Səni -yarım srok-a içəridən çıxartdıracağam - Həbib Axundovun şərikinə verdiyi vədin tarixçəsi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
Əfv olunanlar arasında sabiq səfir Elmira Axundovanın yaxını olan Elnur İbrahimov yoxdur. Qaçaq sabiq səfir Elmira Axundovanın yaxını olan Elnur İbrahimov külli miqdarda dələduzluq cinayətində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan mərhum edilib.
Musavat.com xəbər verir ki, həbsinə qədər Elnur İbrahimova Elmira Axundovanın oğlu Həbib Axundov həbsə düşəcəyi halda əfvlə azadlığa çıxaracağı vədini vermişdi.
Bu vəd Elnur İbrahimova nəyin qarşılığında vermişdi?
2013-cü ildə Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Vətəndaşlara Elmira Axundova və oğlu bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb.
Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra hüquq mühafizə orqanına müraciət etmək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustun 5-də Elnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.
Həmin gün orada yerləşən "Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə o zaman deputat olan Elmira Axundova vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana gedən Elnur İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.
Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına Elnur İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. Elnur İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, Elnur İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda Elmira Axundova və oğlu Həbib Axundova onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə zərərçəkənlərin hər birini 10 min manat cərimə belə etdiriblər.
Elnur İbrahimovun Həbib Axundov, onun anası Elmira Axundova ilə çox yaxşı münasibətləri olub.
Ailənin bütün tədbirlərində Elnur İbrahimov məclisin yuxarı başına keçirilib, Elmira Axundova hələ deputat olduğu zamanlarda onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var. Həbib Axundovun psevdo-biznesin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Həbib Axundov Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib.
Bu günə qədər bu ləngimənin izahı yoxdur. 2016-cı ildə Elnur İbrahimov həbs edilib ölkəyə gətiriləndən sonra üzərində məhkəmə qurulsa da, yenə də onun ölkədən qaçırılması məsələsi araşdırılmayıb. Rusiya hüquq mühafizə orqanlarından onunla bağlı məlumatların 3 ildən artıq gizlədilməsini kimin xahiş etməsi də bilinmir. Bu haqda yalnız əsaslı ehtimallar var.
Cinayət işində qaçaq səfir Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları, Elnur İbrahimovun boynuna yüklənən psevdobiznesdən günaşırı gəlir əldə etmələri barədə təkzibedilməz sübutlar - SMS yazışmaları var.
Bu baxımdan zərərçəkənlərin pullarını Elmira Axundovadan, onun oğlu Həbib Axundovdan tələb etməsi də təsadüfi olmayıb. Məhz bu tələblərdən sonra ortaya "günah keçisi" Elnur İbrahimov atılıb. 2013-cü ildə Həbib Axundov zərərçəkənlərin gözü qarşısında hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olub, özünü isə o zaman Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan vaxtından əvvəl azad edəcəyi vədini verib.
Bu haqda iş üzrə zərərçəkənlərdən Ziya Fərhad oğlu Vəliyevin də ifadəsində olduqca sensasion məqamlar var.
Ziya Vəliyev ibtidai istintaqa verdiyi, məhkəmədə təsdiqlədiyi həmin ifadəsində Elnur İbrahimovun Həbib Axundovla əlaqələrindən bəhs edir, 8 milyonluq cinayəti boynuna alması üçün verdiyi vəd haqda istintaqı məlumatlandırır.
Həbib və Elmira Axundovaya görə Elnur İbrahimova pul verdiyini açıqlayır.
Həmin ifadədən sitat:
"Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq mən ona pul vermədim və soruşdum ki, bu işi kiminlə və necə görür? Elnur isə cavabında dedi ki, "Bu iş monopoliyadadır. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Biz də yaxşı qazanc götürürük. Bu işlə cəmi 4 nəfər məşğuldur. Mən bu işləri Həbib Axundovla şərikli görürəm".
Lakin Elnurun belə böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan Həbibdən həqiqətən belə iş görüb-görmədiklərini soruşdum. Həbib də mənə Elnurun dediklərini təsdiq edərək onunla birlikdə bu işi gördüyünü bildirdi. Elnurun təklifinin ciddiliyinə bir qədər inandım. Çünki Həbib Axundovu tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işlədiyini, Milli Məclisin deputatı Elmira Axundovanın oğlu olması və Həbibin özünün Elnurun dediklərini təsdiq etməsi məndə Elnura inamı bir qədər də artırdı".
Ziya Vəliyev ifadəsinin davamında Həbib Axundovun Elnur İbrahimova verdiyi vəddən bəhs edib.
Sitat: "Həbiblə Elnur öz aralarında nəsə danışdılar və sonra Həbib maşında Elnura deyirdi ki, "sən pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən, hər ay sənin ailənə 500 AZN verəcəyəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni "yarım srok"a "içəri"dən çıxartdıracağam".
Bu vəd zərərçəkənlərə verilən vəd kimi havada qalıb.
Bu gün Elnur İbrahimov həbsdədir. O, 9 illik həbs müddətini il yarıma tamamlamaq üzrədir. Ümumi olaraq isə cinayət işi tam olaraq araşdırılmayıb. İstintaq, sonradan isə məhkəmə iş üzrə yalnız Elnur İbrahimovla bağlı hissəyə hüquqi qiymət verməklə işini bitirib. Həbib Axundovun, onun anası Elmira Axundovanın 8 milyonluq dələduzluq işində rollarının olub-olmamasına hüquqi qiymət verilməyib.
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
