Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi

Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi Ev dustağlığında olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sabiq sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev barəsində məhkəmə yeni qərar qəbul edib.
Qaynarinfo-nun məlumatına görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus 194 min manatı mənimsəməkdə ittiham edilən keçmiş məmurlarla bağlı məhkəmədə mülki iddia qaldırılıb. İddiada götərilir ki, keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilən 194692,09 manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484,69 manat təqsirləndirilən şəxslərdən tutularaq Bakı Telefon Rabitəsi MMC-yə ödənilsin. Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsi sabiq sədrə qarşı irəli sürülən iddianın əsassız olduğunu bildirib və bu vəsaitin mənimsənilməsinə görə Rəşad Babayevi günahlandırıb. Onun sözlərinə görə, tələb edilən bütün məbləğ Rəşad Babayev tərəfindən mənimsənilib. Bildirib ki, İsrafil Bəkirovun günahı işdə boşluqlara yol verməsi olub və buna görə məsuliyyət daşıyır: "İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olub və o, hazırda da cəzasını çəkir". Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsinin müdafiə çıxışı qəbul olunmayıb. Məhkəmənin hökmü ilə İsrafil Bəkirov və Rəşad Babayevdən 194692,09 manat məbləğində maddi ziya və 484,69 manat dövlət rüsumunun əvəzi tutulacaq. HƏMÇİNİN BAX: "Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm" - Seymur Orucovun qohumu həbs edildi Xatıradaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum olunub. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, hazırda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib. O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib. Sabiq məmur mənimsənilən puldan 134 min manatını 134 min manatı S.Orucova verdiyini deyib.
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 2025 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 2025 19:38
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 2025 09:43
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 2025 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 2025 21:54
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 2025 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 2025 13:17
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 2025 10:44
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 2025 13:23
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27