Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…

Tarixi kontekst: Qafqazı ruslaşdırmaq siyasəti
XIX əsrdə Rusiya imperiyası “Qafqaz problemi” adlandırdığı məsələni birdəfəlik həll etmək qərarına gəldi. Bu qərarın əsasını imperiyanın cənub sərhədlərini sabitləşdirmək, Osmanlı və İranın Qafqazda təsirini sıfırlamaq və regionu etnik və mədəni baxımdan ruslaşdırmaq siyasəti təşkil edirdi. Bu siyasətin mərkəzində Şimali Qafqazda yaşayan çərkəzlər, abxazlar, çeçenlər və digər yerli müsəlman xalqlar dayanırdı. Onlar həm dini, həm mədəni, həm də hərbi baxımdan Rusiya üçün “təhlükə” hesab olunurdu.
Əsrlər boyu müstəqil tayfa ittifaqları şəklində yaşayan çərkəzlər, rusların yayılmasına qarşı amansız müqavimət göstərirdilər. 1763-cü ildə başlayan Rusiya–Çərkəz müharibəsi 1864-cü ilə qədər – yəni düz 101 il davam etdi.
Qətllər, yandırmalar və qanlı mühasirə taktikası…
1859-cu ildə Şeyx Şamilin əsir alınmasından sonra çeçen və dağlıların müqaviməti zəifləsə də, çərkəzlər son ana qədər döyüşdü. Çar II Aleksandr və onun hərbi naziri General Dmitri Milyutin Qafqazda silahlı müqaviməti əbədi sona çatdırmaq və regionu etnik cəhətdən təmizləmək üçün sistematik soyqırım planı hazırladılar. Milyutin yazırdı:
“Çərkəzləri ram etməyin yeganə yolu onları tamamilə məhv etməkdir.”
Bu zaman Rusiya ordusunun baş komandanı Qraf Nikolay Yevdokimov idi. Onun birbaşa göstərişi ilə çərkəz kəndləri yandırılır, əhalisi ya dərhal qılıncdan keçirilir, ya da dənizkənarı limanlara sürülərək gəmilərlə Osmanlı torpaqlarına deportasiya edilirdi. Bu yerdəyişmənin məqsədi insanları xilas etmək deyildi – məqsəd onları ölümə məhkum etmək idi.
Rus zabitlərinin yazışmalarında görünür ki, qadın və uşaqların diri-diri yandırılması, hamilə qadınların qarınlarının deşilməsi, cəsədlərin yırtıcılara yem verilməsi və dərilərin soyulması halları adi sayılırdı. Hətta General Qriqori Zass, dövrün ən qəddar sərkərdələrindən biri, çərkəz başlarının kəsilərək sirkə dolu çəlləklərdə saxlanmasını əsgərlərinə əmr edirdi. Bu başlar “mükafat” sayılırdı və imperatorluğa təqdim edilirdi. Hər döyüşdən sonra sonra Zass tez-tez bir neçə kəndi yandırır, mal-qara və atları ələ keçirirdi. O, düşmənin mənəviyyatına çox diqqət yetirirdi. O, öz məruzələrində tez-tez kəndlərin dağıdılması ilə öyünür, dinc əhalinin qətliamını poetik tərzdə tərənnüm edirdi. Onun hesabatlarında adətən "kənd yerlə-yeksan edildi", "kəndlə birlikdə müqavimət göstərənləri od və qılınc birləşdirdi", "kənd əhalisi tamamilə məhv edildi" kimi ifadələrə rast gəlinir. Zass kəsilmiş çərkəz bədən hissələrini Berlindəki anatomiya professoru olan dostlarına göndərdi.
O, həmçinin çadırının kənarındakı təpədə çərkəz başlarını nizələrə sancmışdı. Çərkəz mədəniyyətində belə bir inanc var idi ki, insan başı ilə birlikdə basdırılmalıdır, yoxsa cəhənnəmə gedəcək, ona görə də Zass çərkəz başlarını toplamaqdan və heç vaxt geri qaytarmaqdan və baha qiymətə satmaqdan xüsusi zövq alırdı. Müharibədən sonra ruslar çərkəzlərin başlarını kəsib Zassa çatdırırdılar.
İşğal olunan torpaqların zorla ruslaşdırılması…
25 iyun 1861-ci ildə çar II Aleksandr “Şimali Qafqazın məskunlaşması” adlı imperiya fərmanı imzaladı:
“İndi Allahın köməkliyi ilə Qafqazın tam fəthi məsələsi yaxındır. Düşmən dağlıları zəbt etdikləri münbit torpaqlardan tamamilə qovmaq və rus xristian əhalisini əbədi olaraq məskunlaşdırmaq üçün cəmi bir neçə illik davamlı səylər lazımdır. Bu aksiyanı həyata keçirmək şərəfi əsasən Kuban silahlı qüvvələrinin kazaklarına məxsusdur.”
1860–1864-cü illər arasında Çar Rusiyası çərkəzləri silah gücü ilə Qara dəniz sahillərinə sürgün etdi. Qısa müddətdə bu sahillərə gələn çərkəzlərin sayı yüz minlərlə nəfəri keçdi. Kütləvi olaraq evlərindən köçürülən bu insanlar başlarına gələcəyini bilmədikləri bir səfərə çıxmışdılar.
Əvvəlcə, 1863-cü il mayın 17-də çar II Aleksandr mühacirətə getməyi "seçmiş"lərin keçid haqqını özləri ödəməsi barədə fərman verdi. Zorakı “Səyahət haqqını” ödəmək üçün çərkəzlər bəzən mal-qaralarını, əşyalarını və hətta özlərini köləliyə satmağa məcbur olurdular.
Qara dəniz sahilinə gətirilən yüz minlərlə insanın nə sığınacağı, nə də yeməyə yeməyi var idi. Uşaqlar xaosda analarını itirir, körpələr və qocalar aclıqdan taqətdən düşür, zəiflər isə olduqları yerdə ölürdülər. Qalan insanlar sağ qalmaq üçün mübarizələrini davam etdirdilər. Onların yeganə bildiyi o idi ki, növbə özlərinə çatanda gəmiyə mindiriləcək və tanımadıqları, görmədikləri bir ölkədə qalacaqlar.
Qara dəniz sahillərində qaranlıq gözləmə aylarla davam etdi. Bu müddətdə aclıq, yoxsulluq, epidemiyalar və şaxtalı soyuqdan ölənlərin sayı hər gün artdı. Bu acı atmosferin ən acınacaqlı tərəfi isə ölənlərin xilas olması, qalanların isə ölülərə həsəd aparması idi.
Çərkəzlər adətən icarəyə götürülməmiş gəmilərdən istifadə edərək oranı tərk etməyə məcbur edilirdilər və beləliklə, belə gəmilərin kapitanları tərəfindən sui-istifadəyə məruz qalırdılar. Bəzi hallarda 1800-ə qədər çərkəz mal-qara və ev əşyaları ilə birlikdə bir gəmiyə sıxışdırıldı. Bir çox hallarda belə gəmilər batırdı. Gəmilər batmasaydı belə, sıxlıq şəraiti onları xəstəliyin yayılmasına və susuzluğa qarşı həssas edirdi və təyinat yerinə çatdıqda onların içərisində yalnız sərnişinlərinin cəsədləri olurdu. Belə gəmiləri müşahidəçilər “üzən qəbiristanlıqlar” adlandırırdılar.
Bir dəfə , Kiprə gedən gəmi parçalanmış və başı kəsilmiş cəsədlərlə tapılmışdı ki, bu da qaçqınların hələ sağ ikən bağlanaraq dənizə atılması ilə bağlı şayiələri təsdiqləyir. Bu gəmidəki sərnişinlərin yalnız üçdə biri sağ qalıb.
Digər rus müşahidəçisi Olşevski vəziyyətə görə Yevdokimovun rəhbərliyi altında olan rus komandanlığını ən məsuliyyətli hesab edirdi:
“Öz vətənlərindən qovulmuş abzexlər və şapsuqlar niyə belə dəhşətli əzablara və ölümlərə məruz qaldılar? Bu, yalnız qoşunlarımızın tələsik və erkən hərəkəti nəticəsində idi. Daxovski dəstəsi bir-iki həftə sonra köçsəydi, bu baş verməzdi.”
Çərkəz sahillərini tərk edənlərin yalnız bir hissəsi Osmanlı limanlarına çatdı. Osmanlı sahillərinə çatmağı bacaranların çoxu tezliklə orada xəstəlikdən öldü. İngilis şahidi Laurens Oliphant The Times üçün yazdı:
“Kişi, qadın və uşaq qalaqları sözün əsl mənasında dəniz sahilini bürümüşdü. Hamısı arıq və ac görünürdü. Əksəriyyəti çılpaq idi. Bir neçəsi ölmüşdü.”
Diplomatik və ideoloji çərçivə: imperiya bunu necə əsaslandırdı?
Rusiyanın rəsmi mövqeyi belə idi: çərkəzlər “məğlub düşmənlər”dir və imperiyanın sərhədlərində yaşamaq istəməyənlər könüllü köçürülür. Lakin arxiv sənədləri göstərir ki, bu köç qeyri-insani şərtlərlə və məcburi şəkildə həyata keçirilmişdi. Bəzən kəndlərə girişdə belə elanlar olurdu:
“İtaət etməyənlər yerindəcə öldürüləcək. Qalanlar 3 gün ərzində gəmiyə minməlidirlər.”
Çar II Aleksandr bu prosesi şəxsən təsdiqləmiş, sərəncamlar vermiş və medallarla mükafatlar təqdim etmişdi. Bu, imperiyanın rəsmi siyasəti idi.
Qara dəniz sahillərində toplanan çərkəzlər Anapa, Novorossiysk, Tuapse və Soçi limanlarından gəmilərə yüklənərək Osmanlı imperiyasının Qara dəniz sahillərindəki Trabzon, Samsun, Sinop, Ayancık, Şile, İstanbul, Varna, Konstansa və Burqas limanlarına aparıldı. Sayları iki- bir milyon yarım olan çərkəzlərin çox az hissəsi cəmi 150 min nəfəri həyatda qala bildi.
Soyqırımın tanınması uğrunda mübarizə…
Bu gün yalnız Gürcüstan (2011) və Ukrayna (2025) bu hadisələri soyqırımı kimi tanıyıb. Rusiya isə bu məsələni “miqrasiya hadisəsi” adlandırır və heç bir məsuliyyət qəbul etmir.
Hazırda dünyada təxminən 5 milyon çərkəz yaşayır və onların böyük əksəriyyəti Türkiyə, İordaniya, Suriya və Almaniyada yerləşib. Qafqazda isə çox az sayda çərkəz qalıb – Onların isə milli kimliyi qorumaq mübarizəsi isə davam edir.
Tarixçi Günay Hüseyn Əsgərli
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 2025 23:03
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 2025 12:09
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 2025 22:45
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
9 sentyabr 2025 10:52
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- İlham Əliyevin Astanaya səfəri hazırlanır
8 sentyabr 2025 18:54
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
8 sentyabr 2025 17:41
- Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylır anlatdı - ŞOK TƏFƏRRÜATLAR BU VİDEODA
8 sentyabr 2025 17:32
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
8 sentyabr 2025 00:23
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33