Putin və Trаmp ÜÇ SААT nə danışıblar?
ABŞ və Rusiya Preizdentləri Donald Tramp və Vladimir Putinin 3 saat davam edən telefon danışığının detalları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Kreml bəyanat yayıb. Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və hərbçilərinə bununla bağlı tapşırıq verib. Putin, həmçinin, Trampın Qara dənizdə təhlükəsizliklə bağlı məlum təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv reaksiya verib. Belə bir sazişin konkret detallarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb. Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175 məhbusun 175-ə dəyişdirilməsi həyata keçiriləcək. Bundan əlavə, Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi köçürüləcək. Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin yuxarıda qeyd olunan təkliflərini nəzərə alaraq, Ukrayna nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Bu məqsədlə Rusiya və ABŞ ekspert qrupları yaradılacağı açıqlanıb. Liderlər beynəlxalq gündəmdəki digər məsələlərə, o cümlədən Yaxın Şərq və Qırmızı dəniz regionunda vəziyyətə də toxunublar. Böhran nöqtələrində vəziyyətin sabitləşdirilməsi, nüvə silahının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcək. Münaqişənin sülh yolu ilə həllinə prinsipial sadiqliyini təsdiqləyən Putin amerikalı tərəfdaşları ilə birlikdə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan mümkün həll yollarını diqqətlə öyrənməyə hazır olduğunu bəyan edib. ABŞ Prezidentinin Rusiya tərəfində 30 günlük atəşkəs tətbiq etmək təşəbbüsü kontekstində bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması zərurəti və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamlar müəyyən edilib. Liderlər Kiyevin əldə olunmuş razılaşmaları dəfələrlə pozduğunu da qeyd ediblər: “Prezidentlər Ukrayna ordusunun Kurskda mülki əhaliyə qarşı terror xarakterli hücumlar təşkil etdiyini bildiriblər” - məlumatda qeyd olunur. Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi və diplomatik yollarla həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın tamamilə dayandırılmasıdır. Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- Putin müəyyən şərtlər daxilində atəşkəsə hazırdır
30 noyabr 2025 14:26
- Kəlbəcərin azad olunmasından 5 il ötdü
25 noyabr 2025 00:56
- ARAZ supermarketlər şəbəkəsi -Zəfər xatirələri- sənədli filmini təqdim edib
24 noyabr 2025 11:31
- Putin hərbi paltarını geyindi ))
27 oktyabr 2025 11:06
- Putin Azərbaycan və Ermənistanla bağlı mənə dedi ki... - Tramp AÇIQLADI
26 oktyabr 2025 22:33
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
