Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hücum əmrini yerinə yetirməyib?

Daxili İşlər Nazirliyinin Banditizmə qarşı Xüsusi İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Nizami Musayev 1992-ci ilin may ayında Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyinin bəzi məqamlarını açıqlayıb.
AzPost bildirir ki, o, “azeritoday” saytına verdiyi müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin sabiq prezident Ayaz Mütəllibovun hakimiyyətə qayıdış cəhdinin qarşısını necə almasından danışıb.
N. Musayev deyib ki, 14-15 may hadisələrindən əvvəl A. Mütəllibovun ətrafı plan hazırlayıbmış: “12 may 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahına hucum planlaşdırılmışdi. İlk olaraq “Qardaşlıq” və digər yarımhərbi təşkilatların silahlıları binaya hucum etməli idilər. Silahlı qarşıdurma yaranan kimi hüquq-mühafizə orqanlarının xüsusi dəstələri hərəkətə keçəcəkdi. Biz hucumun dəqiq vaxtını da bilirdik: Mayın 12-dən 13-nə keçən gecə. Mayın 12-də Ayaz Mütəllibovun ad günü idi”.
N.Musyaevin sözlərinə görə, AXC-nin qərargahını könüllü gənclər qrupu müdafiə edirdi: “Ən yaxşı hazırlıqlı qrup Bülbül prospektində tanınmış bir incəsənət xadiminin evində sutkalıq növbə çəkirdi. Fövqəladə situasiya baş verərsə Əbülfəz Elçibəy AXC-nin qərargahından evakuasiya olunaraq bu mənzilə gətirilməli idi və sonrakı göstərişlər gələnə qədər burada saxlanılmalı idi. Bunu Elçibəydən, İsgəndər Həmidovdan və məndən başqa heç kim bilmirdi”.
N.Musayev bildirib ki, AXC-nin qərargahı hərbi baxımdan hucuma müqavimət üçün tam hazır vəziyyətdə idi. İstənilən silahlı hucumu dəf etmək üçün kifayət qədər qüvvə var idi: “Amma göstərilən vaxtda hucum təxirə salındı. Azərbaycanın hüquq-mühafizə orqanlarının bəzi rəhbərləri bu planı yerinə yetirməkdən imtina etdilər. Nazirlər özəl kanalla bu barədə AXC-yə məlumat göndərdilər. “Qurbanlıq” olmaq istəmədilər”.
Bundan sonra A. Mütəllibovun ətrafı onun Ali Sovetdə istefasının ləğv edilməsi prosesinə başladılar. 14 mayda Ali Sovetin fövqəladə sessiyası çağrıldı və iki ay əvvəl əl çalmaqla istefaya göndərdikləri prezident barədə qərarı ləğv etdilər.
İstefada olan polkovnikin sözlərinə görə, bu qərardan sonra xalq parlamentə doğru hərəkətə başlayıb: “AXC-nin parlamentə yürüş etmək barədə konkret qərarı yox idi. Orada fiir ayrılığı yaranmışdı. AXC qərargahı qarşısında ümumxalq mitinqi çağrıldı. Onun nəticələri əsasında qərar qəbul edilməli idi. Amma xalq səhər tezdən AXC qərargahının qarşısına axışmağa başladı”.
Mitinqə Bakıda yerləşən hərbi hissələrdən bir neçə hərbi texnikanın qoşulması vəziyyəti tam dəyişdirir. Bu hərbi hissənin komandiri Nizami Səfərov mitinqdə çıxış edərək Konstitusiya və xalqı müdafiə etmək bardədə qərarını elan edir. “Principcə xalq AXC-nin qərarı olmadan da Prezident Aparatına gedəcəkdi. Qarmaqarışlıq və provokasiyanın olmaması üçün AXC mitinqi xalq yürüşünə çevirmək barədə qərar verdi”-deyə N.Musayev vurğulayıb.
Onun sözlərinə görə, son günə qədər Ayaz Mütəllibovla danışıqlar aparıldı və onu belə təhlükəli hərəkətlərdən çəkindirmək istəyiblər: “Amma onun ətrafı Mütəllibovu əks fəaliyyət göstərməyə inandırdı. Əgər Ayaz Mütəllibov qayıtsa idi ölkədə kütləvi həbslər başlayacaqdı. Bizə onun fəaliyyət planı detallarına qədər bəlli idi. AXC-yə qarşı kütləvi repressiaya başlamaq barədə xüsusi fərman hazırlanmışdı”.
Qeyd edək ki, 1992-ci ilin mayın 15-də bir gün əvvəl prezident səlahiyyətlərini bərpa edə bilmiş Ayaz Mütəllibova etiraz olaraq xalq yürüşü başlanıb və nəticədə prezident postundan devrilib. Bundan sonra A.Mütəllibov Moskvaya qaçıb və 20 il orada yaşayıb. 2012-ci ildə Azərbaycanda qəbul edilmiş eks-prezidentlər haqqında qanun ona şamil edildikdən sonra vətənə qayıdıb. 2022-ci ildə vəfat edib.
- 60 yaşında bədəni onillərlə gəncləşdirən 5 hərəkət
8 iyun 2025 16:33
- Toy yasa DÖNDÜ: ölən və yaralananlar var
8 iyun 2025 16:19
- 15 yaşlı YENİYETMƏ Prezidentliyə namizədi başından GÜLLƏ İLƏ VURDU
8 iyun 2025 14:32
- Vanqanın 2025-ci il üçün ŞOK PROQNOZU – İLK DƏFƏ...
8 iyun 2025 14:20
- Lukaşenko ÇİN LİDERİ Si Cinpinə Minskdə HEYKƏL ucaltmağı təklif etdi
8 iyun 2025 13:40
- Sabunçu bazarı yanır - VİDEO
8 iyun 2025 10:33
- Paşinyan oğlu Aşotu erməni əsirlərin əvəzindən Azərbaycana vermək istəyib...
7 iyun 2025 23:18
- Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR
7 iyun 2025 17:10
- Ana və 6 yaşlı qızı qətlə yetirildi – evə od vuruldu
7 iyun 2025 14:32
- ABŞ-də BİRİNCİ seçilən azərbaycanlı (FOTO)
7 iyun 2025 11:51
- Millimizin oyununda biabırçılıq - Əlbəyaxa dava düşdü VİDEO
08 iyun 22:34
- Azərbaycan millisi yarımfinala yüksəldi
08 iyun 22:15
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
08 iyun 21:28
- Şəmkirdə 15 yaşlı yeniyetmə yandı
08 iyun 21:24
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
08 iyun 20:35
- Leyla Şıxlinskaya illər sonra (VİDEO)
08 iyun 20:18
- Azərbaycan Suriyada 320 ailəyə QURBAN PAYI göndərib
08 iyun 19:35
- Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
08 iyun 19:09
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
08 iyun 18:49
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
08 iyun 18:33
- Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu
08 iyun 18:20
- Allahşükür Paşazadənin yaxın qohumu, biznesmen Tamilla İbrahimova vəfat etdi
08 iyun 17:37
- 60 yaşında bədəni onillərlə gəncləşdirən 5 hərəkət
08 iyun 16:33
- Toy yasa DÖNDÜ: ölən və yaralananlar var
08 iyun 16:19
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
08 iyun 16:04
- Mələkxanım Eyubovanın istəyi
08 iyun 15:51
- Məscidə qumbara atıb, sonra ATƏŞ AÇDI – Ölənlər və yaralananlar var
08 iyun 15:43
- İSTİQLAL ordenli..)) Abbas Abbasovun nəvəsi İstanbulda toy etdi-VİDEO
08 iyun 15:19
- Azərbaycanın 100 MİLYON dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO
08 iyun 14:48
- 15 yaşlı YENİYETMƏ Prezidentliyə namizədi başından GÜLLƏ İLƏ VURDU
08 iyun 14:32
- Vanqanın 2025-ci il üçün ŞOK PROQNOZU – İLK DƏFƏ...
08 iyun 14:20
- Lukaşenko ÇİN LİDERİ Si Cinpinə Minskdə HEYKƏL ucaltmağı təklif etdi
08 iyun 13:40
- Qırğızıstanın sabiq prezidentinə QANUNSUZ TORPAQ əldə etməyə görə 11 il HƏBS..)))
08 iyun 13:05
- DSX-nin hərbi qulluqçusu vəfat edib
08 iyun 12:52
- Səkkiz dəqiqə ölü qalan qadın nələr görüb? - FOTO
08 iyun 12:20
- Bakıda 28 yaşlı qadın 61 yaşlı sevgilisini qətlə yetirdi
08 iyun 12:09
- Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hücum əmrini yerinə yetirməyib?
08 iyun 11:57
- Paşinyan: Petrosyan saxtakarlığın banisidir, fırıldaqçıdır...
08 iyun 11:40
- Muharibənin 1201-ci gün: Rusiyanın itkiləri yeniləndi
08 iyun 11:03
- Sabunçu bazarı yanır - VİDEO
08 iyun 10:33