Əli İnsanov iqtidardan 8 min avro alacaq...
“Leyla Yunusun tərtib etdiyi 254 nəfərlik siyahı onun özünə məxsusdur və Azərbaycanda olan hüquq müdafiə təşkilatları o siyahını rədd edir”
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Aihmaz.org-un məlumatına görə, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş müxtəlif hüquqlarının pozulduğu tanınan bir çox şəxsə təzminat ödəməlidir. Sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanov (2005-2019-cu illərdə həbsdə yatıb) 8100 avro, ruhani Abgül Süleymanov (2011-2022-ci illərdə həbsdə yatıb) 7000 avro, onun vəkili 2000 avro alacaq. Məhbus AXCP üzvü Zamin Salayevə 2850 avro ödənməsi nəzərdə tutulur.
Bu arada xaricdə yaşayan hüquq müdafiəçiləri Leyla Yunus siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın məlumatına görə, siyasi məhbus sayılan 254 nəfər siyahıda 8 qrupa bölünüb: 183 inanclı; “Gəncə işi” (2018-ci il) üzrə tutulan 22 nəfər; müxalif partiyaların və hərəkatların 13 üzvü; 11 jurnalist və bloqçu; 11 ömürlük məhkum; “Tərtər işi” (2017-ci il) üzrə tutulan 7 nəfər; Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir; 2 hüquq müdafiəçisi.

Neçə illərdir xaricdə yaşayan Leyla Yunus və əri Arif Yunus yenə də fəallaşıblar. Qərbdən Azərbaycana qarşı hücumların artdığı bir vaxtda onların da aktivləşməsi təsadüfdür, yoxsa bağlılıq var? Əli İnsanov istəsə, ona ödənilməsi nəzərdə tutulan təzminatdan imtina edə bilərmi?
![]()
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi zaman-zaman şikayətlərə baxaraq qərardadlar çıxarır: “Bu da başadüşüləndir. Biz Avropa Şurası ailəsinə üzv olduqdan sonra müəyyən öhdəliklər götürmüşük və Avropa İnsan Hüquqları Məhkəməsinin də yurisdiksiyasına daxil olmuşuq. Mənim hörmət etdiyim Lətif Hüseynov hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edir. Bu təzminatların verilməsi ilə bağlı məsələ Azərbaycan dövləti tərəfindən icra edildikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə arayış təqdim olunur. Əli İnsanovun və ya istənilən vətəndaşın təzminatdan imtina etməsinin mümkün olub-olmadığına gəlincə, bəli, imtina edə bilər. Hüquq imtinanı qəbul edir. Məsələn, Əli İnsanov istəsə, ərizə yazaraq ona ödənilməsi nəzərdə tutulan təzminatdan imtina etdiyini bildirə bilər. Bu, artıq onun şəxsi işidir.
Leyla Yunusun siyahısına gəldikdə, bu fəallaşma təsadüfi deyil. Leyla Yunus və onun kimi Azərbaycana düşmən kəsilən şəxslər onsuz da Avropanın müəyyən institutları ilə cinayət əlaqəsindədirlər və onlarla əməkdaşlıq edərək Azərbaycanın imicinə zərbə vurmaq üçün hər cür addımlar atırlar. Leyla Yunus xaricdə oturub Azərbaycanın daxilindəki proseslərə necə düzgün qiymət verə bilər? Bugünlərdə hüquq müdafiəçiləri olaraq Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mən bir qrup vətəndaşlarımızı qəbul etdik. Onların içərisində yeni həbs olunanların ailə üzvləri, əvvəllər həbs olunanlar da var idi. Biz danışıqlar zamanı araşdırırıq ki, kimin prosesual hüquqları pozulub, kimin barəsində hansı qanunsuz addımlar atılıb və ya atılıbmı? Çünki hər bir şikayət həmişə haqlı olmur. Amma Leyla Yunus xaricdə oturub və qaranlıq maraqlara görə müəyyən adamların adlarını siyahıya salmaqla “siyasi məhbus siyahısı”nı şişirtməklə məşğuldur. Leyla Yunusun tərtib etdiyi 254 nəfərlik siyahı onun özünə məxsusdur və Azərbaycanda olan hüquq müdafiə təşkilatları o siyahını rədd edir. Düzdür, ayrı-ayrı fərdlər var ki, onların həbsi zamanı prosessual hüquqları pozulub və biz onların həlli üçün hüquq-mühafizə orqanları ilə danışıqlar aparırıq. Bugünlərdə də belə qərara gəlmişik ki, ölkənin baş prokuroru, daxili işlər naziri, eyni zamanda Ali Məhkəmənin sədri ilə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri olaraq görüşlər keçirək. Bu görüşlərin də əsas qayəsi bu cür şikayətlərin böyüyüb Avropaya getməsinin qarşısının alınmasıdır ki, məsələlər yerində həll olsun. Təəssüf ki, Azərbaycana Qərbdən basqıların olduğu dövrdə “sapı özümüzdən olan baltalar” da aktivləşib. Bu, bir sinxron fəaliyyətdir".

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir sıra hallarda haqsız qərarlar çıxarır: “Beynəlxalq hüququn əslində hansı səviyyədə işlədiyini biz son zamanlar xüsusilə görməkdəyik. Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin təzminat qərardadlarının yerinə yetirilməsindən qaçmır. Əgər hər hansı bir vətəndaşımızın hüquq-mühafizə orqanları tərəfindən hüquqları pozulubsa, bunun qarşılığını ödəmək üçün Azərbaycan dövləti əlindən gələni edib. Əgər Avropa Məhkəməsinin göstərdiyi əsaslar doğrudursa, Azərbaycan məsuliyyətdən yayınmır. Dünyadakı bütün dövlətlərdə bu kimi hallar baş verir və hüquq pozuntularından heç bir cəmiyyət sığortalanmayıb. Maraqlıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi yerləşdiyi Fransanın özündə insan hüquqlarının küçə və meydanlarda ayaqlar altına atılması, etirazçılara divan tutulması kimi hüquq pozuntularına məhəl qoyulmur. Lakin Azərbaycan kimi dövlətlərdən edilən şikayətlərə araşdırma və dəqiqləşdirmə aparmadan reaksiya verir və qərardadlar çıxarır. Biz məhkəmənin qərəzsizliyinə, ədalətinə o zaman inanardıq ki, bütün dövlətlərə münasibətdə eyni yanaşma ortaya qoysun, ayrı-seçkilik etməsin. Avropa İnsan Hüquqları Məhkəməsi və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı fəallığına gəldikdə, ölkəmizin müstəqil siyasəti, torpaqlarını azad etməsi, ərazisində erməni separatizmini çökdürməsi həmin qüvvələri qıcıqlandırır. Bir neçə şəxsə münasibətdə təzminat ödənilməsi barədə qərardadlar Azərbaycanı haqlı mövqeyindən döndərə bilməz. Biz gözləyirik ki, beynəlxalq məhkəmələr Ermənistanın Azərbaycan dövlətinə və vətəndaşlarına 30 ilə yaxın vurduğu zərərlərə görə hansı mövqeləri sərgiləyəcək, Ermənistanın təzminat ödəməsi barədə qərarlar çıxaracaqlarmı? Bunu etməyəcəklərsə, biz həmin məhkəmələrin ədalətli olmasından və bizə qarşı çıxardığı qərardadların ədalətli olduğundan danışa bilmərik. Biz onlardan haqqımızı tələb edəcəyik”.
X.Bəşirov qeyd etdi ki, Azərbaycanın müstəqil siyasət yürütməsini və güclənməsini istəməyən beynəlxalq təşkilatların, dövlətlərin anti-Azərbaycan fəaliyyətini gücləndirdiyi bir vaxtda özünü “hüquq müdafəçisi” kimi təqdim edən bəzi azərbaycanlıların da saxta siyahılar tərtib etməsi və təqdim eləməsi təsadüfi deyil: “Azərbaycanı istəməyən qüvvələr səfərbər olublar. Siyasi məhbus mövzusunu da qəsdən qabardırlar. Məqsəd Azərbaycanı hədəfə çıxarmaq və nüfuzuna zərbə vurmaqdır. Siyasi məhbus mövzusu süni yaradılmış "silah"dır. Bu silahdan Azərbaycan və Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərə qarşı istifadə olunur".
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
3 fevral 2026 13:46
- Fərəh Pəhləvi İranda ölənlərdən danışdı
25 yanvar 2026 22:20
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
7 yanvar 2026 13:51
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
6 dekabr 2025 14:03
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 2025 12:19
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
