Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
Polkovnik Rövşən Qurbanovun günahı sübuta yetirilsə, onu 10 ilədək həbs gözləyir
Rusiya Milli Qvardiyasının(Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlükəsizlik idarəsinin rəisi, azərbaycanlı polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanılıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi ilə cinayət işi açılıb. Bu maddə ilə nəzərdə tutulmuş cəza 7 ildən 10 iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Zayeltsovski Məhkəməsi R.Qurbanov barəsində iki ay müddətinə həbs qərarı verib.

Rövşən Qurbanov 2017-ci ildən Rusiya Milli Qvardiyasının mühafizə bölməsinə rəhbərlik edib. Polkovnik buna qədər Novosibirsk mühafizə idarəsinin 1 saylı polis batalyonuna komandirlik edib. R. Qurbanovun tabeliyində olan şəxslərin himayəsində Sberbank, Aura ticarət mərkəzi, Mərkəzi bazar, Yupiter ticarət mərkəzi, Moskva ticarət mərkəzi, Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrı, Prezidentin Sibir Federal Dairəsindəki nümayəndəliyi, regional hökumət, Mərkəzi Bank filialının binası olub.
Rövşən Qurbanovun tərcümeyi-halında heç bir “qara ləkə” yoxdur. 1990-cı ildə Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Komandanlıq Məktəbinə, indiki Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ordu generalı Yakovlev adına Novosibirsk Hərbi İnstitutuna daxil olub. 1995-ci ildə ailə problemlərinə görə ordudan gedib, iki il Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyində işləyib, sonra isə Rosqvardiyanın mühafizə xidmətinə keçib.
Rusiya mediası R. Qurbanovun adının bir neçə il əvvəl verdiyi sərəncamı da yada salır. Belə ki, o, tabeliyində olan işçilərin 200-dən çox ölkəyə tətilə getməsini qadağan edib. İnternetdə yayılan sərəncamında deyilirdi ki, Rosqvardiya işçiləri tətil üçün təhlükəsiz ölkələr seçməlidir. Qurbanovun sərəncamına görə belə yerlər yalnız Azərbaycan, Belarus, Vyetnam, İndoneziya (Bali adası), Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, BƏƏ, Tacikistan, Türkmənistan və Özbəkistan ola bilər.
Ona qarşı irəli sürülən ittikmda deyilir ki, R.Qurbanov aprelin sonunda “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdiri ilə telefonla əlaqə saxlayıb və ondan şəxsi ehtiyacları üçün tikinti materialları tələb edib. Tikinti materiallarının dəyəri 293 min 434 rubl 60 qəpik olub.

Novosibirsk vilayət məhkəməsi dünən R.Qurbanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayəti rədd edib. O, iyulun 27-dək istintaq təcridxanasında qalacaq. Bu barədə Novosibirsk vilayətinin Ədliyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Yada salaq ki, ötən il Moskvada Rosqvardiyanın Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib. Rusiya Qvardiyasının rəhbəri vaxtilə prezident Vladimir Putinin cangüdəni olan Viktor Zolotov rəhbərlik edir. Vaxtilə Aleksey Navalnı öz saytında Rusiya Qvardiyasının şişirdilmiş qiymətlərlə ərzaq aldığını iddia edən “Rosqvardiyanın kartofu” adlı araşdırma dərc etmişdi.
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 2026 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 2026 00:17
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 2026 11:49
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 2026 00:12
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 2026 14:33
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 2026 12:47
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 2026 11:52
- Leninin şüşə tabutuna hücum edən tələbə saxlanıldı
15 aprel 2026 12:23
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
