Sumqayıtda 7 yaşlını öldürən məşqiçi ilə uşağın anası arasında gizli...
Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
NUH.az "Teleqraf.com"a istinadən bidlirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən Mehman Xəlilovun vəkili Anar Qasımlı vəsatətlə çıxış edib. O bildirib ki, əvvəldən axıra kimi çəkiliş aparılmasını istəyirlər: "Təqsirləndirilən şəxsə ağır ittiham verilib. Bunun da səbəbi bu hadisə baş verəndən sonra yayılan videolardır. Həmin videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Nəticədə təqsirləndirilən şəxsə ağır ittiham verildi.
İşdə daha fərqli hallar var. Bu, ağır hadisədir, təsirlənirəm, zərərçıkmişin acısına şərikəm. Amma işin aparılması, araşdırılması lazımdır. Biz prosesin açıq və ya qapalı keçirilməsində maraqlı deyilik. Əgər çəkiliş olacaqsa, əvvəldən axıra kimi aparılsın. Bizdə bu işin obyektiv araşdırılmasını, cəmiyyətin həqiqəti bilməsini istəyirik. Kiçik bir çəkiliş aparıb, sonra böyük səs-küy yaranmasını istəmirik".
Təqsirləndirilən Mehman Xəlilov da vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı Samir Məmmədov isə məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib.
Zərərçəkmiş Fərid Bakarovun hüquqi varisi, anası Aynurə Məlikova zalda mətbuatın iştirak etməsinə etiraz edib. O deyib ki, mətbuatda bu işin yayılmasını istəmir: "Biz şou göstərmək istəmirik. Biz işin araşdırılmasını, qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda söhbətlər olubsa, öz aramızdadır, özümüz bilirik. Bunun yayılmasını istəmirik. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik. Mənim oğlum var, məktəbə gedir. Bunları internetdə görür, çox pis olur. Ötən məhkəmə iclasını çəkdilər, ananın fəryadı adı ilə şou yaratdılar".
Daha sonra müşavirə keçirən hakim heyəti qərar açıqlayıb. Hakim deyib ki, işdə olan ailə sirrinin yayılması qanunla qadağandır. İşdə ailə sirri ilə bağlı sənədlər, yazışmalar var.
Daha sonra proses qapalı keçirilib.
Qapalı prosesdə prokuror ittiham aktını elan edib. Mehman Xəlilov ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, hadisə qəsdən yox, ehtiyatsızlıqdan baş verib.
Növbəti proses sentyabrın 21-də davam edəcək.
İttihama görə, bu ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
