Azərbaycanda Baş Nazir müavininin oğlu şəhid olub - ŞOK
Günün sitatı18 sentyabr 2023 23:42
Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndində aşkarlanan kütləvi məzarlıqda aparılan araşdırmalar zamanı Milli Qəhrəman Riad Əhmədovun da nəşinin qalıqları tapılıb.
Riad Əhmədov kimdir?
Əhmədov Riad Fikrət oğlu 1956-cı ilin bu günü Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda işləyib. 1979-1981-ci illərdə nazirlikdə çalışıb.
1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, daha sonra təhsili ilə bağlı Minskə yollanıb. Azərbaycana qayıtdıqdan sonra - 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdamın müdafiəsi uğrunda mübarizə aparıb. 38 əməliyyatdan uğurla çıxan Riad Əhmədov ermənilərin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınıb.
Daşaltıda nə baş verdi?
Onun Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş isə məşhur Daşaltı əməliyyatı olub. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub.
Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan tağım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
Riad Əhmədov necə şəhid oldu?
Daşaltı əməliyyatında düşmənin diqqətini yayındırmaq üçün kəndə göndərilən 11 döyüşçüdən ibarət dəstə bələdçilərin satqınlığı ucbatından düz ermənilərin üstünə gedib çıxıb və mühasirəyə düşüb. Bakıdan gələn yüksək rütbəli iki nəfər Riada deyib ki, sənin əmrin olmadığı üçün döyüşə getməyəcəksən. Onda Riad xidməti vəsiqəsini və tapançasını təhvil verib sıravi döyüşçü kimi kəşfiyyata gedəcəyini bildirib.
Daşaltı əməliyyatı zamanı zabitlərdən ibarət peşəkar qrup formalaşdırılıb. Bu dəstə böyük işlər görüb. Riadgil axşam saat 6-dan 11-ə kimi döyüşüblər. Riad döyüş zamanı yaralansa da, bunu cəbhə yoldaşlarına hiss etdirməyib. Əsgərlərini həvəsləndirmək üçün daimi zarafatlar edib. Döyüş yoldaşları deyir ki, Riad döyüşə yaralı formada davam edib. Lakin getdikcə sayları azalırmış.
Axrıncı dəfə onu döyüşdə möcüzə nəticəsində sağ qalmış İlyas adlı bir döyüşçü görüb. Riad ayağından yaralanıb. İlyas deyib ki, Riad, gəl səni döyüşdən çıxaraq. Razı olmayıb. Nəticədə Riadın necə şəhid olmasına heç bir döyüşçümüz şahid olmayıb.
Milli Qəhrəmanın xatirəsi...
Qeyd edək ki, Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. Onun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli, "Qayıt Riad" bədii-sənədli və "İtirdiyimiz qəhrəman” filmi çəkilib.
Riad Əhmədovun 2 övladı yadigar qalıb.
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
Xəbər lenti
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
Video & Fotoqalereya
Video
Fotoqalereya


