Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO

"MTN işi" üzrə zərərçəkmiş, vaxtilə məşhur iş adamı olmuş İbrahim Zeynalov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, İbrahim Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində, 76 yaşında dünyasını dəyişib.
O, respublikanın tanınmış iş adamlarından biri olub. İbrahim Zeynalovun yolu Eldar Mahmudovun baş istintaqçısı Mövlam Şıxəliyevlə kəsişəndən sonra müflis olmuşdu. O dərəcədə ağır maddi durumda idi ki, dəbdəbəli imarətlərini satıb vaqonda yaşayırdı!
*
O, Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə 36 zərərçəkəndən biri idi. MTN zindanına salınandan sonra ondan 8 milyon dollar pul alınmışdı.
Həbsinə qədər zavod, fabrik, sexlərin və bir çox varidatın sahibi olan İbrahim Zeynalovla bu sözlərin müəllifi 2022-ci ildə bəlkə də Allahın da unutduğu, yolu-izi itmiş bir kəndin kənarında, yaşadığı vaqonda görüşüb onun başına gələnləri dinləmişdi.
Həmin müsahibədən sitat:
"İbrahim Zeynalov deyir ki, Eldar Mahmudovun bandası ilə üz-üzə gələndən sonra həyatı zəhərə dönüb. Övladlarını, həyat yoldaşını itirib. Ümidini isə itirmir.
Neftçalanın mərkəzindən 2-3 kilometr aralıda yerləşən Kürkənd kəndindəki vaqonda ona qarşı cinayət törədənlərin cəzalandırılacağı günü gözləyir".
*
“2008-ci ilin 19 dekabrı idi. Evimə gəldilər, məni MTN-ə apardılar. Bir də oradan 7 ay 17 gün sonra çıxdım. Məni MTN-ə aparmazdan ay yarım əvvəl o zaman deputat olan Ziyad Səmədzadə ilə bir söhbətimiz olmuşdu.
Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişdik, dostluq eləyirdik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Yadıma düşmüşkən, bunu da deyim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov, onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Dedi ki, kitabı Almaniyada çap etdirəcək. O zaman Əhməd Mahmudovun kim olduğunu bilmirdim. Sadəcə, Ziyad istəmişdi deyə, o pulu vermişdim. Bir müddət sonra gəldi, mənə kitabı və kitabın təqdimatına dəvətnaməni verdi. Sözün düzü, işim başımdan aşırdı, kitabın təqdimatına gedə bilmədim.
Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən Almaniyadan xalça toxuyan makinanı sifariş edəndən sonra bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə də dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər.
Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim.
Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyuna açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər!" -deyə İbrahim Zeynalov bildirmişdi.
İbrahim Zeynalov demişdi ki, onu MTN-ə aparandan sonra bir qadın üzünə durub:
"Həmin qadına dedirtdilər ki, guya mən ondan 1250 manat rüşvət almışam. Həmin vaxt formal olaraq Prezident Administrasiyasının təsərrüfatlarından birinin rəhbəri idim. Mənim bu vəzifəyə heç ehtiyacım yox idi. Oranı mənə sırf ayağa qaldırmaq, təsərrüfatı bərpa etmək üçün vermişdilər. İş adamı idim, zavodum, fabrikim, sexlərim və başqa bizneslərim vardı. Bu qadın da iddia eləyirdi ki, guya ondan 1250 manat rüşvət almışam. Mövlam Şıxəliyev, Yasin Məmmədovgil o qadını mənim üzümə dayandırmışdılar. 7 ay 17 gün məni o şər ittihamla həbsdə saxladılar. Mövlam Şıxəliyev məndən 10 milyon dollar pul istəyirdi. Yasin Məmmədov deyirdi ki, pulu verməsən səni “kars”a salacağıq. Heç o zaman “kars”ın nə olduğunu bilmirdim. Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədələyiblər. Mən orada olanda Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25 min dollar vermişəm. Evimdə axtarış aparanda həmin o kitabı və kitabın təqdimatına dəvətnaməni də götürmüşdülər. Özlərini elə apardılar ki, guya heç bunu bilmirlər. Mən həbsdə olanda uşaqlarım zavodu da, həmin o xalça fabrikini də, sexləri də, evlərini də, maşınlarını da, qızıl-zinət əşyalarını da, bağlarını da, bir sözlə, nə var idisə, hamısını satıb pulunu yığıb Eldar Mahmudovun cinayətkar quldur dəstəsinin tələb etdikləri 10 milyondan 8 milyon dolları verdilər.
Bunlar pulu alandan sonra bir həkim çağırdılar, o da yazdı ki, MTN-dən bu gün buraxılmasam, guya öləcəyəm. Beləcə, 2 avqust 2009-cu ildə məni azad etdilər. Amma yenə də əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Yasin torpağı 3 qadının adına keçirdi. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsədlə baxmışıq.
Düz deyirdi. Biznesimdən əldə etdiym gəlirlərlə yaxşı maşınlar alıb sürürdüm. Məni MTN-ə aparanda maşınımı da aparmışdlar. Maşından Dubaydan 7 min dollara aldığım təsbehi, 888 nömrə nişanını da oğurlamışdılar. O zaman mənim bağ evim olanda, Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Oğlu da məni o zamandan tanıyırmış. Torpağı Yasinlə ölçüb-biçib öz aralarında böldülər. Mövlamın oğlu Elgün badam ağaclarının altında oturub badamdan sındırb yeyir, mənim maşınlarımdan ağızdolusu danışırdı. O torpağı da onlara təhvil verdim. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi. Mən həbsdən çıxandan sonra 1 evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram".
İbrahim Zeynalov Mövlam Şıxəliyev və Yasin Məmmədovla bağlı istəyini də dilə gətirmişdi:
"Allahın bu gününə şükür eləyirəm. Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi".
*
İbrahim Zeynalovdan Ziyad Səmədzadə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib-etməməsini də xəbər almışdım.
Cavabı qısa olmuşdu: “74 yaşa çatmışam, həyatın hər üzünü görmüşəm. Bu günə qədər kəsdiyim çörəyə naxələf çıxmadım, yalan danışmadım. Bundan sonra da dəyişən deyiləm...”
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
- Sən bağlayan pəncərənin....- Vaqif Bayatlı Odər - 77 İL
2 oktyabr 2025 18:23
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
2 oktyabr 2025 17:54
- İlham Əliyev Paşinyanla görüşdü - Video
2 oktyabr 2025 11:20
- Prezident Maya Sandu ilə görüşdü (FOTO)
2 oktyabr 2025 09:50
- Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA
2 oktyabr 2025 02:40
- İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak etdi - Fotolar
2 oktyabr 2025 00:41
- Narkoloji Mərkəzin direktoru NARKOMANLARDAN RÜŞVƏT ALIB - 10 il həbs
1 oktyabr 2025 13:22
- Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
1 oktyabr 2025 13:12
- Satışda olan balıqlarla bağlı qorxunc iddia: İnsan NƏCİSİ İLƏ QİDALANDIRILIR
30 sentyabr 2025 14:11
- Ərdoğan mənim dostumdur, bir neçə gün əvvəl onunla...- Tramp
30 sentyabr 2025 14:01
- Sən bağlayan pəncərənin....- Vaqif Bayatlı Odər - 77 İL
02 oktyabr 18:17
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
02 oktyabr 17:54
- Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər...
02 oktyabr 13:42
- Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərlədilər
02 oktyabr 11:49
- İlham Əliyev Paşinyanla görüşdü - Video
02 oktyabr 11:20
- Axundovanın -sağ əli- olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
02 oktyabr 10:27
- SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
02 oktyabr 10:19
- Prezident Maya Sandu ilə görüşdü (FOTO)
02 oktyabr 09:50
- Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA
02 oktyabr 02:40
- İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak etdi - Fotolar
02 oktyabr 00:41
- Millət vəkili Əli Məsimli Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirmişdir
01 oktyabr 23:02
- Prezident və birinci xanım Danimarkaya səfərə getdi (FOTO)
01 oktyabr 22:40
- Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
01 oktyabr 22:29
- Şəhriyar Məmmədyarov DÜNYADA ÖN SIRADA - SİYAHI
01 oktyabr 14:25
- Nazirlər hansı universitetləri BİTİRİB?
01 oktyabr 14:06
- Narkoloji Mərkəzin direktoru NARKOMANLARDAN RÜŞVƏT ALIB - 10 il həbs
01 oktyabr 13:22
- Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
01 oktyabr 13:12
- Azərbaycanda 3 min yazıçı-şair var
01 oktyabr 12:34
- Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır - Prezident
01 oktyabr 11:34
- AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır - Ramiz Mehdiyev
01 oktyabr 11:02
- ABŞ ordusunda uzun SAÇ, SAQQAL və BIĞ qadağan edildi
01 oktyabr 00:56
- İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı - Sərəncam
30 sentyabr 21:27
- Yeni GENERAL Anar İsmayılov kimdir?
30 sentyabr 21:00
- Prezidentlər mətbuata açıqlamalar verdilər
30 sentyabr 20:41
- İtaliya Prezidenti Azərbaycandadır - Fotolar
30 sentyabr 16:09
- NAR sağlam həyat tərzinə töhfə üçün boks təlimlərinə dəstək olur - Fotolar
30 sentyabr 16:03
- Rəsmilər Cabir İmanovla vida mərasimində - Fotolar
30 sentyabr 14:29
- Satışda olan balıqlarla bağlı qorxunc iddia: İnsan NƏCİSİ İLƏ QİDALANDIRILIR
30 sentyabr 14:11
- Ərdoğan mənim dostumdur, bir neçə gün əvvəl onunla...- Tramp
30 sentyabr 14:01
- Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? -VİDEO- NADİR GÖRÜNTÜLƏR
30 sentyabr 12:35