Musa xalası qızı ilə, Təranə isə hərbçi ilə evliymiş - Onlar necə ailə qurub?

- Təranə Qumral nə zaman və harada anadan olub?
Təranə Xeyrulla qızı İbrahimova (Qumral) 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda anadan olub.
- Təranə Qumral necə bir ailədə böyüyüb?
Ailədə üç bacı, iki qardaş olublar. Təranənin 5 yaşı olanda, anası ağır xəstəlikdən dünyasını dəyişib. Dəmir yolu idarəsində işləyən atası isə ikinci dəfə ailə qurmayıb. Anasızlığın əziyyətini çox çəkən Təranə müsahibələrinin birində o günləri xatırlayarkən deyir: “Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki. Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı”.
- Təranə Qumral şəhid bacısıdır?
Bəli. Təranənin qardaşı Firdovsi Məmmədov I Qarabağ müharibəsində həlak olub. 29 oktyabr 1993-cü ildə Təranənin böyüdüyü Zəngilan rayonu düşmən tərəfindən işğal olunur. 27 yaşlı Təranə ailəsi ilə birgə qaçqın düşür.
- Təranə Qumral neçə dəfə ailə qurub?
Təranə Qumral çox erkən yaşda ixtisasca hərbçi olan bir bəylə ailə qurub. Bu evlilikdən onun Qumral və Fidan adlı iki qız övladı olur. Ancaq iş elə gətirir ki, Təranə Almaniyada yaşayan ərindən ayrılmamış, tanınmış müğənni Musa Musayevlə ailə həyatı qurur. Bu nikahdan isə onların Sevgim adlı qızları dünyaya gəlir. Musa Musayev xalası qızı ilə evli olub. Təranə ilə evlənəndən sonra ondan ayrıldığı üçün Musanın anası və qardaşları heç vaxt Musa və Təranə ilə danışmayıblar.
- Təranə Qumralın birinci əri ilə münasibəti var?
O, keçmiş həyat yoldaşı ilə ayrılıq səbəblərini açıqlamayıb: "Birinci ərimdən özüm ayrılmışam. O məni psixoloji olaraq əzməyib. Niyə boşandığımız haqda danışmaq istəmirəm. O çox gözəl insandır. İnsanlar var ki, ayrılanda qarşı tərəfin üstünə böhtan atırlar ki, narkoman idi, içki içən idi. Amma mən istəmədim. Niyələrim isə mənə qalsın. 31 ildir ki, mən Musa Musayevlə evliyəm. Bu isə bir igidin ömrüdür".
- Təranə Qumralın qızları ataları ilə görüşür?
Təranə bildirib ki, qızlarının ataları ilə görüşməsinə heç zaman etiraz etməyib. Bu barədə sualı Təranənin qızı Qumral belə cavablandırıb: "Atamla münasibətim sıx olmasa da, vaxtaşırı gedib ona baş çəkirəm. Bacım Fidan onunla görüşmür. Anam Təranə xanım atamla görüşməyimə heç zaman etiraz etməyib. Təbii ki, atam bacım Fidanı görmək istəyir. Hətta Fidan və onun uşaqları ilə də telefonda videozəng vasitəsi ilə görüntülü də danışır. Amma bacımdan fərqli olaraq, mən atamla daha çox sıx əlaqədə oluram. O bizə gəlir, mən də gedirəm. Hətta kiçik bacım Sevgimi də atamla görüşəndə özümlə aparıram. Sevgim ona baba deyə müraciət edir. Axı, burada nə var ki? Atam evli olsa da, onun övladı yoxdur".
- Təranə Qumralın əri Musa Musayevin ailəsi onu nə üçün qəbul etmir?
Bu suala müğənni belə cavab verib: “Musa öz xalası qızını boşayıb, məni alıb. Elə həmin gündən sonra hamısı mənə qarşı çıxıblar. Mənim uşaqlarım da bilirlər ki, bu, Musanın işi deyil. Musanın qardaşının və anasının işidir. Musa ömür boyu mənə "Mələyim" deyib. O, heç zaman məni adımla çağırmayıb. Musanın bütün qohumları ondan küsülüdürlər. Musa boynuna almasa da mən deyirəm ki, Musa hazırda qardaşları ilə küsülüdür. Əmisi ilə də lazım olanda danışır, lazım olmayanda danışmır. Onlar hazırda da danışmırlar. Amma o Musanın əmisidir və dəxli də yoxdur. Onların danışmamaqlarının səbəbi mənəm. Mənə görə danışmırlar. Niyə biz bunu gizlətməliyik ki? Elin, xalqın gözü tərəzidir. Onlar məni sevmədiklərinə görə Musa ilə danışmırlar”. - Təranə Qumralla Musa Musayev bir dəfə boşanıb. Buna səbəb nə idi? Təranə Musanın spirtli içkiləri tərgitməsi üçün çox fədakarlıqlar edib. Söyüşcül və qısqanc olan Musa Musayev hətta bir neçə dəfə Təranə xanımı döyüb. 2013-cü ildə Təranə və Musa cütlüyü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir. Belə ki, Musa evində başqa bir kişinin olduğunu iddia edir. Təranə isə deyilənləri inkar edərək Musadan boşandığını açıqlayır: “Musadan boşanmağımın əsl səbəbi, onun külli miqdarda borcunun olması idi. Adamın nə qədər borcu olar? Borc ödəməkdən yorulmuşdum. Musa xəstə və psixi problemləri olan insandır. Onun dediklərini ciddiyə almayın. Mən ondan 3 il öncə boşanmışam. Amma Musa mənim qanunla həyat yoldaşım olub. Boşanma səbəbim isə borc pul üstə olub. Onun "Rang-Roveri” girovdadır. Çünki borcları başından aşıb-daşır. Əgər o məni aşnam ilə tutmuşdusa, niyə hər ikimizi elə qonşudaca öldürməyib?! Musa məni onla birgə yaşamaq istəmədiyim üçün döyüb, amma tüfənglə vurmaq istəməyib. O, məni çoxdan şantaj edirdi ki, ondan ayrılsam məni biabır edəcək”. - Musa Musayev nə üçün Təranə Qumralı xəyanətdə ittiham edib? Musa Musayev iddia edib ki, arvadını şəmkirli biznesmenlə bir yataqda tutub. Təranə bu barədə belə deyib: “Bütün Şəmkir qalxıb ayağa. Onların hamısı biznesmendir. Göstər, kimdir o adam? Hansı biznesmendir? O mənə şər atır. Adama deyərlər, əgər məni tutmusansa, niyə öldürmədin? Tüfənglə gəlmisənsə, niyə vurmadın? Bəs sənin kişiliyin, qeyrətin haradadır, ay Musa? Mən güclü qadınam. Məni sındıra bilməzlər. Bütün sosial şəbəkədə qardaşları müsahibə verir. Gördünüz ki, mən özüm heç bir müsahibə vermədim. Heç öz qardaşıma və bacıma da imkan vermərəm ki, məsələ ilə bağlı bir fikir söyləsinlər. Mən Musanı sevirəm. Gələcəkdə də barışmaq haqda bir söz deyə bilmərəm, çünki uşaqlarımız var”.
- Təranə Qumralın qızları nə işlə məşğul olur?
Təranə Qumralın qızı Qumral anası kimi müğənnilik fəaliyyəti ilə məşğul olur. Onun şəhid qardaşının qızı Canana da bir müddət rəqqasəlik edib. Ancaq 2021-ci ildə Canana bibisinin xeyir duası ilə ailə quraraq rəqqasəliyini dayandırıb. Təranənin ikinci qızı həkim, kiçik qızı tələbədir. - Təranə Qumralın illər sonra oğlu doğulub? Bu barədə efirdə danışsa da, Təranə bu işi şou olaraq təşkil etmişdi. Efirə çıxarıb övladımdır dediyi körpə onun deyilmiş. lent.az
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Arzular çin oldu, həm də Çində oldu
3 sentyabr 2025 09:57
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
2 sentyabr 2025 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
2 sentyabr 2025 00:37
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
1 sentyabr 2025 22:09
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17