Heç kəs unutmasın ki, bizim yaradıcılığımız şəxsi əmlakımız deyil xalqın sərvətidir
İnterval.az-ın bu gün ki müsahibi və özəl qonağı “Natiq” ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti Natiq Bahadur oğlu Şirinov.
Müxbir : – Xöş gördük, əziz və dəyərli sənətkarımız Natiq müəllim,
Bildiyimizə görə uzun bir müddətdir ki, novator və müəllif kimi yaradıcılığınızla əlaqəli bır çox problemlər yaranıb və siz onları köklü şəkildə həll etməyə qərar vermisiniz.
N.Ş.:Müəlliflik hüququ ətrafında yaranan problemlər illərdir ki, bir çox sənət adamı kimi məni də narahat edir. Bildiyiniz kimi biz mədəniyyət adamları daha çox qastrol səfərlərində olur, vaxtımızın xeyli hissəsini sənət fəaliyyətinə sərf edirik. Buna görə də digər işlərə, o cümlədən müəlliflik hüququ kimi məsələlərin tənzimlənməsi və həllinə vaxtımız qalmır. Hazırda, qanuna əsasən müəlliflərin qonorarlarının yığılması və paylanması işini ictimai birliklər aparmalıdır. Əlbəttə, bunu çox yaxşı bilən dələduzlar daim iş başındadır.
Müxbir:Bildiyimiz kimi illərdir bir çox faktlar təsdiq edir ki, dəfələrlə Azərbaycan sənətinin qorunması naminə aparılan qanuni işləri pozaraq şəxsi maraqları üçün maddi qazanc əldə etmək halları ilə qarşılaşmışıq. Bəzi araşdırmalar apararaq bir çox maraqlı faktlarla tanış olmuşuq. Buna misal olaraq ictimai birlik kimi əvvəllər “Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi” adı ilə qeydiyyatdan keçmiş, sonradan isə “Azərbaycan Müəllifləri” İctimai Birliyi kimi adını dəyişdirərək fəaliyyət göstərən bu təşkilatda uzun müddətdir ki, “hakimiyyət” davası gedirdi. Yaradıcılığa aidiyyatı olmayan şəxslər illərlə bu birliyə kimin rəhbərlik edəcəyi iddiası ilə məhkəmələrdə çəkişmələrdə, bir birini mənimsəmələrdə ittiham etməkdə idilər. Amma bu illər ərzində müəlliflərin qonorarlarının ödənilməsində hansı iş gördükləri barədə bir dənə də olsa nə ictimaiyyətə açıq məlumata, nə rəsmi hesabata rast gəlmədik.
N.Ş.: Məncə biz müəlliflərin, öz hüqüqlarının nədən ibarət olması və haqqlarını tələb etmək üçün qüvvədə olan dövlətimizin ali qanunları ilə tanış olub bir az maariflənmələrinin tam zamanı çatıb. Yaradıcı adamların hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik də artıq rəsmi olaraq qeydiyyatdan keçib və aktiv fəaliyyətə başlamışdır və mən dərhal oraya üzv oldum. Bəli, belə ictimai birliklərin qanunla yaradılmalarının məqsədləri özləri üçün pul qazanmaq deyil. Onlar müəlliflər, ifaçılar üçün, bir sözlə yaradıcı insanların adından rastlaşdıqları müəlliflik problemlərinin həlli ilə məşğul olmaq və onlara çatmalı olan qonorarları toplayıb əsər sahiblərinə çatdırmalıdırlar.
Müxbir: Yaqin bu qədər yüklü iş qrafikiniz arasında sizi bir də hüquqi işlərinizlə məşğul olmağa vadar edən çox ciddi bir səbəb var.
N.Ş.:Mahnıların, şeirlərin, müxtəlif növ yaradıcılıq nümunələrinin oğurlanması, yaxud başqa adla təqdimatı haqqında çox eşitmişik. Mən də bu problemlə dəfələrlə üzləşmişəm. Bu yaxınlarda yaşanan hadisə isə məni daha qətiyyətli olmağa və ciddi addımlar atmağa vadar etdi.
Belə ki, tərəfimdən 2012-ci ildə yaradılmış materialı daşdan olmayan, ebonit olan, əl ilə ifa olunan və fərqli səs effektlərinə malik “Qavaldaş nağara” adlı tətbiqi sənət əsəri 2019-cu il 11 dekabr tarixində 12/C-10851-19 nömrəsi ilə Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. Həmin qavaldaş nağara tətbiqi sənət əsəri əsasında yaradılmış aləti Azərbaycanda ilk dəfə olaraq keçirilən “Eurovision” mahnı müsabiqəsinin açılış mərasimində istifadə etmişəm. 2019-cu ildə Heydər Əliyev adına Sarayda “Natiq Ritm Qrupu”nun böyük tamaşaçı kütləsinin iştirakı ilə keçirilən konsertində, habelə 2012-ci ildən etibarən Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə həmin Qaval daşından istifadə etməklə ifalarım olub. Lakin cavabdeh Ramil Cahangirov tərəfindən razılığım olmadan qanunsuz olaraq “Qaval daş”dan istifadə edilib. Belə ki, müstəsna hüquqları mənə məxsus tətbiqi sənət əsəri olan müəlliflik hüququ obyekti çertyojlardan və materiallardan istifadə edilərək yaradılmış Qaval daşından cavabdeh Ramal Cahangirov müxtəlif tədbirlərdə istifadə edərək haqsız qazanc əldə edib. Bununla da mənim müəlliflik hüquqlarımı pozub.
Xüsusilə qeyd edim ki, müəlliflik hüququ ilə bağlı məsələlərə daim həssaslıqla yanaşmışam. Yaradıcı fəaliyyətimin nəticəsində meydana gəlmiş bir çox musiqi alətlərinin və musiqi əsərlərinin müəllifiyəm və həmin müəlliflik hüququ obyektlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirmişəm.
Sizə danışdığım məsələ ilə bağlı da qanunauyğun şəkildə addım atmağı lazım bilərək məhkəməyə müraciət etdim. Kifayət qədər sübutum olduğu üçün ədalətin bərqərar olacağından şübhəm yoxdur. Müəlliflik hüquqlarının pozulmasının sübutu kimi müxtəlif videogörüntüləri də məhkəməyə təqdim etdim.
Yaradıcı fəaliyyətim dövründə dəfələrlə müəlliflik hüquqlarımın pozuntularına rast gəlmişəm. Problemin həlli istiqamətində müraciət edə biləcəyimiz rəsmi qurumun olmasına baxmayaraq, elə məsələlər də var ki, onların həlli, qanunlarımızın tələbinə uyğun olaraq, yalnız yaradıcı insanların özlərinin yaratdıqları qeyri-hökumət təşkilatı olan – yani ictimai birlik olan təşkilatlar tərəfindən həyata keçirilməlidir. Sevindirici haldır ki, bu qəbildən olan problemlərimizi həll etmək iqtidarında olan, qapısını döyə biləcəyimiz “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi var. Üzvü olduğum Birlik üzləşdiyim problemin həlli istiqamətində öz səlahiyyətləri çərçivəsində, özlərinə aid hissədə mənə lazımi dəstəyi göstərdi. Əvvəllər bu sahədə özlərini müəlliflərin maraqlarını təmsil edənlər kimi qələmə verən ictimai birlik yalan vədlərdən başqa heçnə etmirdi. İndi isə sözün əsl mənasında işi görən peşəkarlardır, sənətə can yandıranlardır. Çünki müəlliflərin problem və əmlak hüquqları ilə məşğul olan qurum ancaq yaradıcı insanlardan və müəlliflərin özündən ibarət olmalıdır. Üzvü olduğum və hal-hazırda mənim problemimin həllini aparan MHU İB məhz bələ bir təşkilatdır və nəticənin də müsbət olacağına inanıram.
Bilirsiniz ki, mən təkcə Azərbaycanda yox, həm də Azərbaycandan kənarda də mədəniyyətimizi təmsil edirəm. Ona görə də əsərlərimin xaricdəki taleyindən də nigaranam.
Müxbir: Yeri gəlmişkən sizinlə müsahibədən öncə biraz araşdırmalar apardım. Çox maraqlı bir faktla rastlaşdım. İllər öncə piratçılığa dəstək verərək şərait yaradan işbazların ucbatından, Azərbaycan faktiki olaraq bu sahə üzrə “qara siyahıya”daxil edilmişdir. Bu “qara siyahı” hər il ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (Prezidentin İcraçı Ofisi) ABŞ-nın ticarət tərəfdaş dövlətlərində əqli mülkiyyət hüquqlarının riayət olunmasına və qorunmasına dair Xüsusi 301 Hesabatında (“Siyahı 301”) əks olunur.
N.Ş.:Bəli belə bir fakt mövcud olub. Bildiyimə görə Azərbaycan Respublikası yalnız 2006-cı ildə, o cümlədən o zamanki Müəllif Hüquqları Agentliyinin (hazırki Əqli Mülkiyyət Agentliyi) səyləri nəticəsində həmin siyahıdan çıxarılmışdır. Amma, maraqlısı bilirsiz nədir? Belə siyahıya ölkəmizin düşməsinin səbəblərindən biri də, bəlkə də ən böyüyü müəllif hüquqlarını pozanlar olub. Hələ 2000-ci illərin əvvəllərində ölkədə fəaliyyət göstərən studiyaların müəllif hüquqlarını pozaraq buraxdıqları kasetlər ölkəmizin bu “qara siyahı”ya düşməsində böyük rol oynamışdır. Əlbəttə bu ölkəmizin beynəlxalq nüfuzuna çox böyük zərbə idi. Bu günkü söhbətimizin mövzusuna və sizin qaldırdığınız məsələyə aid olduğu üçün bu faktı burda səsləndirmək istədim.
Xüsusilə qeyd etmək istərdim ki, bu günkü gün “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi musiqiliəsər müəlliflərinin hüquqlarının təkcə Azərbaycanda deyil, ölkə xaricində dəqorunması məqsədilə digər dövlətlərin müvafiq təşkilatları və beynəlxalq qurumları ilə iş aparır.
Bəli, səsləndirilən faktlar bir daha onu göstərir ki, bu sahədə təkcə öz xeyirlərini düşünən iş adamlarından yaradıcı insanlara heç bir xeyir və dəstək ola bilməz. Hətta, belə “fəaliyyət” həm də ölkənin beynəlxalq imicinə də xeyir gətirməz.
Bir daha vətənin xalqının sənətkarı kimi demək istəyirəm ki, mən ömrümü Azərbaycan sənətinə və millətimin mədəniyyətinə həsr etmişəm və son nəfəsimə qədər də yaradıcılığımla xalqıma qulluq edəcəm. Və heç kəs unutmasın ki, bizim yaradıcılığımız şəxsi əmlakımız deyil xalqın sərvətidir. Bu sərvətə əl uzatmaq kirlətmək və ləkə salmaq olmaz.
Belə bir ağır və məsuliyyətli işlə yaradıcı şəxslərə göstərdikləri dəstək üçün “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayıram.
Nərmin İsgəndərli
İnterval.Az
Məqaləyə dair fotomateriallar:







- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
