Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
Siyasət1 may 2024 11:45
Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə çıxış edib.
10.08 Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Oxşar xəbərlər
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 2024 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 2024 16:30
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 2024 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 2024 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 2024 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 2024 16:14
- Prezident müraciət ünvanladı
30 may 2024 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 2024 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 2024 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 2024 16:02
Xəbər lenti
- Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...
31 may 16:41
- Prezident icra başçısını işdən çıxardı
31 may 16:30
- Elxan Nəcəfov nazir oldu
31 may 12:38
- Doğuşda öldüyü deyilən uşaqları 33 il sonra qarşılarına çıxdı - Fotolar
31 may 10:51
- Lalə Şövkət deputatlığa namizəd olacaq? - Oğlu danışdı
30 may 20:08
- Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
30 may 17:34
- Milli Xalça Muzeyinə direktor təyin olundu
30 may 16:29
- Lalə Şövkət siyasətə qayıdır? - Yeni hərəkat yaradıldı
30 may 16:14
- Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
30 may 11:50
- Prezident müraciət ünvanladı
30 may 11:40
- NAR-ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
30 may 09:49
- Onlara Qarabağ Universitetində vəzifə verildi (SİYAHI)
29 may 18:56
- Əvəz Ələkbərovun oğluna vəzifə verilib
29 may 16:02
- General-mayor ehtiyata buraxıldı
29 may 14:17
- Barəsində açıq cinayət işi olan Gündüz Əliyev xarici ölkəyə necə gedib-gəlir? - MÜƏMMA
29 may 14:13
- Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
29 may 11:11
- Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
28 may 16:46
- Mustafa Abbasbəyli işdən çıxdı - Yeni vəzifəyə getdi
28 may 16:35
- Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi (FOTO)
28 may 12:55
- Prezident Ağdamda dörd kəndin təməlini qoydu
28 may 12:49
- Azərbaycanda Müstəqillik Günü qeyd olunur
28 may 11:05
- Hərbçimiz su kanalında boğuldu
27 may 16:44
- Eminlə Alyona 2-ci dəfə evləndi
27 may 16:28
- “Müharibə veteranlarına verilən 80 manatı qaldırın
27 may 16:13
- Leyla Əliyeva Berlin zooparkında - Fotolar
27 may 12:09
- Putin Özbəkistanda - Görüntülər
27 may 08:30
- İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir (YENİLƏNİB)
26 may 18:44
- 13 yaşında ilk ixtirasını edən, 22 yaşında isə "Google"da mühəndis olan azərbaycanlı (FOTO)
26 may 18:30
- Sumqayıtın İcra başçısından Prezidentə AÇIQ ŞİKAYƏT - İş adamlarının 3 milyon manatlıq borcu qaytarılmır
26 may 18:12
- Səni -yarım srok-a içəridən çıxartdıracağam - Həbib Axundovun şərikinə verdiyi vədin tarixçəsi
26 may 12:19
Video & Fotoqalereya
Video
Fotoqalereya