1919-cu ildə Azərbaycana gələn İran Şahını AXC adından kim qarşılayıb? –Britaniya arxivindən NADİR FOTOLAR
Böyük Britaniya Tarix Muzeyinin arxivində İranın Qacar xanədanın sonuncu hökmdarı Əhməd şahın Bakıya səfərini əks etdirən nadir fotolar saxlanılır.
Azpost.info bildirir ki, bu fotolarda Əhməd şah Qacarın şəhərə gəlişi və onun şərəfinə düzülmüş fəxri qarovulun önündən keçməsi əks olunub. Gəmidən enən şah onu qarşılayanlara hərbi salam verir.
İran şahı Bakıda 1919-cu ilin avqustunda olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərindən keçərək Avropa səyahətinə çıxıb.
Versal sülhünün şərtlərinə əsasən, Bakıda yerləşən ingilis ordusu Əhməd şah Qacarın qarşılanma mərasimində iştirak edib. Arxiv sənədlərində qeyd olunur ki, Əhməd şahı Qara dəniz ordusunun 83-cü piyada briqadasının komandiri, general Diqbi İnqlis Şattlvort qarşılayır. Fotolarda o, Əhməd şahla birgə görünür.
Əhməd şah Qacarı Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Adil xan Ziyadxanlı qarşılayıb. O, şahı qatarda Batuma qədər müşaiyət edib. Azərbaycanla İran arasında isti əlaqələrin qurulmasında bu səfər mühüm rol oynayıb. Əhməd şah Azərbaycan hökumətinə isti qarşılanmaya görə təşəkkür edib. Yolda Adil xan Ziyadxanlı İranın xarici işlər naziri Firuz Mirzə Nüsrətdövlə ilə müzakirələr də aparıb.
Firuz Mirzə, həmçinin Paris Sülh Konfransında İran nümayəndə heyətinin rəhbəri olub. Şahın Bakıda gördüyü və eşitdikləri, o cümlədən A.Ziyadxanlı ilə söhbətləri onda Azərbaycan haqqında obyektiv rəyin yaranmasında rol oynayıb. Çünki İran 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını birmənalı qarşılamamışdı. Paris Sülh Konfransında irəli sürdüyü memorandumda İran Azərbaycanın keçmiş xanlıq olan ərazilərinə qarşı iddia qaldırmışdı. Lakin siyasi reallığı dərk etdikdən sonra iddiasından geri çəkildi.
İranla Azərbaycan Xalq Cumhuriyyəti arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında yaranıb. AXC höküməti Adil xan Ziyadxanlının qardaşı İsmayıl xan Ziyadxanlı başda olmaqla fövqəladə missiyanı Tehrana göndərib. Bu missiya İranla vacib məsələlər barədə ilkin danışıqlar aparıb. Bura Tehranda səfirliyin, Təbrizdə konsulluğun açılması daxil idi.
İsmayıl xan Ziyadxanlı həmin ilin aprelində Ənzəlidən keçməklə İrana gəlir. Rəsmi “İran” qəzeti bu səfərin şərəfinə “Bizdən olan qonaqlar…” başlığı ilə bu səfər barədə yazı hazırlayır. Yazıda qeyd olunur ki, “qonaqlar Qafqazın İslam millətinin nümayəndələridir”.
Daha sonra qəzet qeyd edir ki, “bu hörmətli qonaqlar 100 ildir İranda hökm edən tayfanın nəslindəndirlər. Cənab İsmayıl xan Ziyadxanlı bizim nəsildəndir (Qacar nəslindən…) O, Gəncədə rus işğalına qədər hakimiyyəti idarə etmiş hörmətli xan nəslindən sayılır”.
Adil xan Ziyadxanlı bir müddət xarici işlər naziri olub. Nəsib bəy Yusifbəylinin 1919-cu ilin aprelində qurduğu hökumətdə Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, Adil Ziyadxanlı isə onun müavini təyin edilib. Bu postda o, 1919-cu ilin avqustuna qədər işləyib.
16 iyul 1919-cu ildə AXC Nazirlər Kabineti İranda səfirlik açmaq barədə qərar qəbul edir. Oktyabrın 4-də ştat müəyyənləşir. Tehranda diplomatik nümayəndəliyin rəhbəri Adil xan Ziyadxanlı təsdiq olunur. Çar Rusiyasının Tehrandakı sabiq səfiri Etter ciddi-cəhdlə nümayəndə heyətinin İrana gəlməsinə mane olmağa çalışsa da, bacarmır.
Azərbaycan nümayəndə heyəti böyük hörmətlə İranda qəbul olunur. Əhməd çah Qacar AXC-nin Təbrizdə və digər şəhərlərdə daimi diplomatik nümayəndəliyinin açılmasına əmr verir. Şahın adından Azərbaycan nümayəndə heyətinin şərəfinə təntənəli ziyafət verilir.
23 sentyabr 1919-cu ildə A.Ziyadxanlı AXC-nin səfiri kimi Tehranda fəaliyyətə başlayır.
Əhməd şah Qacarın taleyi isə kədərli olub. Sultan Əhməd şah Qacarlar nəslindən olan sonuncu İran şahıdır. Sultаn Əhməd Mirzə Məhəmmədəli şah oğlu 1897-ci ildə Təbriz şəhərində dоğulub. Mükəmməl saray təhsili alıb. Sultаn Əhməd Mirzə 1909-cu ildə аtаsı кönüllü surətdə şаhlıqdаn əl çəкəndən sоnrа tахtа əyləşib. Əhməd şаh 1925-ci ildə şаhlıqdаn dеvrilib. Ondan sonra taxta Pəhləvi sülaləsi çıxıb.
Əhməd şah Qacar 1930-cu ildə Fransada vəfаt еdib.
Xaqani SƏFƏROĞLU


- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
4 aprel 2026 19:53
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
3 aprel 2026 23:39
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
