Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır

NUH.аz millət vəkili Əli Məsimlinin Milli Məclisin 11 aprel 2025-ci il tarixli plenar iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı etdiyi çıxışın əsas məqamlarını təqdim edir:
“Əmək pensiyası haqqında” Qanunda dəyişikliklər haqqında
“Əmək pensiyaları haqqında” Qanununa təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verildi. Dəyişikliklər güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi və dayanıqlı maliyyələşdirmə mənbəyi ilə bağlıdır. Həmin dəyişikliklərin mediada geniş müzakirə olunan mərkəzi məsələsi isə güzəştli şərtlərlə pensiyaya çıxan çoxuşaqlı anaların güzəşt müddətində pensiyalarının dövlət büdcəsindən ödənilməsi məsələsidir.
“Əmək pensiyası haqqında” Qanunda dəyişikliklərə qeyd etdiyimiz baxış bucağından yanaşdıqda, həmin dəyişikllikləri qiymətləndirməkdən ötrü bir neçə suala cavab verilməsini vacib hesab edirik:
Birincisi, “Əmək pensiyası haqqında” Qanuna təklif olunan dəyişikliklər konseptual baxımdan düzgündırmü? Fikrimizcə, düzgündür.
İkincisi, təklif olunan dəyişikliklər maliyyələşmə mənbəyi baxımından hazırda fəaliyyətdə olan pensiya sisteminin əsasını təşkil edən Konsepsiyaya uyğundurdurmu? Fikrimizcə qismən uyğundur. Çünki, fəaliyyətdə olan pensiya sisteminin əsasını təşkil edən Konsepsiyanın məqsəd funksiyasının iki əsas prioritetindən biri vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunmasıdır.
Üçüncüsü, təklif olunan dəyişikliklər dayanıqlı maliyyə mənbəyinə malikdirmi? Bəli, fikrimizcə, malikdir. Çünki, maliyyələşmə dövlət büdcəsi vəsaiti hesabına olacaq. Güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşların, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Bu dəyişiklik güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşların dayanıqlı pensiya sisteminin formalaşmasına xidmət edir.
Dördüncüsü, dəyişikliklərin əsasında duran prinsiplər beynəlxalq təcrübəyə nə dərəcədə uyğundur? Ümumiyyətlə, uyğundur, amma bəzi məqamlarına görə fikrimizcə, qismən uyğundur. Çünki indiki zəmanədə beynlxalq təcrübədə çoxuşaqlı ailə dedikdə, 5 və daha çox uşağı olan ailə yox, əsasən 3 və daha çox uşağı olan ailə nəzərdə tutulur. Bununla yanaşı, beynlxalq təcrübədə çoxuşaqlı ananın pensiyaya çıxma hüququ konkret il göstərməklə yanaşı, həm də proqressiv qaydada hər uşağa görə pensiyaya çıxma vaxtının 1 il azaldılması variantına üstünlük verilir.
Beşincisi, “Əmək pensiyası haqqında” Qanunda dəyişikliklər pensiyaçıların nə qədərini, neçə faizini təşkil edəcək?
5 və çox uşağı olan ailələr nə qədərdir və ölkəmizdəki ailələrin neçə faizini təşkil edir?
Bu dəyişikliklərin, o cümlədən ayrılıqda götürdükdə çoxuşaqlı ailələrdə anaların pensiya yaşının 5 il azaldılmasının maliyyə tutumu nə qədərdir? Bu suallara aydınlıq gətirilməsi çox vacibdir.
Eyni zamanda son vaxtlar dünya bazarında neftin qiymətinin aşağı düşməsi və bu əsasda gəlirlərimizin azalmağa başlaması fonunda Dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondu arasındakı münasibətlər və digər vacib hesab etdiyimiz məsələlərə dair bir sıra təkliflərimizi də səsləndirmək istərdik:
Son illər Dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondu arasındakı münasibətlərdə əhaliyə ödənişlər üzrə, o cümlədən onun əsas hissəsini təşkil edən əmək pensiyalarının ödənilməsi xərclərinin getdikcə daha çox hissəsinin məcburi dövlət sosial sığorta haqlarının artım tempinin yüksəldilməsi hesabına nail olunması xətti götürülmışdü. 2021-ci illə müqayisədə 2024-cü ildə məcburi dövlət sosial sığorta haqları 1,6 dəfə artaraq 3,5 milyard manatdan 5 milyard 478 milyon manata çatdırıldı. Bu əsasda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 632 milyon manatdan 1 milyard 232 milyon manata endirildi, yəni 400 milyon manat və ya 1,3 dəfə azaldıldı. 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait yenidən 1,3 dəfə artırıldı. Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri bərabər olmaqla, 7 milyard 676 milyon manat məbləğində və yaxud cari ilə nisbətən 10,5 faiz çox nəzərdə tutulur. Fondun xərclərinin 20,8 faizlik hissəsi və yaxud 1 milyard 600 milyon manatı dövlət büdcəsindən ayrılacaq transfertin payı hesabına maliyyələşdiriləcək. Bu, 2024-cü illə müqayisədə 368 milyon manat və yaxud təxminən 30 faiz çox deməkdir. Halbuki, artıq qeyd etdiyimiz kimi, fəaliyyətdə olan pensiya sistemi işə salınanda bildirilmişdi ki, bu islahatlar nəticəsində pensiya sistemi çox dayanıqlı maliyyə mənbəyinə malik olacaq.
Buna etibarlı şəkildə nail olmaqdan ötrü, islahatları dərinləşdirməklə bir sıra problemlərin həllini sürətləndirmək lazmımdır:
Birincisi, pensiya sisteminin vahid konsepsiya üzrə islahatlarını davam etdirmək yaşlı nəslin pensiya əlçatanlığını yüksəltmək istiqamətində işləri davam etdirmək çox vacibdir.
İkincisi ,bu ilin yanvarın 1-nə olan məlumata görə, 5 milyon üstündə olan məşğul əhalinin yalnız 1,8 milyon nəfərə və ya 36 faizə yaxını muzdla çalışan işçilərdir. Dünyanın xeyli ölkəsində yaşlı insanların hər 1000 nəfərindən 850-900 nəfəri muzdlu əmək xətti ilə pensiyaya çıxırsa, bizdə bu rəqəm ortalama 360 nəfər, Bakıda 600 nəfərin, regionlarda isə 300 nəfərin ətrafındadır. Ona görə də, ölkəmizdə 1 pensiyaçıya cəmi 1,6 muzdla çalışan düşür ki, bu çox kiçik bir rəqəmdir və bu göstəricinin yaxşılaşdırılması istiqamətində islahatları genişləndirmək və dərinləşdirməklə sistemli tədbirlər görülməlidir. Eyni zamanda pensiya sistemi çox dayanıqlı maliyyə mənbəyinə malik olması üçün şəffaflığı artırmaq, eləcə də müqavilə əsasında işləyənlərin əhatə dairəsinin genişləndirmək lazmdır ki, Dövlət Sosial Müdafiə Fonduna bu xətlə daxil olmağa başlayan əlavə vəsaitin həcmi daha da artsın.
Üçüncüsü, iqtisadi azadlıqları artırmaq və digər məlum tədbirləri sistemli şəkildə həyat keçirməklə xüsusən regionlarda yüksək maaşlı və rəqabətədavamlı iş yerlərinin dairəsini genişləndirmək istiqamətində nəzərəçarpan işlər görülməlidir.
Dördüncüsü, özəl sektorda ikili mühasibatın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin dairəsinin genişləndirməklə bu mənbə hesabına Dövlət Sosial Müdafiə Fondununa xeyli əlavə vəsait cəlb etmək olar.
Sadaladığımız istiqamətlərdə Dövlət Sosial Müdafiə Fondunun xeyli əlavə vəsait cəlb etmək imkanları var. Həmin imkanları reallaşdırmaqla Fonda yüz milyon manatlarla əlavə vəsait cəlb etmək olar.
Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib. Ailələrin əksəriyyəti 2 və 1 uşaqlı ailələrdən ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və üçuşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu 3 və daha çox uşağı olan ailələrə şamil edilməli və pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir.
Oxşar xəbərlər
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 2025 08:23
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 2025 23:18
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 2025 22:06
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 2025 10:24
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 2025 21:51
- Bakcell-in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda - Fotolar
26 iyul 2025 10:06
- Fransa bu tarixdə Fələstini tanıyacaq
25 iyul 2025 03:26
- Zita və Gita 50 il sonra - Tanınmaz halda - FOTOLAR
24 iyul 2025 12:08
- Qədim Romada qızlar neçə yaşında ərə verilirdi? - Bu gün vəhşilik kimi görünür
23 iyul 2025 12:16
- Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir
23 iyul 2025 11:34
Xəbər lenti
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
01 avqust 01:23
- Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü
31 iyul 23:29
- Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı
31 iyul 22:00
- Azərbaycanlı idmançı faciəli şəkildə həlak oldu (FOTO)
31 iyul 21:52
- Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir - Pezeşkian
31 iyul 20:44
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 08:23
- Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
31 iyul 02:25
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
Video & Fotoqalereya
Video
Fotoqalereya