xəbər lenti
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
