Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
Dövlətə xəyanət ittihamı ilə həbs olunan Ramiz Mehdiyevin yaxın çevrəsindən olan Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev mətbuatda müştəriləri barəsində yazılanlardan narazıdır. Həm də SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun vəkili olan Şaiq Mirzəyev Musavat.com redaksiyasına məktubla müraciət edib.
Vəkil Mirzəyevin yazdıqlarından belə aydın olur ki, müştərisi Mikayıl İsmayılov barəsində yayılmış “Mikayıl İsmayılov və İslam Rzayevin gizli əlaqələri ifşa olunur - Mehdiyev klanının iç üzünü açan ŞOK FAKTLAR” və “Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı – SEPARATÇI KÜRDLƏRLƏ ƏLAQƏ İDDİASI” sərlöhvəli yazılardan narahat olub.
Birinci yazıdan sitat:
“Araşdırmalar göstərir ki, Rzayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında SOCAR-ın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx-məmur Mikayıl İsmayılov dayanıb.
Məlumata görə, Mikayıl İsmayılov İslam Rzayevin tələbə yoldaşı və eyni zamanda "qudası"dır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub və Rzayevin Balakənə icra başçısı kimi təqdimatı həyata keçirilib. Bu təyinat həmin dövrdə Mehdiyev klanının ölkə üzrə regional idarəçilik mexanizmlərində öz təsir dairəsini qorumaq üçün həyata keçirdiyi mühüm addımlardan biri sayılır...
Mənbələr bildirir ki, Mikayıl İsmayılov uzun illər Ramiz Mehdiyevin ən yaxın dairəsinə daxil olan məmurlardan biri olub. SOCAR-da və dövlət strukturunda topladığı nəhəng maliyyə imkanları vasitəsilə Mehdiyev klanına lojistik və maliyyə dəstək göstərib.
İslam Rzayevin Balakənə icra başçısı təyin olunması da məhz bu “klan təqdimatı” mexanizminin nəticəsi olub. Deyilənlərə görə, təyinatdan öncə Mikayıl İsmayılov Mehdiyevlə görüşərək Rzayevin etibarlı şəxs olduğunu, “həm idarəçi, həm də ailədən biri kimi” inam qazandığını bildirib. Bunun ardınca Mehdiyevin təqdimatı ilə Rzayev 2011-ci ilin mayında vəzifəyə təyin edilib.
İndi isə bu əlaqələr Mehdiyev şəbəkəsinin tam ifşasına gətirib çıxarıb.
Mənbələrə görə, İsmayılov təkcə Rzayevin deyil, Mehdiyev klanına mənsub digər məmurların da vəzifəyə gətirilməsində rol oynayıb. O, uzun illər ərzində SOCAR vasitəsilə əldə etdiyi nəhəng maliyyə resurslarını bu inzibati şəbəkənin qorunması üçün istifadə edib”.
Digər yazıda isə bildirir ki, 16 il ərzində SOCAR-da vitse-prezident vəzifəsində çalışan Mikayıl İsmayılov Ramiz Mehdiyevin birbaşa himayəsində olub və onun vasitəsilə dövlət neft şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsini Ramiz Mehdiyev klanına və öz şəxsi şəbəkəsinə yönləndirib.
Həmin yazıdan sitat:
“İsmayılovun fəaliyyəti dövründə milyardlarla manatın mənimsənildiyi, müxtəlif “şirkət-tender” sxemləri ilə bu pulların ölkədən çıxarıldığı qeyd olunur. Musavat.com-a daxil olan xüsusi mənbə məlumatına əsasən, Mikayıl İsmayılovun xaricdəki daşınmaz əmlak imperiyası da ifşa olunub. Mənbənin bildirdiyinə görə, onun təkcə Almaniyanın Düsseldorf şəhərində 28, Münxendə isə 8 mənzili var. Bu daşınmaz əmlakların bir qismi Almaniyada yaşayan, vaxtilə Türkiyəyə qarşı fəaliyyət göstərən separatçı kürd mənşəli bacanağı vasitəsilə alınmışdır. İddialara görə, həmin şəxs vasitəçi kimi çıxış edib və bu yolla Azərbaycandan çıxarılan vəsaitlərin ofşor hesanlara ötürülməsini təmin edib. Məlumata görə, İsmayılov bu əməliyyatlarda qaynı Rövşənin də köməyindən istifadə edib. Rövşən adlı şəxs vasitəsilə pulların bir hissəsi Gürcüstan və Kipr üzərindən Avropaya daşınıb”.
Vəkilin yazdıqlarından belə anlaşılır ki, Mikayıl İsmayılov yazılarda yer alan “Mehdiyev klanının maliyyə dayağı olub”, “Almaniyada 36 mənzili var, separatçı kürd mənşəli bacanağı vasitəsi ilə pul çıxarıb”və s məlumatlardan narahat olub. Hesab edir ki, yazılar jurnalist araşdırması deyil, məqsədli şəkildə Mikayıl İsmayılovun şəxsiyyətini nüfuzdan salmağa yönəlmiş saxta ittihamlar toplusudur. Mikayıl İsmayılov bu məlumatlarla bağlı məhkəməyə üz tutacağını da vurğulayır.
Mikayıl İsmayılovun vəkili Şaiq Mirzəyev, həm də ötən ay Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkilidir. Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin qurumun sabiq vitse-prezidenti Mikayıl İsmayılovla çox yaxın əlaqələri haqda məlumatlar var. Məsələni maraqlı edən digər detal isə Şaiq Mirzəyev vaxtilə “Az-Qranata” MMC-nin baş direktoru olub. Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev Mikayıl İsmayılovla yanaşı onun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində də vəkilidir.
Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”, - Fidan Abbasova bildirib.
Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün aliment ödəməkdən yayınır. Bu səbəbdən o, artıq ikinci dəfədir ki, axtarışa verilib.
Bu il Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev Fidan Abbasovaya barışıq sənədi təqdim edib, həmin sənəddə uşağının atasının Orxan İsmayılzadə olmasının üzərindən keçərsə, 65 min manat ödəyəcəyi qeyd olunub. Fidan Abbasova barışıq ərizəsini imzalamayıb, Orxan İsmayılzadədən aliment ödəməsini tələb edib. Hazırda xaricdə məskunlaşan Orxan İsmayılzadə aylardır ki, aliment ödəmir. Fidan Abbasova deyir ki, Şaiq Mirzəyev ona alimentin ödənməyəcəyini bildirib. Əslində Mikayıl İsmayılovun narahatlıq keçirməli olduğu mövzu elə bu olmalıdır. Adamın milyonları var, böyük varidatı haqda mətbuatda natamam siyahılar dolaşır, qız nəvəsinin saxlanmasına isə oğlu ayda 500 manat ödəməkdən yayınır.
Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qayınatasının rolu və iştirakının ola biləcəyini ehtimal etdiyini də bildirmişdi.
Adnan Əhmədzadə sentyabrın 19-da Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 2025 16:54
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 2025 14:25
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 2025 10:42
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 2025 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 2025 11:08
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
