Bakıda 85 yaşlı biznesmen xanıma bəarət verildi: 1 milyonluq borcu silindi...
Bakıda mənimsəmə və ya israf etmə maddəsi ilə ittiham edilən məşhur iş xanımı barəsində bəraət hökmü çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, 1938-ci ildə Tovuz rayonu, Qoşabulaq kəndində doğulmuş, "Şah Market” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri Hacıyeva Qənirə Ələkbər qızı 2015-2020-ci illər ərzində 715.862,48 manat vəsaiti vergidən yayındırdığına görə barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və 18 yanvar 2021-ci ildən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Səbail rayon Məhkəməsi bu günlərdə 85 yaşlı xanım iş adamı barəsində yekun qərar verib.
Qənirə Hacıyeva ifadəsində bildirib ki, rəhbərlik etdiyi bazar barəsində 763.834,77 manat məbləğində vergi hesablanıb. Özəl ekspertin verdiyi rəydə qeyd olunan kirayə haqqı həmin ərazidə mövcud olan faktiki kirayə haqqından xeyli artıq müəyyən edilib. Həmçinin obyektin zirzəmisindən mütamadi olaraq su çıxmasına görə kirayə haqqının daha aşağı olduğunu nəzərə alınmayıb. Vergilərin ödənilməsindən heç vaxt yayınmayıb, direktor olduğu ASC-nin vergiləri həmişə vaxtında ödənilib.
Məhkəmədə ASC-nin 2016-cı ildən 29,999% səhmlərinə sahiblik etmiş Kərimov Vəli Cəlil oğlu da iştirak edib. O, bildirib ki, ASC-nin 29,999% səhmlərinə sahib olsa da, indiyədək hansı divident ala bilməyib. Cəmiyyətə məxsus ünvanda yerləşən və 758 kv metr sahəsi olan ticarət obyektinin kirayə haqlarının bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirildiyini və vergilərin az hesablandığını, habelə divident ödənilməməsi barədə dəfələrlə aidiyyəti orqanlara şikayət edib.
Yekun qərarı olaraq məhkəmənin hökmü ilə cinayət hadisəsi olmadığına görə Qənirə Hacıyevaya Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh təqsirləndirilən şəxs qarşı 715862,48 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası rədd edilib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, mərhum Faiq Məmmədovla Qənirə Hacıyeva arasında uzun illər sözügedən şirkətin səhimləri ilə bağlı məhkəmə çəkişməsi gedib. Faiq Məmmədov 2016-cı ildə "Şah Market”dəki 29,999 faiz payını Vəli Kərimova verib. Qənirə Hacıyeva isə KİV-də iddia edib ki, mərhum Faiq Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin sədri olduğu dövürdə səlahiyyətlərindən sui-istifadə edərək şirkətin səhimlərinin 29 faizini ələ keçirib.
Xatıradaq ki, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında "Şah Market" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 284 min 242 manat 26 qəpik vergi borcu göstərir.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
