Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək! - ŞOK QƏRAR

Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Musavat.com xəbər verir ki, məhkəmə Orxan İsmayılzadənin azyaşlı Nil Abbasovanın atası olması, hər ay övladına 500 manat aliment ödəməsi barədə Sabunçu Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Dərhal qüvvəyə minən qərara görə, Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməli, Nil Abbasovanın şəxsiyyət vəsiqəsində, atasının adı qrafasında “Orxan” yazılmalıdır!
Apellyasiya prosesi zamanı Orxan İsmayılzadənin işə qoşduğu 3 vəkil də məhkəmənin obyektiv qərar verməsinə təsir edə bilməyib.
Fidan Abbasova uzun müddətdir ki, övladının hüquqlarının bərpası üçün məhkəmələrdə mübarizə aparır.
Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Orxan İsmayılzadənin bioloji qohumluğun təyini üçün atalıq testindən keçməsi tələb olunub, lakin o, dəfələrlə bu ekspertizadan yayınaraq məhkəmə proseslərini uzatmağa çalışıb. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi və Xətai Rayon Məhkəməsi də ekspertizanın keçirilməsi barədə qərarlar çıxarıb, amma Orxan İsmayılzadə ekspertizalara qatılmayıb.
Fidan Abbasova hesab edirdi ki, bu addımlar məhkəmənin uzadılmasına xidmət edir və ölkə rəhbərliyindən qızının hüquqlarının müdafiəsinə dəstək verməyi xahiş etmişdi.
“Qarşı tərəfin pul və əlaqələri var, amma mənim övladımın haqqı tapdanmamalıdır. Övladımın hüquqları üçün ən kəskin addımlardan belə çəkinməyəcəyəm”, - deyə Fidan Abbasova bildirmişdi.
Qanuna görə, atalıq testi bioloji qohumluğun müəyyən edilməsi üçün yeganə və elmi əsaslı üsul kimi tanınır. Genetik məlumatın analizi vasitəsilə uşaqla atasının gen bölgələrinin uyğunluğu müəyyən edilir və bu, 99.99% dəqiqliklə bioloji ata olma faktını təsdiqləyir.
Azərbaycanda məhkəmə sistemi də bu ekspertizanın nəticələrinə əsaslanaraq qərar verir.
Fidan Abbasovanın sözlərinə görə, Orxan İsmayılzadənin təyin olunmuş ekspertizalarda iştirak etməməsi özü də bioloji ata olduğunu dolayısı ilə təsdiqləyir. Bu da qanunvericiliyə uyğun olaraq onun ekspertizanın nəticələrini qəbul etdiyini göstərir.
Xatırladaq ki, 2012-ci ildən 2016-cı ilə qədər faktiki nikahda yaşayan tərəflər 2015-ci ildə Nil adlı qız övladı dünyaya gətiriblər. Lakin Orxan İsmayılzadə həm rəsmi nikaha girməyib, həm də uşağın atası olduğunu qəbul etməyib. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə Orxan İsmayılzadənin aliment ödəməməsi səbəbindən onun əmlakına və ölkədən çıxışına məhdudiyyətlər qoyulub, barəsində axtarış elan olunub.
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
5 sentyabr 2025 11:48
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
5 sentyabr 2025 00:25
- Prezident səfiri geri çağırdı
4 sentyabr 2025 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
4 sentyabr 2025 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22