Şeytan dəyirmançıları... Surət Hüseynov – “suç keçisi”

Xaliq Bahadır
Şeytan dəyirmançıları Surət Hüseynov – “suç keçisi”
Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə düşüncə, belə baxış xalq arasında da geniş yayılıb. 92-93 gerçəklərini yaxşı bilən, o gerçəklərin içindən keçib gələn bir sıra tanınmışların, politik adı daşıyan birilərinin o xorda korifey rolunda çıxış etmələri ayrıca danışılası qonudur. Kimlərsə başlarını başlara qataraq bilmədiklərindən bildikləri kimi danışırkən, onlar bildiklərindən bilmədikləri kimi danışaraq toplumu aldadırlar. Sən demə, Surət olmasaymış AXC hakimiyəti yıxılmayacaqmış, xalq isə demokratik hüquq dövlətində çox gözəl yaşayacaqmış. Nə oldu? Surət Hüseynov “4 iyun qiyamını törətməklə AXC hakimiyətini devirdi”, - bu, xalq arasında geniş yayılmış, demək olar, daşlaşmış düşüncədir. Buna görə xalqı qınamaq çətindir: xalq eşitdiyini deyir. Ölkədəki bir sıra müxalifət başdaduranlarına da belə gərəkir, əlverişli olduğu, işlərinə yaradığı üçün: 93-dən bu yana ölkədə baş verənlərə görə kim söyülür- söyülsün, təki onların adları çəkilməsin, xalq onları başlıca suçlular olaraq tanımasın. Bax, belə yerdə kəsinliklə “suç keçisinə” gərək yaranır. Gerçəkçi, doğruları xalqa çatdırmağı özünün professional borcu sayan juralistika (başqa sözlə, yurdsevər jurnalistika!) belə yerdə çox gərəklidir. Gərəklidir: gerçəkləri ortaya çıxarmaq, doğruları bildirmək baxımından. Edvard Abbey deyir: “Yurdsevər bütün çağlarda ölkəsini öz hökumətindəın qorumağa çalışmalıdılr”. Sözün geniş anlamında bizdə indi jurnalistika bolluğudur, ancaq daha çox hibrid ürün olaraq yetişdirilən bu jurnalistikada yurdsevərlik yox yerindədir. Burada yurdsevərlik yerinə özəl çıxarları üçün hökumətə-dövlətə qulluq yolçuluğu var. “Mərdi qova-qova namərd eləyərlər” deyimi var. Surətin başına o gəldi. Bilənlərin dediyinə görə o, könüllü orduya çox yardım eləmişdi. Yaraq-sursat almışdı, Ukraynadan pilotlar gətirmişdi... Aralıq çevrilişi 1992-ci il mayın 15-də AXC A.Mütəllibovu devirməklə hakimiyətə gəldi. İ.Qəmbərov Ali sovetin sədri oldu. İ.Qəmbərov qruplaşmasının qızğın çalışmaları sonucunda AXC sədri prezident adayı olmağa boyun qoyacaq, sonra da iyunun 7-də prezident seçiləcəkdi. AXC sədri Ə.Əliyev prezidentlik görəvinə başlayanadək İ.Qəmbərov, demək olar, bütün strateji postlara adamlarını (AXC içində “Müsavat” partiyası) yerləşdirəcəkdi. AXC sədri olaraq Ə.Əliyevi çoxdan dişünə vurmuş İ.Qəmbərov da, onun başlıca qrup yoldaşları olan P.Hüseynovla Arif Hacıyev də yaxşı bilirdilər: Ə.Əliyev prezidentliyində formal olaraq AXC adını daşısa da, gerçəkdə hakimiyət onların əlində olacaq. Onların qorxuları bircə o çağlar reytinqi çox yüksək olan Etibar Məmmədovdan idi, onu da Ə.Əliyevin əliylə etkisiz duruma gətirdilər. Ə.Əliyev onlara da, Naxçıvanda oturub bütün Azərbaycanı əl altında tutan H.Əliyevə də uzağı bir illiyə gərək idi. Gərəkən əkləmə. O gün, mayın 15-də, AXC qərargahına, Sahil bağına, minlərlə adam toplaşmışdı. Ayaz Mütəllibovun bir gün öncəki qayıdışı, parlament tribunasından müxalifətə yönəlik kəskin çıxışı adamlarda acıq doğurmuşdu. Ortaya adamları qızışdırma faktı da çıxmışdı. Qurban Məmmədov tez-tez qərargahın balkonuna çıxaraq xalqa Naxçıvanda oturmuş H.Əliyevin göstərişlərini çatdırırdı: “Heydər bəy sizi hakimiyətin üzərinə getməyə, Ayaz Mütəllibovu devirməyə çağırır”. Mobil telefonun olmadığı o çağlar AXC H.Əliyevlə birbaşa bağlantı qurmuşdu. İ.Qəmbərov çoxdan özünə komanda yaratmışdı. Onun güdüyü çağı çatınca Ə.Əliyevi yüngülcə itələyərəık hakimiyətə yalnız de-fakto deyil, eləcə də de-yure yiyələnmək idi. O, komandasını qıraqda deyil, AXC-də, AXC sədrinin gözü baxa-baxa “Müsavat partiyası” adı altında, Cəbhəni içindən parçalamaqla yaratmışdı. Ə.Əliyev isə ona xeyir-dua vermişdi. 1990-cı ilin yanvarında İ.Qəmbərovun AXC-ni içindən parçalamaqla yaratdığı ŞADP (Şimali Azərbaycan Demokrat partiyası) ilə başlatdığı bu sürəc Ə.Əliyevin yararsız (bəlkə də, özünə yararlı) sədrliyi üzündən Cəbhəni qaçılmaz olaraq uğursuz sonluğa sürükləyirdi. Sədr-prezident komandası: varla yox arasında Ə.Əliyevin komandası ilə bağlı bu gün elçibəyçilər iki qrupa bölünüblər. Onlardan bir qrupu deyir: “Elçibəyin komandasi yox idi”. O biri qrup deyir: “Elçibəyin komandası onu satdı”. Ə. Əliyev AXC yaranandan öncə “Varlıq” qrupunu yaratmışdı. Formal olaraq mən də o qrupda idim. Nə üçün formal? Sonradan bəlli olduğu kimi, o, regional qruplaşma idi. Ə.Əliyevin regional özüldə yaratdığı o qruplaşmanın başda gedənlərindən biri kim olsa yaxşıdır? İndi hamının çox yaxşı tanıdığı, heydərizmin “əbədi” deputatı Fəzail Ağamalı. Kimlərsə məni qınaya bilərlər, qoy deyim: o çağlar bizlər bölgə-region söyləmərindən-bölücülüklərindən çox uzaq idik; bizə elə gəlirdi hamımızın amacı Azərbaycanı Özgürlüyə, Demokratiyaya qovuşdurmaqdır. Ə.Əliyev komandasının istəyinin Azərbaycanı heydərizmə qovuşdurmaq olduğunu sonralar biləcəkdik. Mənim kimi bir neçə tanınmış kimsənin orda olması “başqa region”- genəl görüntü yaratmaq üçünmüş. O qrupdakılar başlıca olaraq intellekt yoxsunu, yönətim kültüründən uzaq kimsələr idi. 1989-cu il iyulun 16-da Ə.Əliyev onların say çoxluğu, çığır-bağırıyla AXC-nin sədri oldu. Prezident seçiləndən sonra isə o, AXC-ni onlara tapşırıb getdi. Onlarsa qərargahı bulaşığa batırmaqla AXC-ni bircə ilin içində gözdən saldılar. Ə.Əliyevin komandası bu idi. Heydər Əliyevin hakimiyətə qaytarılmasınadək Cəbhə içində, Cəbhə dışında ipə-sapa yatmayan çarpışmaçı-savaşğan davranış sərgiləyən o komanda H.Əliyevin hakimiyətə qayıdışı ilə... yoxa çıxdı. İndi onların səsi uğurlu biznes-kommersiya qurumlarından, Türkiyədən, Avropadan gəlir. Bir mahnıda deyildiyi kimi: “Sevgimiz elə bu qədərmiş...” Yox, onların missiyası o yerədəkmiş! “Komandası Elçibəyi satdı”,-tezisinə gəlincə, görünür, elçibəyçilər İ.Qəmbərov komandasını deyirlər. Onların kimləri dediyindən asılı olmayaraq, lider adı daşıyan birisinin komandası onu elliklə satırsa, bu, o kimsənin özünün düz yollu olmadığının görsənişidir. Istənilən liderin komandasında satqınlar ola bilər-burası bəlli görsənişlərdəndir: kimlərsə satın alınar, kimlərsə yolunu-idealını dəyişər.Bir də var “komandası Elçibəyi satdı” söyləməsi. O, komandasından gizlin gecəylə qaçıb Kələkiyə getdi, 4 il 4 ay sonra geri qayıdıb onu “satan” komanda yoldaşlarına “qardaşlaım” dedi. Bir lider onu satan komanda yoldaşlarına “qardaşlarım” deyirsə, bununla o özünün gerçək kimliyini sərgiləmiş olur... Çilinin demokratik prezidenti Salvador Alyende əlində avtomat hakimiyəti qorumağa qalxmış, yenildiyini görüncə, onu satan, ona dönük çıxan komanda yoldaşlarının adlarını çəkərək bir-bir xalqa tanıtmaqla, gələcək əngəlləri aradan qaldırmaq baxımından xalqına, ölkəsinə çox böyük qulluq göstərmiş, bu yolla da özünün liderlik borcunu sonadək yetərincə yerinə yetirmişdi. Onun açıqladığı adlar arasında hakimiyətdə yüksək yer tutan politiklər də vardı, general da, başqa ordu adamları da... Özgə oyununun oyunçuları İyulun 2-də S.Hüseynov Bakıya çağrıldı. Onu Prezidentin Qarabağ üzrə səlahiyətli nümayəndəsi, baş nazirin (o çağlar Rəhim Hüseynov) müavini görəvinə yüksəltdilər. AXC hakimiyətində dövlət katibi, baş nazir olmuş Pənah Hüseynov S.Hüseynovla bağlı o toplu yüksəlişə belə aydınlıq gətirir: “Biz Surət Hüseynova bir gündə iki vəzifə ona görə verdik ki, onu Müdafiə naziri Rəhim Qazıyevə qarşı istifadə edək”. Bunun nə demək olduğunu İ.Qəmbərovu AXC İdarə heyətindən tanıyanlar bilir. AXC yaranan ilkin çağlardan İ.Qəmbərov Xalq cəbhəsindən “Azadlıq” qəzetinədək KQB metodlarıyla intriqalar yaradır, onları yönətirdi. Xalq cəbhəsinin nədən, niyə yarandığı, onu hansı toplumsal, ulusal, demokratik gərəklərin doğurduğu İ.Qəmbərovu azacıq da ilgiləndirmirdi- onun üçün önəmlisi ara qarışdırmaq, adamları salışdırmaqla öz oyunlarını oynamaq idi. İ.Qəmbərov yiyələndiyi hakimiyət gücündən yararlanmaqla ölkənin çoxsaylı, bir-birindən ağır sorunlarının çözümünə girişmək yerinə, Qarabağ uğrunda savaşa hakimiyətin bütün gücüylə qatılmaq yerinə, AXC-də başında durduğu intriqa sürəcini elə ilk çağlardan AXC hakimiyətinə keçirməyə başlamışdı. Bu işdə onun AXC-dən üzü bəri iki ən yaxın yardımçısı vardı: Pənah Hüseynov, Arif Hacıyev. Burası da önəmli faktdır. Sərdar Əlibəyli efirdə P.Hüseynovdan soruşur: “Prezident Elçibəyin Surəti Rəhim Qazıyevə qarşı İSTİFADƏ ETMƏK niyyətindən xəbəri vardımı?” P.Hüseynov kəsinliklə bildirir: “Birmənalı şəkildə vardı və prezidentə bu haqda deyilmişdi”. Belə deyim var: dil çaşar, doğrunu deyər. Gəlin buradakı gerçəyi ortaya çıxarmaq üçün qısaca analizə baş vuraq. Gerçəkdə belə deyilməliydi: prezident qərara almışdı, fərman qollamışdı, bizi də (İ.Qəmbərov, P.Hüseynov, A.Hacıyev) bununla bağlı bilgiləndirmişdi. Ancaq, görün Pənah necə deyir: “Birmənalı şəkildə xəbəri vardı və prezidentə bu haqda deyilmişdi”. Demək, intriqa yaratmaq üçün oyunu quran da, qərar verən də bəlli Üçlük olub. Oyun qurulandan, qərar veriləndən sonra... “prezidentə bu haqda deyilib”. “Prezident” isə çoxdanın “prezidenti” idi- AXC-dən tanıdıqları, o çağdan böyük uğurla yola verdikləri “prezident”. Kimsə çaşmasın- qarşılıqlı oyun gedir, prezident də öz oyununu oynayırdı: onlar onu, qurduqları plana uyğun olaraq, Yusif Sərrac gözündə görürdülər, o isə sonralar gördüyümüz “at gedişiylə” onları “mat” edəcəkdi! Görün xalqı nə yerinə qoyurlar: Surət Hüseynovla bağlı qərarı prezident vermişdisə, nəyə görə o qərarla bağlı prezidentə "xəbər" verilirdi?! (ardı var)
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 2025 13:22
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 2025 12:06
- Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq - Prezident
19 iyul 2025 18:13
- Sevindik Hüseynov Amerika dövlətini aldatdı: 137 milyon dollarlıq fırıldaq....
7 iyul 2025 12:22
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 2025 00:23
- Elçibəy iyun qiyamı barədə –Surət Hüseynovu həbs edə bilmədik, Heydər Əliyev edə bildi
5 iyun 2025 02:42
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 2025 20:02
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45