Xocalı soyqırımından 33 il ötür

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.
Musavat.com xəbər verir ki, soyqırımdan 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda onların məhkəməsində Xocalı faicəsi cinayət epizodlarından biri kimi qeyd olunub.
Həmçinin 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarlar icra olunmaqdadır. Bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə köçürülən ailələrin sayı 112-yə (562 nəfərə) çatıb.
Prezidenti İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində sakinlərlə görüşərkən deyib ki, Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi: “İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.
İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir.
Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir”.
Onu da qeyd edək ki, dövlət başçısı bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı sərəncam verib. Sərəncam Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 18,3 milyon manatı Mədəniyyət Nazirliyinə ayrılıb.
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 2025 11:02
- Azərbaycanda doğum səviyyəsi hansı rayonda nə qədərdir? – Tam siyahı
19 may 2025 23:16
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 2025 21:08
- İcra başçısı reklam və aqlay biznesinə başlayıb… – ŞİKAYƏT
17 mart 2025 21:14
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
9 mart 2025 10:54
- SSRİ-nin kosmosda həlak olan ilk kosmonavtı kim olub? –FOTO
01 iyun 16:56
- Tarix elmləri namizədi olan Prezident –İLHAM ƏLİYEV HANSI MÖVZUDA ELMİ İŞ MÜDAFİƏ EDİB?
01 iyun 16:02
- Səddam Hüseynin yunan məşuqəsi nə yazıb? –VİAQRA atan, ət yeməyini və Xaç atasını sevən Diktator
01 iyun 15:07
- 37 il əvvəl Heydər Əliyev Vəzirova Qarabağla bağlı nə deyib? –İstefada olan Əliyev Kremlə nə üçün gəlib?
01 iyun 14:14
- Putin Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib
01 iyun 13:10
- Flora Kərimova uzun müddət sonra - FOTOlLAR
01 iyun 12:52
- -Dünya gözəli- o seçildi - Fotolar
01 iyun 11:21
- Bu gün məhkum valideynlər həbsxanada uşaqları ilə görüşüb
01 iyun 10:38
- Azərbaycanda dəhşət: Əsir kimi saxlayıb zorla işlətdi
01 iyun 10:10
- Qaraciyəri təmizləyən, xərçəngi məhv edən MÖCÜZƏVİ QARIŞIM
01 iyun 09:06
- Bakıda FİNAL HƏYƏCANI: bu gün millimiz dünya çempionu ola bilər
01 iyun 08:56
- Yay aylarında maksimum ayaqyalın gəzin - Faydaları...
01 iyun 08:21
- Rusiyada faciə – körpü sərnişin qatarının üzərinə çökdü: Çoxsaylı ölü və yaralı var
01 iyun 08:05
- Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?
01 iyun 01:38
- Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 00:55
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
01 iyun 00:46
- Prezidentdən uşaqlarla bağlı PAYLAŞIM - FOTO
01 iyun 00:07
- 13 yaşlı qızla münasibətdə oldu – 6 aylıq həbs edildi
31 may 23:39
- Ukraynada DƏHŞƏT: İzdihamın üzərinə qumbara atıb QAÇDI
31 may 22:26
- General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
31 may 20:37
- Hər gün təxminən 14 min, hər il 5,5 milyon insan siqaretlə əlaqəli xəstəliklərdən ölür.
31 may 19:46
- 2020-ci ildən - Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
31 may 17:43
- Rəsul Rzanın ev-muzeyinin açılışı oldu
31 may 16:51
- Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?
31 may 16:30
- SSRİ-dən qalma bütün məmurlar və onların uşaqları dərhal hakimiyyət orqanlarından kənarlaşdırılmalıdır
31 may 15:26
- Qardaş qazaxların faciəsi – Stalin qırıb azaltdığı xalqın sayına görə daha bir qrup qazaxı güllələdib
31 may 13:43
- Bakcell YAŞAT Fondunun -Hədiyyə Karvanı- layihəsinə qoşuldu - Fotolar
31 may 13:25
- İmişlidə SSRİ bayrağı ilə çıxış edən Saleh Səmədov həbs edildi
31 may 12:30
- Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı
31 may 10:26
- Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı (FOTO)
31 may 09:21