Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
Avropa müharibələrində muzdlulardan istifadə adi bir təcrübə olub. Ancaq yalnız nasist Almaniyası könüllü legionların sayına görə bütün digər ölkələri üstələyib. Üstəlik, həmin şəxslər Hitlerin tərəfində heç də muzdlu məqsədlərlə deyil, ideoloji motivlərlə döyüşüblər. 3-cü reyxdə hər cür xarici birləşmələr mövcud olub, lakin Hindistanın könüllü legionu “Azad Hind" ("Azad Hindistan") belə rəngarəng fonda fərqlənib.
1930-cu illərdə Hindistanda müstəqillik uğrunda mübarizənin önündə Hindistan Milli Konqresi dayanıb. Onun görkəmli nümayəndələri Mahatma Qandi və Cavahirlal Nehru bütün dünyada tanınıb. Amma partiyada başqa xarizmatik siyasətçi Kəlküttə meri və solçuların lideri Subhas Çandra Bos olub. Müəyyən müddətdən sonra Hindistanın müstəqilliyinin necə əldə edilməsi ilə bağlı onlar arasında fikir ayrılığı yaranıb. Bos hesab edib ki, bu, yalnız hərbi yolla, ingilislərə qarşı üsyanlar və silahlı toqquşmalar təşkil olunmalqa edilməlidir.
![]()
II dünya müharibəsinin başlaması ilə Çandra Almaniya, İtaliya və Yaponiyanın tərəfini tutub. Buna səbəb “düşmənimin düşməni mənim dostumdur” prinsipi olub. Eyni zamanda, onun partiya daxilində kifayət qədər çoxlu tərəfdarı olub, ona görə də hindli müxalifətçi sadəcə tribuna spikeri deyil, həm də hərbi qüvvəni təmsil edib. Təxribatdan qorxan ingilislər Bosu həbs edərək ev dustaqlığında saxlayıblar. Lakin o, yoldaşlarının köməyi ilə qaça bilib.
Onun üçün ölkədə olmaq təhlükəli olduğundan “netaji” (Bosun qeyri-rəsmi titulu, hərfi mənada “hörmətli lider” deməkdir) SSRİ-yə qaçaraq, orada Britaniyaya qarşı dəstək almağı planlaşdırıb. Lakin Sovet İttifaqı çətin siyasi vəziyyətdə ingilislərlə mübahisə etməyin sərfəli olmadığını hesab edərək Bosun təkliflərinə soyuqqanlı reaksiya verib və onu Almaniyaya göndərib.
![]()
Siyasətçinin arzusu məhz Berlində gerçəkləşib. Hitlerin səlahiyyət verdiyi xarici işlər naziri Ribbentrop ona gələcək üsyanda və yeni hökumətin tanınmasında tam dəstək verəcəyini rəsmən vəd edib
İnanılmaz dərəcədə ilhamlanan Çandra özünü Hindistanın müvəqqəti hökumətinin prezidenti adlandırmağa başlayıb və Almaniyada güclü fəaliyyət göstərib - "Azad Hindistan" radiostansiyasından tutmuş, sürgündə həqiqi nazirlər kabinetinin formalaşmasına qədər. Bos başa düşüb ki, onun geriyə yolu yoxdur, ona görə də o, hər şeyi Hitlerin başlatdığı müharibədə fürerin qələbəsinə qoyub.
Hitlerin hindistanlı döyüşçüləri
Onun fəaliyyətinin zirvəsi Afrikadan əsir götürülmüş hindlilər arasından könüllü legion yaratmaq olub. Çandra Bos vətənində tanınmış siyasətçi olduğundan məhbusların çoxu onu dəstəkləyib. Düşərgələri gəzərək təbliğatla məşğul olan Bos 3000-ə yaxın adamı legiona qoşa bilib. Onların arasında təkcə hərbi əsirlər deyil, Almaniyada yaşayan induslar da olub.
![]()
Beləliklə, 1942-ci ilin yayında Vermaxtın Hindistan alayı olan “Azad Hind” yaradılıb. Alay avqust ayında Adolf Hitlerə təntənəli formada sədaqət andı içib. Başlarında türban olan alman çöl formasındakı tünd dərili induslar olduqca ekzotik görünüblər. İindusların yarısı alman papaqları geyinib, sikxlər isə çalmalarını çıxarmaqdan qəti şəkildə imtina ediblər və göy qurşağının bütün rənglərində (kasta adətlərinə görə) çalmalar taxıblar.
Döyüşdə iştirak baxımından Vermaxt, İngiltərə müstəmləkə hökumətini devirmək üçün induslardan istifadə etmək planlarını hazırlayıb. Bu məqsədlə onlardan Hitlerin əsas qüvvələri kimi Qafqaz və İranı ələ keçirdikdən sonra Hindistana yürüşə yol açacaq qabaqcıl dəstələr kimi istifadə edilməsi düşünülüb.
Lakin hazırlıq getdiyi bir vaxtda Şərq cəbhəsində işlər istənilən kimi olmayıb. Almaniya Stalinqradda məğlub olub, onun Qafqazdakı mövcudluğu sual altına düşüb, ona görə də Hindistanı fəth etmək düşüncələri arxa plana keçib.
Çandra Bos isə inanıb ki, Avropada mümkün olan hər şey edilib və Britaniya Hindistanına iki tərəfdən zərbə vurmaq üçün Asiyaya keçməyin vaxtı çatıb.
![]()
Bu işdə ona Böyük Britaniyadan Sinqapuru qoparan və təxminən 45 min hindistanlını əsir alan Yaponiya kömək edib. Onların komandanlığı 1943-cü ilin yanvarında alman arvadı və beş yaşlı qızını Berlində tərk edərək təcili olaraq Almaniyanı sualtı qayıqla tərk edən Bosa həvalə edilib.
“Azad Hind”in döyüş yolu
İdeoloji rəhbəriz qalan alayda əsgərlər ümidsizliyə qapılıb. Almaniyanın şərqdə məğlub olması, İranla bağlı planların ləğvi və Vermaxt rəhbərlərinin ekzotik legionerlərlə nə edəcəyini bilməməsi vəziyyəti daha da gərginləşdirib.
1943-cü ilin aprelində onlar istehkamları qorumaq üçün Niderlanda köçürülüblər. Lakin bölmədə nizam-intizam o qədər aşağı səviyyədə olub ki, Almaniya tərəfində döyüşmək istəməyən əsgərlərin kütləvi qaçışı başlayıb. Bundan əlavə, rütubətli dəniz iqlimi bir neçə yüz indusun həyatına son qoyub. Onlar Atlantik okeanının soyuq havasına dözməkdə çətinlik çəkiblər və xəstəxanaları tərk etmək istəməyiblər.
![]()
Vermaxt komandanlığı bölməni Fransanın cənub-qərbinə köçürmək və eyni zamanda Himmler şöbəsinə təhkim edilməsi barədə qərar qəbul edib. Beləliklə, 1944-cü ildən könüllü alayın qalıqları “SS qoşunlarının Hindistan legion” adlandırılıb. Fransada ikinci cəbhə açıldıqdan sonra legion əsas qüvvələrdən ayrı düşmək təhlükəsi ilə üzləşib. Buna görə də onlar şimala, İsveçrəyə doğru qayıdıb. Lakin Fransa müqaviməti Hitlerin şərqli müttəfiqlərini belə asanlıqla buraxmaq istəməyib.
Xüsusilə indus döyüşçülərə qarşı nifrətin nədən yarandığı məlum deyil. Fransa ərazisindən keçərkən yerli partizanlar legionun 500-ə yaxın döyüşçüsünü öldürüb. Nəticədə eyni sayda hindistanlı ordu sıralarından qaçıb və 400 nəfəri təslim olub. Ümumilikdə İsveçrə ilə sərhədə çatan şəxsi heyətin yarıdan az hissəsi amerikalılara təslim olublar. Əsirlər Böyük Britaniyaya təhvil veriliblər və “Azad Hind” legionunun qalıqları Hindistana göndərilib. Komandirlərin, demək olar ki, hamısı ölüm hökmünə məhkum edilib, digərləri həbsxanaya göndərilsə də, ik ildən sonra azad ediliblər.
Candra Bosun müəmmalı taleyi
![]()
Almaniyanın məğlubiyyətini anlayan Bos 1945-ci ilin ortalarında Yaponiyaya köçmək qərarına gəlib. Hindistan liderinin təyyarəsi 1945-ci ilin avqustunda Tayvan ərazisində radarlardan müəmmalı şəkildə itib. Təyyarənin qəzaya uğramasının təfərrüatları məlum deyil və axtarışlar nəticəsində dağıntı və ya cəsəd tapılmayıb. Bu, cəzadan qaçmaqdan tutmuş sovet kəşfiyyatı tərəfindən adam oğurluğuna, işgəncələrə və Lefortovo zindanlarında ölümə qədər bir çox sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub.
Lakin Subhas Çandra Bosun taleyi nə olursa olsun, o, Hindistan tarixinə ən mübahisəli siyasətçilərdən biri kimi düşüb. O, bir tərəfdən Hitlerin şəriki olsa da, digər tərəfdən, onun adı 1992-ci ildə “Hindistan qəhrəmanlarının areopaqı”na daxil edilib. Hətta ölümündən sonra o, ən yüksək dövlət mükafatı olan Bharat Ratna ilə təltif edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 19:30
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 17:48
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 17:17
- Kim Çen In yenidən seçildi
23 fevral 10:09
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 10:00
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 23:08
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 21:26
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 19:01
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
